"Oblastnaya qazeta": Leyla Əliyeva xoşməramlı səfirdir
08.12.2010 [10:05]
Məqalə müəllifləri vurğulayırlar ki, Sverdlovsk vilayəti ilə Azərbaycan arasında möhkəm mədəni əlaqələr yaranıb. Burada istedadlı Azərbaycan bəstəkarı və müğənnisi Emin Ağalarovun xeyriyyə konserti verməsi, konsertdən əldə edilmiş vəsaitin Yekaterinburqdakı 6 nömrəli ixtisaslaşdırılmış uşaq evinin hesabına köçürülməsi də qeyd edilir.
Jurnalistlər N.Podkorıtova, L.Sabanina və İ.Oşurkova məqalədə Heydər Əliyev Fondu adından uşaq onkohematoloji mərkəzinə təcili yardım maşını hədiyyə etmiş Leyla Əliyevanın xoşməramlı jestini xüsusi vurğulayırlar. L.Əliyeva həmin mərkəzdə olarkən deyib: “Ən vacibi uşaqlardır”.
Məqalədə Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbərinin aşağıdakı sözləri sitat gətirilir: “Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi artıq dörd ildir ki, fəaliyyət göstərir. Fond səhiyyə məsələlərinə böyük diqqət yetirir. Azərbaycanda xeyriyyəçilik ianələri hesabına Fond xəstəxanalar tikdirir, diabetli uşaqlara kömək edir, təhlükəli xəstəliklərə qarşı vaksinləri xeyriyyəçilik yolu ilə paylayır, bir sıra başqa tədbirlər həyata keçirir. Buna görə də Yekaterinburqdakı xəstəxanaya baş çəkmək bizim üçün vacib idi. Uşaq onkoloji mərkəzi mənə çox yaxşı təsir bağışladı”.
Leyla Əliyeva Sverdlovsk vilayətinin qubernatoru Aleksandr Mişarin ilə görüşündə humanitar əlaqələrin möhkəmləndirilməsi perspektivləri, ayrı-ayrı layihələr müzakirə edilib. Məqalədə vurğulanır ki, bu səmərəli görüş konkret əməkdaşlığın təməlini qoyub.
Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın bu səfəri Uralın bütün vilayət KİV-lərində böyük əks-səda doğurub, yerli telekanallarda və radioda, qəzetlərdə, İTAR-TASS, RİA “Novosti” agentliklərinin informasiya lentlərində, eləcə də, 10-dan artıq internet resursunda geniş işıqlandırılıb.
Azərbaycanın Sverdlovsk vilayətindəki baş konsulu Sultan Qasımov demişdir ki, Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri, RAGT-nin sədri və “Baku” jurnalının baş redaktoru Leyla Əliyevanın Yekaterinburqa səfəri Azərbaycan ilə Sverdlovsk vilayəti arasında mədəni və humanitar əlaqələrin möhkəmləndirilməsi üçün müstəsna əhəmiyyətə malikdir. Yekaterinburq Rusiyanın üçüncü böyük şəhəridir və humanitar sahədə əlaqələrin tənzimlənməsi ölkələrimiz və xalqlarımız arasında dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi üçün vacibdir. Sultan Qasımov deyib: “Leyla xanım Əliyevanın qubernator Aleksandr Mişarin ilə görüşü və müxtəlif müştərək layihələrin həyata keçirilməsi barədə əldə edilmiş konkret razılaşmalar dinamik inkişaf edən Rusiya-Azərbaycan dövlətlərarası münasibətlərinin ruhuna tamamilə uyğundur”. Onun sözlərinə görə, Sverdlovsk sakinləri Leyla xanım Əliyevanın xoşməramlı jestini - uşaq onkohematoloji mərkəzinə müasir avadanlıqla təchiz edilmiş təcili yardım maşını, Yekaterinburq Diyarşünaslıq Muzeyinə videoproyektor hədiyyə etməsini, eləcə də həmvətənimiz, istedadlı bəstəkar və müğənni Emin Ağalarovun xeyriyyə konsertini, bu konsertdən əldə edilmiş vəsaitin Yekaterinburqdakı uşaq evinin hesabına köçürülməsini yüksək qiymətləndiriblər. Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov sonda demişdir: “Bu, mədəniyyət və səhiyyə sahəsində əlaqələrimizin inkişafına çox qiymətli töhfədir”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

