AMEA-da akademik Ramiz Mehdiyevin Moskvada dərc edilmiş məqaləsinin müzakirəsi keçirilib
02.10.2010 [09:12]
İnstitutun direktoru İlham Məmmədzadə tədbiri açaraq bildirib ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Moskvada çıxan “Vestnik aktualnıx proqnozov. Rossiya: tretye tısyaçaletiye” jurnalında “Qonşuların təcrübəsi” rubrikası altında dərc edilmiş “Azərbaycanın kursu: sabitləşmədən modernləşməyə doğru” məqaləsi son illər ölkəmizdə iqtisadi, siyasi, ideoloji münasibətlərin mənzərəsini yaradan və beynəlxalq əlaqələrin inkişafını əks etdirən sanballı bir əsərdir. Məqalənin əhatə etdiyi məsələlər haqqında ətraflı məlumat verən direktor onun Rusiya ictimaiyyətində müasir Azərbaycan haqqında dolğun təsəvvür yaratması ilə yanaşı, ölkəmizin elmi institutları qarşısında da mühüm vəzifələr qoyduğunu qeyd edib.
Konfransda çıxış edənlər bildiriblər ki, məqalədə Azərbaycan dövlətinin təşəkkülü və inkişafı faktoloji material əsasında yeni müstəqil dövlətlərin gündəliyində duran başlıca məsələ - totalitarizmdən demokratiyaya, komanda iqtisadiyyatından azad bazar münasibətlərinə, böyük bir imperiyanın tərkib hissəsindən milli dövlətə keçidin zəruri olması məsələsi təhlil edilib. Azərbaycan bu yolda keçid dövrünün mürəkkəb şəraitində siyasi, iqtisadi və sosial böhranları dəf etməli olub. Məqalədə çox düzgün olaraq vurğulanır ki, Azərbaycan yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin hərtərəfli düşünülmüş və uzaqgörən siyasəti sayəsində XXI əsrə siyasi və iqtisadi cəhətdən sabit dövlət kimi qədəm qoya bilib.
Modernləşmə xəttinin əsasının 2003-cü ildə Prezident İlham Əliyev tərəfindən qoyulduğunu qeyd edən natiqlər ölkəmizin bütün dünyanı silkələyən iqtisadi böhrandan da şərəflə çıxmasının məqalədə geniş yer aldığını vurğulayıblar.
Azərbaycanın iqtisadi uğurlarının da öz əksini tapdığı məqalədə 2009-cu ilin yekunlarına əsasən respublikamızda üDM-in 9,3 faiz artdığı qeyd edilir. Bundan əlavə, vurğulanır ki, nəzərdə tutulan bütün infrastruktur layihələri və sosial proqramlar həyata keçirilib. Dünya iqtisadiyyatının heç də ürəkaçan olmayan mənzərəsi fonunda 9,3 faiz rəqəminin özü əyani şəkildə göstərir ki, 2009-cu il Azərbaycan üçün çox uğurlu olub. Məqalədə qeyd edilir ki, Azərbaycan iqtisadiyyatında keçid dövrü başa çatıb, ölkədə onun öz resurslarına əsaslanan liberal, müstəqil, davamlı iqtisadiyyat qurulub.
Modernləşmənin iqtisadi bazisini formalaşdıran Azərbaycan suveren dövlət kimi, artıq yeni tarixi və iqtisadi şəraitdə iqtisadiyyatın inkişafı problemlərini həll edir. ölkəmiz prinsipial baxımdan yeni olan, iqtisadi sərbəstliyə, dünya təsərrüfat sisteminə inteqrasiya etməyə yönəlmiş iqtisadiyyat qurur.
Məqaləsində milli inkişafda intellektual dirçəliş məsələsinə toxunan akademikin fikrincə, Azərbaycan dövlətçiliyinin davamlı və sabit inkişafının əsas amili kimi, təhsilin və elmin səviyyəsini, gənclərin intellektual səviyyəsini daim artırmaq zəruridir. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı da bu mühüm vəzifənin yerinə yetirilməsinə xidmət edir.
Natiqlər məqalə müəllifinin Azərbaycan-Rusiya münasibətlərinin dinamizminə, ölkələrimiz arasında əməkdaşlığın tamamilə yeni müstəviyə - Azərbaycan-Rusiya strateji əməkdaşlıq müstəvisinə keçməsinə xüsusi diqqət yetirdiyini vurğulayıblar.
Məqalədə qeyd edilir ki, iki dövlət arasında hərbi və hərbi-texniki əməkdaşlıq inkişaf edir, iqtisadi sahədə olduğu kimi, qarşılıqlı faydalı əməkdaşlıq da Azərbaycan-Rusiya münasibətlərinin mühüm tərkib hissələrindən biridir. Müasir mərhələdə Azərbaycan-Rusiya münasibətlərinin bütün spektrini, o cümlədən humanitar əlaqələri də təsbit edən tərəfdaşlıq getdikcə zənginləşən, daha yeni çalarlar kəsb edən ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin varisliyini bir daha sübut edir.
Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birinci prorektoru, professor Əlikram Abdullayev bildirib ki, məqalə müstəqillik illərində Azərbaycanın keçdiyi inkişaf yolunun yığcam şəkildə ciddi elmi qiymətini verir, qarşıdakı mərhələnin baş istiqamətlərini göstərir. Bu, istər iqtisadi, istər siyasi, istərsə də mənəvi sahənin inkişafının əsas istiqamətləridir və müəllif onu ən ümumi səciyyə kimi modernləşmə adlandırır. MDB üzvü olan ölkələrin elmi ədəbiyyatında bu termin yeni mahiyyət alır və onların inkişaf xüsusiyyətlərini dəqiq ifadə edir. Professor Ə.Abdullayev deyib ki, məqalədə müəllif modernləşməyə nail olmağın başlıca yollarını təqdim edərək bu sırada azad vətəndaş, güclü dövlət, konsolidə olunmuş demokratiya, milli mənəvi yüksəliş kimi məqamları xüsusi vurğulayır. Eyni zamanda, akademik R.Mehdiyev bu məqsədlərə nail olmağın əsas nüvəsini milli inkişafda intellektual sıçrayışda görür. Hesab edirəm ki, bu çox düzgün və perspektivli bir qiymətdir.
Məqalədə, həmçinin Azərbaycan-Rusiya münasibətlərinin geniş xarakterizə olunduğunu qeyd edən professor Ə.Abdullayev vurğulayıb ki, burada iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişafı, onun əsas parametrləri öz əksinin tapıb.
Müəllifin məqalədə Azərbaycanın gələcək inkişafının baş nişangahlarını müəyyən etdiyini diqqətə çatdıran professor bildirib ki, ölkəmizdə fəaliyyət göstərən elmi tədqiqat müəssisələri əl-ələ verib məqalədən irəli gələn vəzifələrin həlli istiqamətində səmərəli fəaliyyətə səy göstərməlidirlər.
Konfransda çıxış edən institutun əməkdaşları məqalənin elmi əhəmiyyətini yüksək qiymətləndirib, onun Azərbaycanın elmi ictimaiyyəti üçün bir impuls rolu oynayacağını, yeni elmi tədqiqatlara, layihələrə təkan verəcəyini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02

