KİVDF-nin Müşahidə Şurasının iclası keçirilib
08.02.2011 [10:02]
Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib. Müşahidə Şurasının iclasında aşağıdakı məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib:
1. Fondun 2010-cu il üçün həyata keçirdiyi tədbirlər və büdcədən ayrılmış vəsaitin xərclənməsi barədə hesabatın müzakirəsi;
2. 2011-ci il üçün Fondun Fəaliyyət proqramının müzakirəsi;
3. Novruz Bayramı münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin mövzularının müzakirəsi;
Fondun icraçı direktoru Vüqar Səfərli birinci məsələ ilə bağlı çıxış edərək, Fondun 2010-cu il üçün həyata keçirdiyi tədbirlər və büdcədən ayrılmış vəsaitin xərclənməsi barədə məlumat verib. İcraçı direktorun məlumatına əsasən, 2010-cu ildə dövlət büdcəsindən Fonda 2.301.558 manat vəsait ayrılıb. O, ayrılmış vəsaitin büdcədə nəzərdə tutulan istiqamətlər üzrə sərf olunması barədə sənədləri MŞ üzvlərinin diqqətinə çatdırıb. Ayrılmış vəsaitdən ümumilikdə 4.876 manat xərclənməmiş qalıb ki, bu da dövlət büdcəsinə keçirilib.
İcraçı direktorun hesabatı Müşahidə Şurası üzvləri tərəfindən bənd-bənd müzakirə edilərək yekdil rəylə qəbul edilib.
İkinci məsələ ilə bağlı çıxış edən Müşahidə Şurasının sədri Umud Rəhimoğlu bildirib ki, Fondun 2011-ci il üçün fəaliyyət proqramının hazırlanması məqsədilə MŞ üzvlərinə öncədən məlumat verilib, onların təklif və rəyləri toplanıb. Bütün təklif və rəylər nəzərə alınaraq Fondun 2011-ci il üçün fəaliyyət planı hazırlanıb. Vüqar Səfərli iclas iştirakçılarını 2011-ci ilin fəaliyyət proqramının ilkin layihəsi ilə tanış edib.
2011-ci il üçün tədbirlər planı layihəsinin yaxın günlərdə yenidən müzakirə edilməsi qərara alınıb.
Sonda Novruz Bayramı münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin mövzuları müzakirə edilib. Vüqar Səfərli müsabiqənin maliyyələşmə imkanları barədə MŞ üzvlərinə məlumat verib. Fondun imkanlarını nəzərə alan MŞ üzvləri Novruz Bayramı münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin 7 istiqamət üzrə keçirilməsi barədə qərar qəbul ediblər.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

