Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayıb
14.09.2010 [10:05]
ölkəmizdə sosial-iqtisadi vəziyyətin yüksəlməsi, gəlirlərimizin artması vətəndaşlarımızın həyat şəraitinin daha yüksək səviyyəyə qaldırılmasına imkan yaradır. Prezident İlham Əliyev bu imkandan istifadə edərək hər zaman aztəminatlı ailələrin, müharibə iştirakçılarının, o cümlədən, şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində addımlar atır. Qısa zaman ərzində çadır şəhərciklərinin ləğv edilməsi, məcburi köçkünlərin evlə təmin olunması qaçqın və məcburi köçkünlərin normal yaşayış səviyyəsinin təminatına imkan yaradıb.
2004-cü ildə qəbul edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın yüksək səviyyədə tətbiqi məcburi köçkünlərimizin problemlərinin həlli istiqamətində böyük bir yolun başlanğıcını qoydu. Dövlət Proqramında 22921 ailənin - 110 min məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması, o cümlədən, 21354 ailənin yeni qəsəbələrə köçürülməsi, 1567 ailənin isə müvəqqəti məskunlaşdıqları ictimai binaların təmiri, 30 min iş yerinin (onlardan 25 mini inşaat işlərində, 5 mini isə yeni təşkil olunacaq kiçik sexlərdə) yaradılması nəzərdə tutulurdu və ötən müddət ərzində demək olar ki, bunların hamısı yerinə yetirilib. Ağdam rayonunda 12 və Ağcabədi rayonunda 1 qəsəbənin tikintisi başa çatdırılıb, məcburi köçkünlərin həmin qəsəbələrə köçürülməsi və 4 çadır düşərgəsinin ləğv edilməsi təmin olunub. Məcburi köçkünlərimizlə görüşlərində Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin mütləq şəkildə həll ediləcəyini və məcburi köçkünlərin öz ev-eşiklərinə qayıdacağını bildirib.
Təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən sonrakı dövrdə işğaldan azad olunan ərazilərdə abadlıq işləri aparılacaq. Bununla belə, Azərbaycan dövləti müvəqqəti məskunlaşan insanların həyat səviyyələrini daha da yaxşılaşdırmaq üçün bütün vacib addımları atır. Daha doğrusu, qaçqın və məcburi köçkünlərimizin həyat şəraitinin yüksəldilməsi bütün dövrlərdə dövlətin diqqət mərkəzində saxlanılır. Hətta bir neçə ildir dünyada davam edən iqtisadi böhranın fonunda Azərbaycanda məcburi köçkünlərin şəraitlərinin normallaşdırılması istiqamətində reallaşdırılan layihələr dayandırılmayıb, əksinə, bu tədbirlər daha da inkişaf etdirilir. Bu isə ölkəmizin stabil iqtisadiyyata və gələcəyin təminatını özündə əks etdirən dövlət siyasətinə əsaslanır.
Prezident İlham Əliyevin bu ilin fevralında imzaladığı “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam da məhz dövlətin qaçqın və məcburi köçkünlərə ayırdığı diqqətin bariz nümunəsidir. Sərəncamda qeyd edilir ki, ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 61 yeni qəsəbə salınıb, 150-dən artıq təhsil, 50-yə yaxın səhiyyə, 30-dan artıq rabitə müəssisələri, onlarla mədəniyyət ocağı tikilib istifadəyə verilib, müvafiq infrastruktur yaradılıb. Hazırda məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər ardıcıl davam etdirilir. Dövlət başçısı proqrama uyğun olaraq 700-ə yaxın məcburi köçkün ailəsi üçün yeni çoxmərtəbəli yaşayış binalarının tikilməsi məqsədilə 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 3 milyon manat məbləğində vəsait ayrılması barədə qərar qəbul etmişdi. Sənəddə Dövlət Neft Fonduna qurumun 2010-cu il büdcəsi layihəsində məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi üçün müvafiq məbləğdə vəsait nəzərdə tutmaq tapşırılıb. ümumiyyətlə, ölkə başçısı hər zaman bildirib ki, məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması Azərbaycan hakimiyyətinin prioritet məsələsidir. Bu məqsədlər üçün dövlət başçısı tərəfindən 16 Fərman və Sərəncam imzalanıb. Bütün bu Fərman və Sərəncamlar əməli-praktik işlərin görülməsi üçün əsas olmaqla qısa müddət ərzində Azərbaycanda çadır şəhərciklərinin ləğvi üçün əsas təkanverici rolu oynayıb.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36

