/ / "Ermənistanın böyük yalanları seriyası" və "Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi"
"Ermənistanın böyük yalanları seriyası" və "Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi"
26.02.2011 [22:55]
Son iki yüz il ərzində Ermənistanın apardığı soyqırım siyasəti azərbaycanlıların öz əzəli yurdlarından zorla köçürülmə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalmasına səbəb olub. İran və Rusiya arasında Gülüstan (1813), Türkmənçay (1828), Rusiya və Türkiyə arasında Andrianopol müqaviləsi imzalandıqdan sonra İran və Türkiyədən ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib. Torpaqları zəbt olunmuş azərbaycanlılar isə süni şəkildə qaçqın və məcburi köçkün vəziyyətinə salınmışlar. Ermənilər azərbaycanlılara qarşı məkrli planlarını mərhələ-mərhələ həyata keçirmişlər. 1988-ci ildən başlayaraq isə ermənilər “Böyük Ermənista” yaratmaq niyyətlərini Azərbaycan torpaqlarını işğal etməklə həyata keçirməyə səylər göstərmişlər. Xarici havadarlarına arxalanan, onlardan hərbi, siyasi dəstək əldə edən Ermənistan Dağlıq Qarabağı və ona bitişik 7 rayonu işğal etmişdir.
Artıq 20 ilə yaxındır ki, Dağlıq Qarabağ problemi təkcə dövlətimizi və xalqımızı deyil, beynəlxalq qurumları da ciddi narahat etməkdədir. çünki bu məsələ həll olunmadan Qafqazda əmin-əmanlıq, sülh şəraiti yaratmaq mümkün deyil. Bu da məlumdur ki, son illərdə Qafqazda siyasi və iqtisadi təsir dairəsi yaratmaq üçün Amerika, Avropa və Rusiya arasında çox ciddi mübarizələr gedir. Amma Dağlıq Qarabağ probleminin həllini superdövlətlərin siyasi maraqlarına qurban vermək olmaz. ümummilli liderimiz Heydər Əliyev həmişə bu siyasi strategiyanı fəaliyyət proqramı kimi həyata keçirmiş və mümkün qədər böyük dövlətlərin, beynəlxalq qurumların bu məsələdə dəstəyini qazanmaq üçün bütün mövcud imkanlardan istifadə etmişdir. Onun siyasi varisi, dövlətçilik kursunun layiqli davamçısı İlham Əliyev də bu yolla gedir, Dağlıq Qarabağ probleminin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə çalışır.
Bu günlər Yohanes Rayın “Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi” və Samiel A.Vilesin müəllifliyi ilə çap edilən “Ermənistanın böyük yalanları seriyasından” 1-ci cildi kitabları da ermənilərin Dağlıq Qarabağda azərbaycanlılara qarşı törətdikləri vəhşilikdən bəhs edilib. SİA-nın məlumatına görə, kitab Azərbaycanın çin Xalq Respublikasındakı səfiri Yaşar Əliyevin təşəbbüsü ilə tərcümə edilərək, çin ictimaiyyətinə təqdim edilib. Hər iki kitabda Dağlıq Qarabağ və ətraf yeddi rayonun Ermənistanın birbaşa hərbi müdaxiləsi, siyasi və maliyyə dəstəyi nəticəsində işğal edildiyi qeyd olunub. Həmçinin, hər iki kitabda qeyd olunur ki, özünü müstəqil “dövlət” adlandıran Dağlıq Qarabağ rejimi bu gün bütünlüklə Ermənistan Respublikasından asılıdır: “Belə olduğu təqdirdə, Dağlıq Qarabağın müstəqil dövlət kimi fəaliyyət göstərməsi haqda söhbət gedə bilməz. Hər iki şərt Azərbaycana münaqişənin həllində yalnız ərazi bütövlüyü prinsipini əsas tutmağa imkan verir”.
Adları çəkilən kitablarda ən dəyərli cəhətlərdən biri də ondan ibarətdir ki, burada Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə mükəmməl məlumat verilir, münaqişənin səbəbləri, xarakteri barədə geniş bəhs olunur.
Ermənistanı monoetnik dövlətə çevirməyin ermənilərin işğalçılıq siyasətinin tərkib hissəsi olduğunu bildirən müəlliflər 1988-1992-ci illərdə Ermənistanda minlərlə Azərbaycan toponiminin xəritələrdən silindiyini qeyd edirlər. Tarixçi alimlərin, tədqiqatçıların faktlarına istinad edən hər iki kitabın müəllifləri 1988-1992-ci illərdə Ermənistan ərazisindən azərbaycanlılara qarşı son etnik təmizləmə siyasətinin misilsiz bir qəddarlıq və vəhşiliklə həyata keçirildiyini, 250 min azərbaycanlının öz ata-baba yurdlarından qovularaq, qaçqına çevrildiyini vurğulayırlar.
Həmçinin, o da qeyd olunur ki, hələ 1828-30-cu illərdə Rusiyanın köməyi ilə Azərbaycanın mərkəzi hissəsində- Dağlıq Qarabağda məskunlaşdırılan ermənilər dəfələrlə Dağlıq Qarabağı Azərbaycandan ayırmağa cəhd göstərmişlər. 1988-ci ildə öz havadarlarının köməyinə arxalanan Ermənistan silahlı qüvvələri Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini ortaya atmışlar. 1988-1992-ci illərdə Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağ, eləcə də, ona bitişik olan 7 rayonun (Ağdam, Füzuli, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan və Kəlbəcər) ərazisi işğal olunmuş, bir milyona yaxın insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür: “O, dövrdə XX əsrin ən faciəli hadisələrindən olan Xocalı soyqırımı baş verdi, şəhər erməni silahlı qüvvələri tərəfindən sovet qoşunlarının köməyi ilə bir gecədə darmadağın edildi, 613 nəfər dinc əhali vəhşicəsinə, qəddarlıqla qətlə yetirildi, 150 nəfər itkin düşdü. Bu qanlı faciədə 1000 nəfər dinc sakin müxtəlif dərəcədə şikəst oldu, 1275 nəfər qoca, qadın və uşaqlar isə əsir aparılaraq dəhşətli təhqirlərə, zülmə və həqarətə məruz qaldı. BMT Təhlükəsizlik Şurası münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə 822, 853, 874, 884 saylı qətnamələr qəbul edib. Lakin Ermənistan bu qətnamələrin heç birinə əməl etmir”.
Beləliklə, bütün bu tarixi faktlarla ərsəyə gələn bu kitablar, nəinki çin ictimaiyyəti üçün, eləcə də, bütün dünya ölkələri üçün Azərbaycan həqiqətlərinin bir daha çatdırılması baxımından önəmli və dəyərli əsər hesab oluna bilər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

