Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi tarixi hadisədir
30.12.2010 [10:00]
Məlum olduğu kimi, 28 dekabr 2010-cu il tarixində Azərbaycanda ən böyük infrastruktur layihələrindən biri - Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. Qeyd edək ki, sözügedən su kəməri paytaxtın içməli su ilə təminatı məqsədilə həyata keçirilmiş tarixi layihədir. Belə ki, ən böyük infrastruktur layihələrindən biri olan Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət kursunun ən önəmli və fundamental cizgilərindən birini təşkil etməkdədir. Bu, eyni zamanda, vətəndaşların layiqli həyat şəraitinin təmin olunması və yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən islahatlar və görülən tədbirlər sırasında mötəbər yerə sahibdir...
Vətəndaşlar da öz növbəsində Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsini paytaxtın içməli su ilə təmin olunması istiqamətində atılmış tarixi əhəmiyyətli addım kimi qiymətləndirirlər. Mövqelərini öyrəndiyimiz Bakı şəhəri sakinlərinin yekun rəyləri bunu deməyə əsas verir...
Məsələn, paytaxt sakini Əli Bayramov qeyd edib ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi Bakı sakinlərinin su ilə təminatında olduqca mühüm əhəmiyyət kəsb edir və bu, Abşerondakı su çatışmazlığı probleminin həll edilməsi yönündə atılası olduqca effektiv bir addımdır: “Bu, Prezident İlham Əliyevin vətəndaşların və ölkənin ümumi problemlərinin həlli istiqamətində atdığı addımlardan biridir. Bu məsələni birmənalı şəkildə məhz bu cür qiymətləndirmək olar”.
Bəhram Məmmədov isə bildirib ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi çox mühüm tarixi hadisədir və Prezident İlham Əliyevin vətəndaşların problemlərinin həlli istiqamətində gördüyü əhəmiyyətli tədbirlərdəndir.
Rəfail Sadıqov isə qeyd edib ki, bu addım olduqca təqdirəlayiqdir və paytaxtın su ehtiyacının ödənilməsi istiqamətində atılmış tarixi bir addımdır.
Surayə Mikayilova isə sözügedən tarixi hadisəni məhz bu cür qiymətləndirib: “Buna görə biz Prezident İlham Əliyevə minnətdarıq. Düşünürəm ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi paytaxtın su təminatında effektiv bir mexanizm olacaq”.
Cəfər Rüstəmov da bu tarixi hadisəni yüksək qiymətləndirdiyini bildirib: “Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi tarixi bir hadisədir”.
Faiq Atakişiyev isə deyib ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi növbəti dəfə onu sübuta yetirdi ki, Prezident İlham Əliyev vətəndaşların başlıca problemlərinin həlli istiqamətində ciddi cəhdlə çalışmaqdadır.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

