/ / Azərbaycanda istifadəsiz qalmış şəxsi torpaq sahələrinin dövlətə qaytarılması təklif oluna bilər
Azərbaycanda istifadəsiz qalmış şəxsi torpaq sahələrinin dövlətə qaytarılması təklif oluna bilər
08.12.2010 [10:04]
Bunu APA-ya açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib. Komitə sədrinin sözlərinə görə, indi Azərbaycandakı torpaq sahiblərindən bir hissəsi torpaqları sadəcə alıb saxlamağa üstünlük verir, həmin torpaq sahələri heç bir təsərrüfat məqsədilə istifadə olunmur: “Bəziləri 200-300 hektar torpağı alıb sadəcə saxlayırlar. Nəticədə, həmin sahədə heç bir təsərrüfat işləri aparılmır. Hətta bəzən bu torpaqlar əkilsə də, oradan lazımi məhsul alınmır”.
Respublikada çox sayda olmasa da, belə halların mövcud olduğunu bildirən Q.Məmmədovun sözlərinə görə, əksər hallarda belə torpaqların sahibləri paytaxt sakinləridir: “çox vaxt belələri Bakı sakinləri və ya ahıl insanlar olur ki, onlar da təsərrüfat işlərindən tamamilə xəbərsizdir”.
Komitə sədrinin fikrincə, belə torpaq sahələrinin daha təcrübəli insanların istifadəsində olması məqsədəuyğundur: “Əhaliyə verilən torpaqdan istifadə olunmalıdır, əks halda bu torpaq daha məsuliyyətli və təsərrüfatcıl şəxslərə verilməlidir ki, burada məhsul becərilsin”.
Komitə sədri torpaqlardan səmərəli istifadəni təmin etmək üçün şəxsi mülkiyyətdə olan torpaq sahələrinin müsabiqə və hərraclar yolu ilə satılmasını təklif edir: “Xüsusi mülkiyyətdə olan kənd təsərrüfatına yararlı torpaqları satmaq arzusunda olan şəxslərin arzu və təkliflərinə müvafiq olaraq bu torpaqların daha yüksək qiymətə və onu sözün əsl mənasında əkib-becərmək bacarığı və istəyi olan alıcılara satılmasını təmin etmək məqsədilə torpaqların müsabiqə və hərrac vasitəsilə satışı təşkil olunmalıdır”.
Q.Məmmədovun sözlərinə görə, torpaqlardan istifadə olunması həm də ölkənin ərzaq təhlükəsizliyi üçün vacibdir: “ölkədə istehsal olunan kənd təsərrüfatı məhsulları da ayrı-ayrı təsərrüfat və torpaq sahiblərinin istehsal etdiyi mallardan ibarətdir”.
Yeri gəlmişkən, qonşu Rusiyada mövcud qanunvericiliyə əsasən, əkinə yararlı torpaqlardan 3 il ərzində istifadə etməyən torpaq sahibləri həmin ərazini dövlətə qaytarmalıdır.
Q.Məmmədov bu təcrübənin gələcəkdə Azərbaycanda da tətbiq olunacağını istisna etmir, hərçənd bunun üçün təşəbbüsü hökumət qaldıra bilər. Hələliksə, bununla bağlı ölkədə heç bir rəsmi müzakirə aparılmır.
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18

