Korrupsiyaya qarşı mübarizə kampaniya deyil
12.02.2011 [09:32]
Azərbaycanda korrupsiyaya qarşı mübarizənin aparılmasında əsas məqsəd ölkənin inkişafına mane olan neqativ halları aradan qaldırmaqdır. Bunu Trend-ə müsahibəsində Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
“Azərbaycanda korrupsiyaya qarşı mübarizənin aparılmasında əsas məqsədlərdən biri də ölkənin daxili və xarici imicinə xələl gətirən məsələləri birdəfəlik aradan qaldırmaq, ölkəmizdə həm əhalinin narazılığına səbəb olan amillərə son qoymaq, həm də iş adamlarının fəaliyyətinə mane olan halların qarşısını almaqdır”, - Ə.Həsənov deyib.
PA rəsmisi bildirib ki, korrupsiyaya qarşı mübarizə kampaniya deyil.
“2010-cu ilin yekunları ilə bağlı yanvarın 14-də Prezident İlham Əiliyevin keçirdiyi Nazirlər Kabinetinin genişlənmiş iclasında bu məsələ cənab Prezident tərəfindən irəli sürüldü və qeyd olundu ki, Azərbaycan 2010-cu ildə və müstəqillik dövründə bütün sahələrdə ciddi irəliləyişlər əldə etdiyi, dinamik inkişafa nail olduğu, daxili, xarici siyasətdə mühüm uğurlar əldə etdiyi halda bəzi məsələlər var ki, onlara nail ola bilməmişik. Onların sırasında da cənab Prezident xarici siyasətdə və beynəlxalq münasibətdə Dağlıq Qarabağ problemini, daxili siyasətdə isə hələ də sahibkarlığa mane olan halların mövcudluğunu, ölkədə sahibkarlıq obyektlərinin qeyri-qanuni yoxlamalara məruz qaldığını, ölkənin işguzar imicinə mənfi təsir göstərən korrupsiya və rüşvət hallarının mövcud olduğunu bəyan etdi və bu hallara qarşı ciddi mübarizəyə çağırdı. Həmin müşavirədən sonra ölkə başçısının tapşırığına müvafiq olaraq bir çox tədbirlər, o cümlədən Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın müvafiq toplantısı, nazirliklərin, komitələrin və digər orqanların mərkəzləşmiş kollegiya toplantıları, yoxlayıcı təşkilatların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Nazirlər Kabineti və digər qurumların müvafiq toplantıları keçirildi və bu toplantılar davam etdirilir”, - deyə Ə.Həsənov bildirib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

