Ermənistan ordusu təxribatlar törətməkdə davam edir
22.12.2010 [09:27]
İşğalçı Ermənistanın silahlı qüvvələri hər zaman olduğu kimi, hazırda da təxribatlar törətməkdə davam edir. Daha doğrusu, iki dövlət arasında hələ 16 il əvvəl atəşkəs haqqında sazişin imzalanmasına baxmayaraq, işğalçı ölkə ordusu, demək olar ki, hər gün atəşkəs rejimini pozur, üzbəüz yerləşən səngərlərdəki hərbçilərimizi, həmçinin, azərbaycanlılar yaşayan kəndləri atəşə tutur. Ermənistan ordusunun sonuncu belə özbaşınalıqlarından biri isə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə artilleriya mərmisinin atılması ilə bağlıdır.
Qeyd edək ki, bu hadisə ilə əlaqədar Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb. Bəyanatda deyilir: “Aparılan araşdırmalar nəticəsində aydın olub ki, Tərtər rayonunun işğal altında olan Talış yaşayış məntəqəsinin 2,5 km qərb istiqamətindəki mövqelərdən düşmənin BM 21 qrad qurğusundan atdığı 122 mm-lik reaktiv qəlpəli fuqas mərmisi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan Borsunlu yaşayış məntəqəsinin yaxınlığına düşüb”.
Bəyanatda o da deyilir ki, mərminin 15-16 km uzaqlıqdan buraxıldığı ehtimal olunur. Məlumata görə, mərminin partlayış səsi və zərbə dalğası ətraf yaşayış məntəqələrində hiss edilsə də, zərərçəkən olmayıb.
Beləliklə, bu, bir həqiqətdir ki, Ermənistanın atəşkəsi kobud şəkildə pozması cəbhə xəttindəki vəziyyəti daha da gərginləşdirməyə xidmət edir. Bu isə öz növbəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların aparıldığı bir vaxtda prosesin gedişatına mənfi təsir göstərir. Ermənistanın bu addımı işğalçı ölkənin sülh tərəfdarı olmadığını bir daha sübut edir. Yəni, işğalçı ölkə bir tərəfdən danışıqlarda iştirak edir, guya münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu göstərməyə, digər tərəfdən isə, cəbhə xəttində təxribatlar törətməklə qarışıqlıq yaratmağa çalışır. Sözsüz ki, işğalçı Ermənistanın bu təxribatları atəşkəsin tələblərini pozmaqla yanaşı, ATƏT və digər beynəlxalq təşkilatların cəbhə xəttində sabitliyin qorunub saxlanması ilə bağlı çağırışlarına da ziddir. Digər tərəfdən, atəşkəs rejimini pozan Ermənistanın ağır artilleriyadan istifadə etməsi Avropada Adi Silahlar haqqında konvensiyaya ziddir.
Görünən odur ki, işğalçı Ermənistan beynəlxalq hüququn və konvensiyaların tələblərinə heç bir əhəmiyyət vermədiyini bir daha nümayiş etdirdi. Bu isə o deməkdir ki, işğalçı ölkə regional sülh və sabitliyə başlıca təhlükə olaraq qalır. Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi, qoşunların təmas xəttində müntəzəm olaraq silahlı təxribatlar törətməsi isə bölgədə müharibə ehtimalını daha da gücləndirir. Ermənistanın təcavüzkar siyasətə son qoymaması isə 16 ildir ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin nəticəsiz qalmasına səbəb olur.
Əslində, işğalçı ölkənin təxribat xarakterli fəaliyyəti Azərbaycanın konfliktin sülh yolu ilə həlli istiqamətində səylərini boşa çıxarmağa yönəlib. Halbuki, Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyətdə belə bir fikir formalaşdırmağa çalışır ki, guya Azərbaycan tərəfi müharibəyə can atır və bu məqsədlə də atəşkəsi pozur. Lakin son hadisə Ermənistanın iddialarının yalan olduğunu, münaqişənin bu vaxta qədər həll olunmamasının və cəbhə xəttində vəziyyətin gərgin olaraq qalmasının yeganə səbəbkarının işğalçı ölkə olduğunu növbəti dəfə təsdiqlədi.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

