Korrupsiyaya qarşı mübarizə tədbirləri prinsipial xarakter daşıyır
02.02.2011 [10:03]
Korrupsiyaya qarşı mübarizə tədbirləri strateji məqsədlərdən olub ölkəmizin ümumi iqtisadi təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir. Məlum olduğu kimi, Azərbaycanın iqtisadi potensialının qorunması və inkişafı, iqtisadi qüdrətinin artırılması məqsədilə əlverişli şəraitin təmin edilməsi baxımından mövcud nöqsan və neqativ meyillərin aradan qaldırılması iqtisadi təhlükəsizliyimizin mühüm faktorlarından sayılır. Bu məqsədlə dövlət prinsipial məsələ kimi iqtisadi təhlükəsizliyimizə xələl gətirə biləcək halların qarşısının alınması üçün əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirib. Korrupsiyaya qarşı sistemli tədbirlərin gücləndirilməsi də həmin məqsədlərin əsas təməlləridir.
Azad rəqabət mühitinin formalaşması və şəffaflığın təmin olunması iqtisadiyyatın sürətli inkişafına stimul verən başlıca faktordur. Bu, həm də iqtisadiyyatın çoxşaxəli inkişafı və sosialyönümlü islahatların dərinləşməsi deməkdir. Eyni zamanda, bu amil dövlətin güclü milli iqtisadi təhlükəsizlik şəbəkəsinin yaradılması kimi qiymətləndirilə bilər. İqtisadi təhlükəsizliyin təmin olunması isə bütövlükdə Azərbaycanın milli təhlükəsizliyinin güclənməsi üçün önəmlidir. Birincisi, hərtərəfli iqtisadi təhlükəsizlik iqtisadiyyatın bütün sahələrinin maneəsiz və uğurlu inkişafı deməkdir. İkincisi, iqtisadi təhlükəsizlik mühiti dövlətlər, nəhəng transmilli korporasiyalar və nüfuzlu iş adamları tərəfindən əməkdaşlığın ən mühüm komponenti kimi qiymətləndirilir. üçüncüsü, güclü iqtisadiyyat mütəşəkkil cəmiyyət, güclü ordu və qüdrətli dövlət deməkdir.
Prezident İlham Əliyev hər zaman ölkəmizdə liberal bazar iqtisadiyyatının, azad sahibkarlığın inkişafına impuls verən addımlar atıb və bütün dövlət qurumlarına özəl biznesə müdaxilə edilməməsinə dair göstəriş verib. Dövlətimizin başçısı iqtisadi və sosial bölmələrdə neqativ hallara qarşı barışmaz mövqeyini nümayiş etdirməklə azad biznesin və şəffaflığın ən böyük təminatçısı olduğunu təsdiqələyib. Göründüyü kimi, dövlət başçısı tərəfindən azad sahibkarlığa, özəl sektora ən böyük siyasi dəstək verilib və bu tendensiya rüşvətxorluğa qarşı ən sərt və amansız mübarizə tədbirlərinin həyata keçirilməsi üçün güclü mexanizm yaradır. Yəni, qeyd olunan neqativ halların qarşısının alınmasında birbaşa dövlət başçısı öz güclü dəstəyini nümayiş etdirməklə bütün aidiyyəti orqanları mübarizə tədbirlərində səfərbər olmağa çağırır. Bu, eyni zamanda, ölkəmizdə rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə tədbirlərinin prinsipial xarakter daşıdığını və dövlət siyasətinin ən prioritet sahələrindən birini təşkil etdiyini təsdiqləyir.
ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində sistemli tədbirlər görməklə mühüm irəliləyişlərə nail olub. Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın ötən müddət ərzində gördüyü işlər qeyd olunan sahədə müsbət tendensiyanın mövcudluğunu göstərir. Komissiyanın müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq aidiyyəti orqanlar tərəfindən həyata keçirilən sistemli və əhatəli tədbirlər sayəsində müxtəlif qurumların nümayəndələrinin iqtisadiyyatın bir sıra sahələrinə və özəl sektora süni müdaxilə hallarının qarşısı alınıb. Amma buna baxmayaraq, Prezident Administrasiyasına və Komissiyaya müraciətlərin daxil olması bu sahədəki problemlərin mövcudluğunu göstərir və onların araşdırılaraq həlli üçün qısa müddətdə təcili tədbirlərin görülməsini zəruri edir. Ona görə də, bu sahədə görülmüş mühüm işlərlə kifayətlənməyib daha ciddi addımlar atmaq vacibdir.
Onu da qeyd edək ki, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyev də ölkəmizin iqtisadi və sosial inkişafına maneə yaradan bu kimi halların qarşısının alınması üçün davamlı tədbirlərin daha geniş miqyas almasının vacibliyini diqqətə çatdırıb. çünki dövlətimizin başçısı iqtisadiyyatdakı inhisarçılıq meyillərinin qarşısının alınması, azad rəqabət mühitinin təmin edilməsi, vergidən yayınma hallarına qarşı effektiv tədbirlərin görülməsi, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verilməməsi, hakimiyyət orqanları tərəfindən aparılan əsassız yoxlamalara son qoyulması və digər zəruri işlərin gücləndirilməsini başlıca tələblər kimi qarşıya qoyub. Buna görə də, hər bir kəs bu sahədə fəal olmalıdır.
Respublikamızda həyata keçirilən genişmiqyaslı islahatlar və siyasi, iqtisadi, sosial sahələrdə yeni tələblərin meydana çıxması korrupsiyaya qarşı mübarizənin də yeni strateji istiqamətlərinin müəyyənləşməsini və reallaşmasını zəruri edir. Korrupsiyaya qarşı mübarizə sahəsində yeni strateji planın və hədəflərin həyata keçirilməsi isə bu istiqamətdə effektivliyi daha da yüksəldəcək, iqtisadi reformaların miqyasını artıracaq, şəffaflığın dərinləşməsinə səbəb olacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40

