Siyasi sabitlik iqtisadi inkişafın təminatıdır
14.09.2010 [10:05]
XX əsrdə ikinci dəfə əldə etdiyimiz dövlət müstəqilliyimiz ötən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyəti zəbt etmiş AXC-Müsavat qruplaşmasının apardığı yarıtmaz siyasət nəticəsində təhlükə qarşısında dayanmışdı. ölkədə yaşanan iqtisadi böhran, erməni işğalçılarına qarşı aparılan mübarizə ilə bərabər dövlətin daxilində baş qaldıran seperatçı qüvvələrin başlatdığı vətəndaş qarşıdurması da müstəqilliyi təhdid edən böyük amillərdən sayılırdı. Həmin günlərdə xalqın təkidli tələbi ilə Bakıya gələn və Azərbaycanı düşdüyü çətin vəziyyətdən xilas etmək üçün hərəkətə keçən Ulu öndər Heydər Əliyev qısa müddətdə ölkədə sabitliyin yaranmasına nail oldu. Tezliklə ölkədə vətəndaş cəmiyyətinin yaradılması istiqamətində fəaliyyətə başlanıldı. Yaranan sabitlik isə gələcək inkişaf trayektoriyasının əsasını təşkil edirdi. Yəni, demokratik, hüquqi dövlət quruculuğunun, iqtisadi inkişafın ən yüksək mərhələsinə çatmaq üçün ölkədə sabitliyin, əmin-amanlığın olması əsas faktordur.
Qeyd etdiyimiz məsələni tarix özü də təsdiqlədi. AXC-Müsavat hakimiyyəti dövründə Azərbaycanda baş alıb gedən xaos, özbaşnalıq, silahlı dəstələrin siyasi oyunlarda iştirakı xarici investisiyaların gənc, müstəqil ölkənin inkişafına yönəldilməsinə də mane olurdu. Yeraltı və yerüstü sərvətlərə malik Azərbaycan dövləti bu sərvətlərdən ölkənin inkişafı, vətəndaşların rifahı üçün istifadə edə bilmirdi. çünki ölkədəki qeyri-sabit durum xarici şirkətlərin siyasi hakimiyyətə etimadını azaldırdı. Bu isə yatırım qoymaq istəyən sərmayədarları fikirlərindən daşındırırdı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda yaranan sabitlik bu problemin də həllində əsaslı rol oynadı. ümummilli liderin hakimiyyətə gəlişindən sonra imzalanan “Əsrin müqaviləsi” müasir, güclü və varlı Azərbaycanın əsasını qoydu. Məhz bu müqavilə ölkəmizin dünyaya çıxışını təmin etdi, iqtisadi dinamikanın əldə edilməsinə yardımçı oldu. Bu müqavilə nəticəsində Azərbaycan dünyanın aparıcı şirkətlərinin diqqət mərkəzinə gəldi, ölkəmizdə fərqli sahələrin inkişafına sərmayələr yatırıldı. Artıq xarici kapitalın ölkəyə gəlişinə, sərmayələrin təhlükəsizliyinə heç bir təhdid yox idi. Bu isə Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və sabitliyə əsaslanan siyasi kursun uğuru idi.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu gün Azərbaycan bir çox ölkələrlə ikitərəfli əlaqələrə malikdir və bu əlaqələr nəticəsində də çoxsaylı dövlətlər ölkəmizin biznes mühitində özünə yer edib. Bu bir faktdır ki, Azərbaycan nəinki yerləşdiyi Cənubi Qaqaz regionunda, hətta böyük bir coğrafiyada xarici sərmayələrə açıq və təminat verəcək yeganə dövlətdir. Bu gün ölkəmizdə demokratik prinsiplərə sadiqlik nümayiş etdirilir, ölkə daxilində aparılan siyasi islahatlar nəticəsində Azərbaycan Qərb standartlarına yiyələnir. ölkəmizdə aparılan seçki islahatı, vətəndaş cəmiyyətinin, qeyri-dövlət sektorunun inkişafına göstərilən qayğı, mətbuata dövlət dəstəyi və diqqət dediklərimizi təsdiq edir. Azərbaycanda keçirilən seçkilərdə tətbiq olunan Qərb standartları, yüksək texnologiya bu prosesin azad, ədalətli, şəffaf və ən əsası demokratik şəkildə nəticələnməsinə təminat verir. Bundan başqa, bu gün Azərbaycan hakimiyyəti də ölkədə demokratik inkişafın təminatında, onun daha da irəliləməsində, vətəndaş cəmiyyətinin yüksək səviyyədə formalaşmasında maraqlı olduğunu ortaya qoyur, bunun təmin olunması istiqamətində iradə nümayiş etdirir.
ölkəmizdə yaradılan sabitliyin dövlətin inkişafındakı yeri Prezident İlham Əliyev tərəfindən də hər zaman xüsusi olaraq vurğulanır. Sentyabrın 1-də Dövlət Bayrağı Meydanının açılışı zamanı söylədiyi nitqində dövlət başçısı bir daha bu məsələyə toxunub. Prezident İlham Əliyev bildirib ki, ölkəmizdə yaradılan daxili sabitlik inkişafın əsas şərtidir: “Bu gün Azərbaycan möhkəm əsaslar üzərində uğurla inkişaf edir. ölkə daxilində gedən bütün proseslər müsbət istiqamətdə inkişaf edir. Azərbaycanda daxili sabitlik, əmin-amanlıq, ictimai-siyasi asayiş uğurlarımızın əsas şərtidir. Biz iqtisadi, siyasi islahatları bu möhkəm əsas üzərində aparırıq. ölkədə demokratikləşmə prosesləri çox uğurla gedir”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxElm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05

