MSK Milli Məclisə seçkilərlə bağlı yekun protokolunu təsdiq edib
23.11.2010 [09:43]
Komissiyanın sədri bildirib ki, Azərbaycan Respublikasının Milli Məclisinə noyabrın 7-də keçirilmiş seçkilər ölkəmizin tarixinə müstəsna əhəmiyyətə malik hadisələrdən biri kimi düşəcək. Azərbaycan Prezidentinin 2010-cu il 3 sentyabr tarixli Sərəncamı ilə Milli Məclisə seçkilər 2010-cu il noyabrın 7-nə təyin edilmiş və bundan sonra Mərkəzi Seçki Komissiyasının sentyabrın 6-dakı iclasında Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiqləmişdir. Mərkəzi Seçki Komissiyasının və aşağı seçki komissiyalarının fəaliyyəti, eləcə də digər seçki subyektlərinin Milli Məclisə seçkilərlə bağlı atdığı bütün addımlar Təqvim Planına uyğun olub. Seçkilərin hazırlanması və keçirilməsi dövründə Azərbaycan Respublikası Konstitusiyasının, Seçki Məcəlləsinin və digər qanunvericilik aktlarının norma və tələblərinə riayət olunmuş, seçki prosesi sistemli, mütəşəkkil aparılıb. Bu işlərə əsasən seçki təşkilatçılarının beynəlxalq qurumlarla yanaşı, respublikanın aidiyyəti üzrə müxtəlif orqanları da cəlb edilib. ümumilikdə seçkilər dünyada müəyyən edilmiş demokratik standartlara, seçki qanunvericiliyinin tələblərinə uyğun keçirilib.
Seçki subyektlərinin maarifləndirilməsindən ötrü genişmiqyaslı proqram həyata keçirilmiş, bu istiqamətdə beynəlxalq təşkilatlar və dövlət qurumlarının da iştirak etdiyi çoxsaylı tədbirlər təşkil edilib.
Seçkiqabağı təşviqat dövründə namizədlər bərabər rəqabət şəraitində mübarızə aparıb, Azərbaycanın seçki tarixində ilk dəfə olaraq onlara əlavə təşviqat imkanı yaradılıb. Namizədlər seçkiqabağı təşviqat aparmaq məqsədilə İctimai Televiziyanın efirindən ödənişsiz əsaslarla istifadə ediblər.
Seçkilər zamanı aşkarlığın təmin olunması üçün bütün tədbirlər görülüb, qanuna müvafiq surətdə mövcud seçki məntəqələrinin 10 faizindən çoxunda veb-kameralar quraşdırılıb, müşahidəçilərin sərbəst fəaliyyəti üçün şəraitin yaradılması nəticəsində səsvermə günü 21 beynəlxalq (xarici) qurumdan 1029 beynəlxalq və 50 mindən çox yerli müşahidəçi, 43 beynəlxalq KİV təmsilçisi seçkilərin gedişini izləyib. Yerli KİV-lərin seçkiləri işqılandırmasından ötrü heç bir məhdudiyyət qoyulmayaraq onlardan akkreditə tələb olunmayıb.
Səsvermənin gedişini izləmiş həm yerli, həm də beynəlxalq müşahidəçilər ümumən seçkiləri müsbət qiymətləndiriblər.
Həm ölkə, həm də beynəlxalq ictimaiyyətin seçkinin nəticələri ilə dərhal tanış olması üçün səsvermə başa çatdıqdan sonra məntəqələr üzrə ilkin nəticələr, seçki dairələri üzrə liderlik edən namizədlər barədə məlumatlar Mərkəzi Seçki Komissiyasının nəzdindəki “Seçkilər” İnformasiya Mərkəzi tərəfindən 24 saat ərzində Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilib, yekun protokolları və digər seçki sənədləri məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına qanunla müəyyənləşdirilmiş müddətdə çatdırılıb.
Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarından Milli Məclisə seçkilərlə bağlı dairə seçki komissiyalarının yekun protokollarını və digər seçki sənədlərini qanunla müəyyən olunmuş qaydada və müddətdə qəbul edib yoxlayıb. Qeydə alınmış qanun pozuntuları ilə əlaqədar səsvermə günü və ondan sonra Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlər də qanunla müəyyən olunmuş qaydada və müddətdə araşdırılıb, qanunun tələbinə uyğun qərarlar qəbul olunub.
Sonra Mərkəzi Seçki Komissiyasının üzvləri çıxış edərək sədrin fikirlərinə şərik olduqlarını bildirib, noyabrın 7-də keçirilmiş seçkilərin ölkədə demokratik institutların daha da güclənməsində, vətəndaş cəmiyyətinin dayaqlarının möhkəmləndirilməsi istiqamətində irəliyə doğru atılmış əhəmiyyətli addım hesab etdiklərini vurğulayıblar.
Daha sonra MSK sədri komissiya üzvlərini Mərkəzi Seçki Komissiyasının 2010-cu il noyabrın 7-də Milli Məclisə keçirilmiş seçkilərin ümumi yekunlarına dair protokolu ilə tanış edib. Mərkəzi Seçki Komissiyası qərara alıb ki, 2010-cu il noyabrın 7-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərin ümumi yekunlarına dair tərtib edilmiş Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Protokolu təsdiq olunaraq, müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunsun.
İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Seçki Müşahidə Missiyasının, ABŞ səfirliyinin, Milli Demokratiya İnstitutunun (ABŞ) təmsilçiləri, Avropa Şurası baş katibinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:47
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
Gündəm
25 Aprel 11:38
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17

