/ / Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Abşeron rayonunun Saray qəsəbəsində əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilən 7 nömrəli uşaq internat evi ilə tanış olub
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Abşeron rayonunun Saray qəsəbəsində əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilən 7 nömrəli uşaq internat evi ilə tanış olub
25.12.2010 [10:56]
İnternat evinə gələn Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya uşaqlar gül dəstəsi təqdim ediblər.
Mehriban xanıma məlumat verilib ki, Heydər Əliyev Fondu və Xəzər Beynəlxalq İnvestisiya şirkətinin birgə layihəsi əsasında burada əsaslı təmir və yenidənqurma işləri aparılıb. İnternat evi kompleksinə 2 mərtəbəli inzibati bina, 4 mərtəbəli yataq korpusu, idman korpusu, yeməkxana, mətbəx, çamaşırxana və digər tikililər daxildir. Təmirdən sonra internat evi müasir inventar və avadanlıqla təmin olunub, uşaqların normal yaşaması üçün hər cür şərait yaradılıb.
Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində yenidən qurulan internat evində xüsusi qayğıya ehtiyacı olan uşaqlar yaşayır. İnternat evinin ümumi ərazisi 2 hektardır. Burada 4 yaşdan 18 yaşadək xüsusi qayğıya ehtiyacı olan uşaqlar yaşayırlar. Hazırda burada yaşayan 140 uşaq yaşına, cinsinə və xəstəlik dərəcələrinə görə ayrı-ayrı qruplarda yerləşdirilib. Hər bir qrupun ayrıca yataq və oyun otaqları var.
Uşaq internat evi ilə tanış olan Fondun prezidenti əvvəlcə kompleksin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotostendə baxıb.
Əsas korpusun birinci mərtəbəsinin foyesində Ulu öndər Heydər Əliyevin uşaqlarla görüşlərini əks etdirən fotostend quraşdırılıb. Burada inzibati otaqlarla yanaşı, valideynlərlə uşaqların görüş otaqları var. Bildirilib ki, internat evində 95 nəfər işçi çalışır.
Korpusun 2-ci mərtəbəsində Mehriban xanım Əliyeva 30 nəfərlik müşavirə zalına baxıb. İkinci mərtəbədə Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotostendlər var. Fondun prezidenti günərzi qayğı mərkəzində olub. Burada xüsusi qayğıya ehityacı olan uşaqlarla məşğələlər aparılır. Mehriban Əliyeva uşaqlarla səmimi söhbət edib. Bacarıqlı əllər otağında internat evinin sakinləri rəsm və toxuma işləri ilə məşğul olurlar. Heydər Əliyev Fondunun prezidenti uşaqların əl işlərinə baxıb. Uşaqların hazırladığı Heydər Əliyev Fondunun loqosunu əks etdrən hədiyyə Azərbaycanın birinci xanımına təqdim olunub.
Reabilitasiya otağı ilə tanış olan Mehriban xanım Əliyevaya məlumat verilib ki, dayaq-hərəkət sistemi pozulan uşaqların müəyyən oyunlar vasitəsilə bərpası burada aparılır. Mətbəxdə isə gənclər yemək hazırlamağı öyrənirlər. Mətbəxdə şirniyyat hazırlayan qızlarla görüşən Mehriban xanım Əliyeva onların Vətən və Prezident haqqında söylədikləri şeirləri dinləyib, onlarla xatirə şəkli çəkdirib.
İnternat evində gənclərin fiziki sağlamlığını möhkəmləndirmək üçün müxtəlif idman avadanlığı ilə təchiz edilmiş trenajor və idman zalları var. Hovuzda isə hərəkət qabiliyyəti məhdud uşaqların su prosedurları ilə müalicəsi aparılacaq.
Müəssisədə uşaqların əl işlərindən ibarət sərgi zalı da yaradılıb. Tədris otağında xüsusi qayğıya ehtiyacı olan uşaqlara yüngülləşdirilmiş proqramla ibtidai təhsil veriləcək. Musiqi zalında gənclər musiqi alətlərində bacarıqlarını sınayacaqlar. İnternat evində fizioterapiya otağı da fəaliyyət göstərir. Bu otaq yüksəktezlikli aparat, inqalyasiya, solyuks, qalvanizator kimi yeni tibb avadanlığı ilə təchiz edilib. Həmin aparatlardan sümük ağrılarında, xroniki xəstəliklərin müalicəsində istifadə olunur.
Mehriban xanım internat evində 80 nəfərlik yeməkxana, müasir avadanlıqla təchiz edilmiş mətbəxdə yaradılmış şəraitə də baxıb.
İnternat evinin həyətində abadlaşdırma və yaşıllaşdırma işləri aparılıb, müxtəlif gül kolları əkilib. Parkda rahat oturacaqlar, fəvvarə və atraksionlar quraşdırılıb.
Görülmüş işlərdən razılığını bildirən Mehriban xanım Əliyeva internat evinin kollektivinə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23

