4 + 44 Ermənistan məğlubiyyətini niyə həzm edə bilmir?
05.04.2022 [10:15]
2016 -cı il aprelin əvvəlində 4 və 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük müharibələr haqlı olaraq Azərbaycanın son 200 illik tarixinin ən şanlı səhifələri kimi dəyərləndirilir. 4 günlük müharibədə Böyük Qələbəyə cığır açan Azərbaycan, 44 günlük Vətən müharibəsində düşməni tam diz çökdürdü və ölkəmizin ərazi bütövlüyünü təmin etdi.
M.ABDULLAYEV
Postmüharibə dövründə respublikamız işğaldan azad edilmiş 10 min kvadratkilometrədək ərazidə müxtəlif istiqamətlərdə işlər həyata keçirir. Böyük Qayıdışın təmin edilməsi məqsədilə aparılan fəaliyyət istiqamətlərindən biri isə işğaldan azad edilmiş ərazilərdə Ordumuzun möhkəmlənməsinin təmin edilməsidir. Postmüharibə dövründə Ermənistandakı “bəlkə də, qaytardılar” xülyası ilə yaşayan revanşist qüvvələr təxribatlara əl atırlar. Elə məğlub Ermənistanın hakimiyyəti də üçtərəfli Bəyanatın, Moskvada, Soçidə və Brüsseldə əldə olunan razılaşmaların şərtərini yerinə yetirməkdən uzaq görünür. Məlum Bəyanatla üzərinə götürdüyü öhdəliklərdən yayınmağa çalışan Ermənistan hələ də Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasından hərbi birləşmələrini çıxartmayıb, əksinə Laçın dəhlizi vasitəsilə respublikamızın ərazisinə silahlı dəstələr göndərməkdə davam edir, artıq mövcud olmayan Dağlıq Qarabağa hansısa statusun verilməsindən danışır.
Düşmənin xislətinə, məkrli niyyətlərinə yaxşı bələd olan Azərbaycan igid əsgər və zabitlərinin canı, qanı hesabına işğaldan azad edilən ərazilərdə mümkün möhkəmləndirmə tədbirləri görür, zərurət yarandıqda hərbi hissələrin dislokasiya yerlərini dəyişir. Müharibənin başa çatmasından sonra Murovdan Arazadək olan ərazilərdə 700 kilometrədək yollarda təmir-bərpa işləri aparılıb, yeni hərbi hissələr tikilərək istifadəyə verilib, müxtəlif təyinatlı mühəndis təminatı işləri yerinə yetirilib. Son olaraq mart ayının üçüncü ongünlüyündə Tərtər rayonunun Suqovuşan qəsəbəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışı baş tutub. Paralel şəkildə, hərbi hissələrin, postlarımızın, sərhədçilərimizin dislokasiya yerləri şəraitdən asılı olaraq dəyişdirilir.
Məğlub Ermənistan isə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində möhkəmlənməyə, ordumuzun döyüş hazırlığının yüksəldilməsinə hədəflənən fəaliyyətindən isterikaya düşərək öz havadarlarına və müxtəlif beynəlxalq təşkilatlara şikayətlər ünvanlayır və yaxud təxribatlara əl atır. Son günlərdə Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasından ordumuzun mövqelərinin atəşə tutulması halları da artıb. Bundan başqa, Ermənistandakı müəyyən dairələr tərəfindən Azərbaycanın yeni ərazilər tutmağa hazırlaşdığı barədə dezinformasiyalar yayılır. Bütün bunlar ona dəlalət edir ki, sözdə “sülh sazişi imzalamağa hazırıq” deyən Ermənistanın apardığı siyasət əslində sülhə və təhlükəsizliyə təhdidlər yaradır. Bir daha xatırlatmaq istərdik ki, işğaldan azad edilmiş ərazilərdə hər hansı bir fəaliyyəti həyata keçirmək Azərbaycanın müstəsna hüququdur və heç kim tərəfindən qınaqla qarşılana bilməz. Yaxşı olardı ki, Ermənistan öz hərəkətləri barədə yaxşı-yaxşı düşünsün, əks halda 4 və 44 günlük müharibələrin dərslərini yenidən ala bilər.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59

