/ / Azərbaycan insan inkişafı indeksinin orta illik tempinə görə son 10 il ərzində aparıcı dövlət olub
Azərbaycan insan inkişafı indeksinin orta illik tempinə görə son 10 il ərzində aparıcı dövlət olub
05.11.2010 [09:38]
İnsan inkişafı indeksinin orta illik tempinə görə Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri arasında son 10 il ərzində aparıcı dövlət olub. Azərbaycan bu istiqamətdə hətta dünya üzrə qabaqcıl sayılan iki dövləti - çin və Hindistanı da arxada qoymağa müvəffəq olub. Bu sözləri BMT İP-in rezident nümayəndəsi Fikrət Akçura dünən Bakıda BMT İnkişaf Proqramının 2010-cu il İnsan İnkişafı Hesabatının təqdimat mərasimində söyləyib.
Azərbaycan Prezidenti Administrasiyasının və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının “Millətlərin həqiqi sərvəti: İnsan inkişafına aparan yollar” devizi altında birgə təşkil etdikləri təqdimat mərasimində hökumətin, beynəlxalq qurumların, diplomatik korpusun və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.
BMT İP-in İnsan İnkişafı Hesabatının 20 illiyinə həsr olunmuş tədbirdə əvvəlcə “Azərbaycan: inkişafa aparan yol” sənədli filmi nümayiş olunub.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev tədbirdə açılış nitqi ilə çıxış edib. Azərbaycanda insan inkişafı sahəsində görülən işlərin geniş təhlilini verən akademik Ramiz Mehdiyev bildirib ki, BMT-nin son hesabatında ölkəmiz haqqında yer almış məlumatlar ümumi inkişafımızın göstəricisidir. Hesabatın əhatə etdiyi 169 ölkə arasında, son 5 ildə Azərbaycan insan inkişafı sahəsində ən sürətli irəliləyişə nail olub: 2005-ci ildə 101-ci yerdə olan Azərbaycan 2010-cu ildə 67-ci yerə yüksəlib. Azərbaycan 2000-2010-cu illər arasında postsovet məkanında insan inkişafı indeksinə görə illik 1,77 artım dərəcəsi ilə ən yüksək göstəriciyə nail olub. Nəticədə Azərbaycan “orta insan inkişafı” qrupu ölkələrini tərk edərək, “yüksək insan inkişafı” ölkələri kateqoriyasına daxil olub.
BMT İP-in rezident nümayənədsi Fikrət Akçura çıxışında deyib ki, insan inkişafı indeksinin irəliləməsində ən çox nailiyyət əldə etmiş dövlətlər sırasında çin və Koreya Respublikası kimi tanınmış “iqtisadi inkişaf möcüzələri” ilə yanaşı, gənc dövlət olan Azərbaycanın da adı var. Azərbaycanın müstəqilliyinin ilk illərini xatırlayarkən onun bugünkü uğurları xüsusilə təqdirəlayiq nəticədir. ötən 10 ildə Azərbaycan davamlı iqtisadi inkişafa nail olub, yoxsulluğun səviyyəsini xeyli azaldıb və öz vətəndaşları üçün insan inkişafı istiqamətində uğurlar əldə edib.
Tədbirdə çıxış edən Koreya Respublikasının Azərbaycandakı səfiri Li Ci-Han və Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova ölkəmizdə insan inkişafı sahəsində əldə edilmiş uğurlardan danışıblar.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

