Siyasi şouya heç bir ehtiyac yoxdur
24.11.2010 [14:36]
Hakim Yeni Azərbaycan Partiyası (YAP) parlament seçkisinin nəticələrini tanımayan namizədlərin noyabrın 23-də Müsavat Partiyasının mərkəzi qərargahında keçirdiyi ümumrespublika forumuna münasibət bildirib. YAP İcra katibinin müavini, deputat Mübariz Qurbanlı “Media forum” saytına açıqlamasında deyib: “Bu siyasi şouya heç bir ehtiyac yoxdur. Bu şounun arxasında dayanan bəzi dairələr, o cümlədən məğlub olmuş və xalqdan heç bir səs almamış AXCP-Müsavat rəhbərliyi heç nəyə nail ola bilməzlər və bu cür cəhdlər əbəsdir. Parlament seçkisi azad, demokratik, ədalətli keçirilib. Azərbaycan xalqı siyasi iradəsini ortaya qoyub. Xalqdan dəstək almış namizədlər qalib gəlib. Mərkəzi Seçki Komissiyası nəticələri araşdırıb, şikayətlərə baxıb. Müxalifət partiyalarının liderləri siyasi etikaya uyğun addım atmaq istəsəydilər vəzifələrindən istefa verməliydilər. Noyabrın 23-də keçirilən tədbir seçkidə məğlub olmuş tərəfin bunu açıq etiraf etmək əvəzinə, məğlubiyyətini sığortalamağa yönəlmiş növbəti cəhdidir. Biz bu cür hərəkətləri qeyri-ciddi və əhəmiyyətsiz hesab edirik”.
Mübariz Qurbanlı bildirib ki, Müsavat partiyasının qərargahına deyilən sayda - 100 nəfər toplaşmayıb. Onun sözlərinə görə, tədbirdə yalnız radikal müxalifətin nümayəndələri iştirak edib: “Onlar məğlubiyyətlərini etiraf etmək əvəzinə hay-küy salmaqla məşğuldurlar”.
YAP İcra katibinin müavini narazıların alternativ parlament - Xalq Məclisi yaratmasını qeyri-ciddi hesab etdiyini söyləyib. O bildirib ki, hazırkı müxalifət əvvəllər də belə cəhdlər edib: “İndi bunu yeni formada təkrarlayırlar. Bu, gülünc məsələdir. Azərbaycanda hakimiyyət konstitusion yolla formalaşır. Azərbaycan Konstitusiyasında hakimiyyətin qolları var: icraedici, qanunverici və məhkəmə hakimiyyəti. Konstitusiyaya görə, hakimiyyətin hansısa bir formada mənimsənilməsinə iddia yolverilməzdir. Bu gün orada səsləndirilən fikirlər qanuna zidd çağırışdır. Bu çağırışı edənlər qanun qarşısında məsuliyyət daşıyırlar. Sadəcə olaraq enerjimizi bu cür qeyri-ciddi işlərlə məşğul olanlara sərf etmək istəmirik”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35

