Korrupsiyaya qarşı mübarizə davamlı xarakter daşıyır
12.02.2011 [09:23]
Milli Məclisin dünən keçirilən iclasında millət vəkilləri ölkədə aparılan korrupsiyaya qarşı mübarizə tədbirləri haqqında fikirlərini bildiriblər.
BAXCP sədri Qüdrət Həsənquliyev deyib ki, korrupsiya ilə mübarizə sahəsində atılan addımlar və Azərbaycan Prezidentinin bu məsələdə mövqeyi əhali tərəfindən müsbət qarşılanır. Bu cür addımların təqdir olunmasının vacibliyinə toxunan millət vəkili bildirib ki, Milli Məclisdə bu sahədə fəaliyyət göstərən dövlət strukturlarının nümayəndələrinin iştirakı ilə müzakirənin aparılmasına ehtiyac var.
BQP sədri Fazil Mustafa da deputat həmkarlarının təklifini dəstəkləyib.
Millət vəkili Fuad Muradov isə deyib ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə həmişə həyata keçirilir: “Burada hansısa xarici və ya daxili təzyiqlərdən söhbət gedə bilməz”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycanın inkişafı istiqamətində həyata keçirilən islahatlar davamlı xarakter daşıyır. Onun sözlərinə görə, əsas məqsədimiz dövlət başçısının vurğuladığı kimi, Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxarmaqdır. Ə.Hüseynli deyib ki, Azərbaycan hakimiyyətinin həyata keçirdiyi islahatlar xalqın rifahının yüksəlməsinə xidmət edir. Korrupsiyaya qarşı mübarizənin yeni mərhələsi də ölkəmizin inkişaf etmiş dövlətlər sırasına çıxarılması ilə bağlıdır. “ölkəmizin hər bir sahədə potensialı var. Ona görə də, inkişaf etmiş ölkələrin sırasına daxil olmaq imkanlarımız mövcuddur” - deyə, o, vurğulayıb.
Komitə sədri qeyd edib ki, bu prosesdə korrupsiyanın bizim inkişafımıza vurduğu zərbələri minimuma endirmək məqsədi çox ciddidir. Korrupsiyaya qarşı ciddi qanunvericilik bazasının da olduğunu deyən Ə.Hüseynlinin fikrincə, bu mübarizədə ictimai fəallıq da geniş şəkildə olmalıdır. Bəzi millət vəkillərinin Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın tərkibi ilə bağlı təkliflərinə gəlincə, komitə sədri qeyd edib ki, komissiya hakimiyyətin bütün qollarını özündə ehtiva edir və bu çox vacib amildir.
Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən vitse-spiker Bahar Muradova isə bildirib ki, korrupsiyaya qarşı mübarizə Azərbaycanın gələcək perspektivinə hesablanmış dövlət proqramlarına uyğun həyata keçirilir və burada qeyri-adi heç nə axtarmaq lazım deyil. O bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizənin ərəb ölkələrində baş verən hadisələrlə heç bir əlaqəsi yoxdur: “Bunun nə Tunislə, nə də Misirlə heç bir əlaqəsi yoxdur. Azərbaycanda hər zaman elə adamlar tapılır ki, dünyanın hansısa ölkəsində baş verən hadisələri ölkəmizə gətirmək istəyir, yaxud da həmin hadisələrin burada rezonans doğuracağı barədə proqnozlar verirlər. Onlar, eyni zamanda, Azərbaycanın atdığı hansısa addımları həmin hadisələrlə əlaqələndirmək istəyirlər. Belə proqnozların heç biri özünü doğrultmayıb. Bu, müxalifətin mövqeyidir və real deyil”.
B.Muradovanın sözlərinə görə, dövlət başçısı korrupsiya mövzusunda son çıxışından əvvəl də dəfələrlə mövqeyini ifadə edib, tapşırıqlarını verib və müvafiq qurumlarda bu istiqamətdə işlər aparılıb: “Amma dövlət başçısı məsələni daha kəskin, daha konkret qoyduqdan sonra məlumatlar daha açıq, şəffaf şəkildə cəmiyyətə çatdırılmağa başlanıb. İctimaiyyətin bu məsələyə dəstək verməsi hər zaman arzuolunandır”.
Məsələyə Milli Məclisin sədri Oqtay Əsədov da münasibət bildirib. O, vurğulayıb ki, Azərbaycanda uğurlu islahatlar davam etdiriləcək: “Prezident İlham Əliyev islahatların dərinləşməsi istiqamətində daim öz tövsiyələrini verir. Gələcəkdə də bu siyasət davam etdiriləcək və biz bu istiqamətdə hərəkət edəcəyik”.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47

