Azərbaycanla Türkiyə mediasının əlaqələri inkişaf edir
28.10.2010 [09:21]
Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə bir qrup KİV nümayəndəsi qardaş Türkiyə Cümhuriyyətinə səfər edib. Media mənsubları elə həmin gün İstanbul şəhərindəki Heydər Əliyev adına parkda ümummilli liderin büstünü ziyarət ediblər. Ziyarətdə Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov da iştirak edib. Sonra nümayəndə heyəti səfər proqramı çərçivəsində “Star” qəzetinin redaksiyası ilə tanış olub. Azərbaycanın nüfuzlu qəzet redaktorları və jurnalist qurumlarının rəhbərlərindən ibarət olan heyəti “Star” qəzetinin məsləhətçisi İbrahim Kiras qarşılayıb və qəzetin yaranma tarixi, fəaliyyəti, Türkiyə mətbuatı haqqında ətraflı məlumat verib. Azərbaycan Prezidenti yanında KİVDF-nin icracı direktoru Vüqar Səfərli səmimi qəbul üçün nümayəndə heyəti adından təşəkkür edib. Bildirib ki, bu, fondun təşkilatçılığı ilə jurnalist qrupun xarici ölkəyə ilk səfəridir və bu səfər məhz qardaş Türkiyədən başlayıb. Məqsəd isə Türkiyə qəzetçilərinin, ümumiyyətlə, mediasının təcrübəsini öyrənmək, bu təcrübəni Azərbaycanda tətbiq etmək, gələcəkdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün Türkiyə kütləvi informasiya vasitələrinin nümayəndələrini Azərbaycana dəvət edib qarşılıqlı əməkdaşlığl gücləndirməkdir.
Sonra Vüqar Səfərli fondun bir illik fəaliyyəti haqqında məlumat verərək qurumun KİV-in inkişafına göstərdiyi xidmətlərdən danışıb. Nümayəndə heyəti “Zaman-media” qrupu ilə də görüşüb, onların iş şəraiti, gündəlik fəaliyyəti, iş prinsipiləri ilə tanış olub. “Cihan” İnformasiya Agentliyinin baş direktoru Abdulhamit Bilici ilə görüşən nümayəndə heyətinə informasiya agentliyi, agentliyin iş üslubu, strukturu haqqında ətraflı məlumat verilib.
Oktyabrın 26-da isə nümayəndə heyəti Baş Bakanlık yanında Mətbuat və İnformasiya İdarəsinin İstanbul şöbəsinin yetkilisi Nəciməttin Altunbasla görüşüb.
Səfər proqramı çərçivəsində Qəzetəçilər və Yazarlar Fondunda dəyirmi masa da keçirilib. Tədbirdə Azərbaycan və Türkiyə əlaqələrinin inkişafında KİV-in görə biləcəyi işlərin, medianın üzərinə düşən vəzifələrin müzakirəsi aparılıb. Dəyirmi masada Qəzetəçilər və Yazarlar Fondunun sədri Mustafa Yeşil, Dialoq Avrasiya Platformasının baş katibi İsmayıl Taş, Medialoq Platformasının baş katibi Erkam Tufan Aytav, “Bu gün” qəzetinin yazarı Camal Usaq, “Zaman” qəzetinin baş redaktoru Bülent Kenes, “Samanyolu”da proqram yapımcısı Faruk Mərcan, Azərbaycan nümayəndə heyətindən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz, “Ekspress” qəzetinin təsisçisi Müşfiq Səfiyev, “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova, Dialoq Avrasiya Platformasının Azərbaycan üzrə koordinatoru Mustafa Saatçı istirak ediblər. Tədbirdə hər iki ölkənin media mənsublarının əlaqələrinin daha da inkişaf etdirilməsi üçün müvafiq təkliflər müzakirə edilib. Azərbaycan KİV nümayəndə heyətinin İstanbuldakı görüşləri bu gün başa çatacaq.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

