Ötən il torpaq qanunvericiliyinin pozulması ilə bağlı 1370 fakt müəyyən edilib
08.02.2011 [10:04]
Komitə sədri vurğulayıb ki, 2010-cu ildə 30398 vətəndaşın adına fərdi qaydada yaşayış evi və bağ sahələrinə görə plan və ölçü sənədləri hazırlanıb təqdim olunub. İndiyədək Komitə tərəfindən 2637 yaşayış məntəqəsi üzrə 801688 vətəndaşın adına kompleks və fərdi qaydada şəhadətnamə, 551 yaşayış məntəqəsi üzrə 190635 vətəndaşın adına isə kompleks qaydada plan və ölçü sənədi hazırlanıb verilib. Hesabat ilində, həmçinin, Bakı və Sumqayıt şəhərləri üzrə fərdi yaşayış evi və bağ sahələrinə görə 4695 vətəndaşın adına plan və ölçü sənədləri hazırlanıb.
Komitə sədri bildirib ki, ötən il torpaq qanunvericiliyinin pozulması ilə bağlı 1370 fakt müəyyən edilib. Bundan başqa 451 hal xəbərdarlıq (bildiriş) edilməklə aradan qaldırılıb, 919 inzibati xəta halı ilə bağlı protokol tərtib edilib. Kəsilmiş 43485 manat cərimənin 14046 manatı ödənilib, ödənilməmiş 29439 manat cərimə ilə bağlı müvafiq sənədlər tədbir görülmək üçün məhkəməyə göndərilib. İnzibati xəta hallarının 2-si vəzifəli, 93-ü hüquqi və 1275-i isə fiziki şəxslər tərəfindən törədilib. 2010-cu ildə kartoqrafiya sahəsində fəaliyyət göstərməsi üçün (lisenziya alınmasına) Komitəyə edilmiş 6 müraciət əsasında təqdim olunan sənədlər ekspertizadan keçirilməklə müvafiq komissiyanın qərarı ilə onlara lisenziya verilib və dövlət büdcəsinə 6600 manat vəsait ödənilib. Komitə tərəfindən 2010-cu ildə respublikanın ayrı-ayrı bələdiyyələri üzrə 1773 hərrac və müsabiqə təşkil olunub.
Q.Məmmədov diqqətə çatdırıb ki, ötən il “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq Komitə tərəfindən mühüm işlər görülüb. Torpaq məsələləri ilə əlaqədar hesabat ilində 2 min 768 ərizə-şikayətə və 278 xüsusi nəzarətə alınmış şikayətə baxılıb müvafiq tədbirlər görülüb.
Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyasından danışan Komitə sədri qeyd edib ki, ötən il Azərbaycan ilə Rusiya arasında uzunluğu 390 km olan dövlət sərhədinin delimitasiyası işləri başa çatdırılıb və “Sərhəd müqaviləsi” imzalanıb. Həmçinin, Azərbaycan ilə Gürcüstan arasında 480 kilometrlik dövlət sərhədinin delimitasiyası ilə bağlı işlər davam edir. Sərhədin təxminən 300 km-i hər iki tərəfin dövlət komissiyaları tərəfindən razılaşdırılıb. Sərhədin qalan hissələrində hər iki ölkənin ekspertləri tərəfindən torpaqların faktiki istifadə vəziyyətinin dəqiqləşdirilməsi, arxivlərin öyrənilməsi və digər zəruri tədbirlər həyata keçirilir.
Komitə tərəfindən daşınmaz əmlakın qeydiyyatı, Azərbaycanda torpaq kadastr sisteminin təkmilləşdirilməsi və digər layihələrlə bağlı mühüm işlər həyata keçirilib. DTXK-nın sədri ötən il torpaq-kadastr xəritələri, yerquruluşu, mərzçəkmə və mərz nişanları haqqında, o cümlədən, geodeziya və kartoqrafiya işləri barədə də məlumat verib. Tədbirdə ötən il görülən işlərlə bağlı hesabatlar dinlənilib, qarşıda duran vəzifələrdən danışılıb, müzakirələr aparılıb və tapşırıqlar verilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

