ATƏT-in Parlament Assambleyası Ermənistanın işğalçı dövlət olması barədə sənəd qəbul etməlidir
11.01.2011 [09:10]
ATƏT-in Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin səlahiyyət müddəti başa çatıb. ATƏT PA-nın qış sessiyasına qədər bu vəzifəyə yeni təyinat öz həllini tapa bilər. Bu barədə Azərbaycanın ATƏT PA-da nümayəndə heyəti rəhbərinin müavini, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib.
E.İbrahimov bildirib ki, Azərbaycan tərəfi bu vəzifəyə təyin olunacaq şəxsin ədalətli, obyektiv olmasını istəyir: “Kim olursa-olsun, bu şəxs həqiqəti ortaya qoymalıdır və ATƏT PA nəhayət, Ermənistanın işğalçı bir dövlət, Dağlıq Qarabağın bir separatçı rejim kimi tanınması barədə qərar qəbul etməlidir. Doğrudur, vaxtilə Şotlandiyada Edinburq qətnaməsində, sonra Ukraynada Kiyev qətnaməsində və digər qətnamələrdə bu məsələ öz əksini tapıb, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi vurğulanıb, ancaq bununla əlaqədar ayrıca qətnamə qəbul edilməyib. Məsələn, Avropa Şurası Parlament Assambleyası, İslam Konfransı Təşkilatı Parlament İttifaqı və yaxud Avropa Parlamenti, o cümlədən, BMT Təhlükəsizlik Şurası bu yöndə ayrıca qətnamələr qəbul etsə də, münaqişənin tənzimlənməsilə birbaşa məşğul olan bir qurumun Parlament Assambleyası konkret sənəd qəbul etməyib. Bu, çox təəssüfləndiricidir”.
E.İbrahimov qeyd edib ki, ATƏT PA-nın elə bir sessiyası, konfransı yoxdur ki, millət vəkillərimiz bu məsələ ilə bağlı çıxış etməsin, bu yöndə fikirlərini səsləndirməsinlər. “Ancaq əfsuslar olsun ki, ortada konkret bir nəticə yoxdur. Açığını deyim ki, əslində Lenmarkerin bu məsələ ilə bağlı hazırladığı məruzə hazır vəziyyətdə idi, hər il də regiona gələndə deyirdi ki, “qızıl imkan”lar var, bundan istifadə etmək lazımdır və s. Onu deyəndə də bizim onunla həm mülayim, həm kəskin söhbətlərimiz, diskussiyalarımız baş verirdi. Biz hər dəfə də deyirdik ki, niyə bu məsələni gündəliyə çıxarmır və ya çıxarmaq üçün lazımi səylər göstərmir? O isə deyirdi ki, bu məsələ ilə ATƏT-in Minsk qrupu və həmsədrlər institutu məşğul olur. Onu da demək istəyirəm ki, gələcəkdə Lenmarkeri əvəzləyəcək şəxs elə ədalətli və hörmətli şəxs olmalıdır ki, ATƏT üzvü olan 56 dövlətin parlamentarilərini bu məsələdə inandıra, onların dəstəyini qazanıb, sözügedən məruzənin Assambleyanın gündəliyinə salınmasına və müzakirə edilərək qəbul olunmasına nail ola bilsin. Bunun özü də çox çətin prosedurdur. Təbii ki, orada bizi də müdafiə edənlər çoxdur, Ermənistanı da. Amma məsələni müzakirəyə təqdim edən insandan, məruzəçidən də çox şey asılıdır”.
E.İbrahimovun bildirdiyinə görə, yeni məruzəçinin kim olacağı hələlik bilinmir. Onun sözlərinə görə, əgər yeni şəxs Lenmarkerdən fərqli olaraq daha obyektiv, bu məsələnin üzərində dayanıb, ədaləti bərpa edən insan olsa, əlbəttə, ondan müsbət fəaliyyət gözləmək olar. Yox əgər, bu insan da Lenmarkerin yolu ilə getsə, o zaman ondan da müsbət nəsə gözləməyinə dəyməz. “Düzünə qalsa, Lenmarker də, ATƏT PA-dakılar da, yeni təyin olunan şəxs də əslində ATƏT-in Minsk qrupunun həmsədr olan ölkələrinin fikirlərini əsas götürürlər. Yəni, bu məsələ ATƏT-də, onun Parlament Assambleyasında söz sahibi olan dövlətlərdən daha çox asılıdır. Demək istəyirəm ki, istər Qarabağ məsələsilə bağlı məsələnin müzakirəsi, istərsə də bu problemin dinc danışıqlar yolu ilə həlli çox çətin bir məsələdir. Bu, bəlkə də, kənardakılara asan gələ bilər, ancaq bu məsələnin həlli göründüyündən də qat-qat çətindir”-deyə, E.İbrahimov vurğulayıb.
Komitə sədri qeyd edib ki, hər bir azərbaycanlı torpaqlarımızı işğaldan azad etmək üçün əlinə silah götürməyə hazırdır: “Biz torpaqlarımızı nəyin bahasına olursa-olsun, azad etməliyik. Təbii ki, 2011-ci ildə də çalışacağıq ki, bu məsələ sülh yolu ilə həll olunsun. Əgər sülh yolu ilə həll olunmasa, biz daha nə qədər gözləməliyik? Artıq hamımızın səbri tükənib. Ona görə, bu durumda müharibə variantı istisna deyil, hətta, qaçılmazdır. Biz gec-tez torpaqlarımızı geri qaytarmalıyıq, buna beynəlxalq hüquq normaları da tam imkan verir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53

