/ / Ermənistan və Rusiya arasında imzalanan hərbi protokol Cənubi Qafqazda hərbi-siyasi balansın pozulmasına gətirib çıxarır
Ermənistan və Rusiya arasında imzalanan hərbi protokol Cənubi Qafqazda hərbi-siyasi balansın pozulmasına gətirib çıxarır
25.08.2010 [10:26]
“Azərbaycan tərəfi olaraq biz yaranmış vəziyyətin aradan qaldırılması üçün imkanlarımız daxilində tədbirlər görməliyik. Əks halda, Cənubi Qafqazda proseslərin hansı istiqamətdə gedəcəyini proqnozlaşdırmaq çətin olacaq”. APA-nın məlumatına görə, bunu Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının (YAP) Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov Rusiyanın Gümrüdəki hərbi bazasının Ermənistan ərazisində qalma müddətinin uzadılmasına dair sənəd imzalanmasına münasibət bildirərkən deyib.
Ermənistan və Rusiya arasında Gümrüdəki hərbi bazanın müddətinin uzadılmasına dair sənədin imzalanmasının qəti əleyhinə olduğunu deyən YAP İcra katibinin sözlərinə görə, belə bir müqavilənin hazırlanması Cənubi Qafqazda hərbi-siyasi balansın pozulmasına gətirib çıxarır: “İkinci tərəfdən, Ermənistanla Azərbaycan arasında münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş Rusiyanın tərəflərdən biri ilə belə müqavilə imzalaması bu dövlətin vasitəçilik missiyasının qərəzsiz şəkildə həyata keçirilməsinə ciddi şübhələr yaradır”.
Millət vəkili deyib ki, Azərbaycan işğal altında olan torpaqlarını azad etmək üçün gücünü artırmalı, bununla da qüvvələr nisbətindəki balansı saxlamalıdır. “Rusiyanın rəsmi dairələri müqavilənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınma prosesinə mənfi təsir göstərməyəcəyini deyirlər. Biz buna müəyyən zamana qədər inanacağıq. Rusiya prezidentinin payızda Bakıya səfərindən Azərbaycan tərəfi balans yaradılması və münasibətin ortaya qoyulmasını gözləyir”, - deyə Ə.Əhmədov vurğulayıb.
Ə.Əhmədov onu da əlavə edib ki, YAP baş verənlərdən narahatlığını ifadə edir və Rusiyanın hakim “Vahid Rusiya” Partiyası ilə bununla əlaqədar danışıqlar aparır.
Onun fikrincə, hərbi siyasi balans pozulursa, bunun qarşısını almaq üçün müvafiq tədbirlər görülməlidir və burada müxtəlif variantlar ola bilər. Rusiya və Ermənistanın son müqaviləsini neytrallaşdırmaq üçün Naxçıvanda Türkiyə hərbi bazasının yerləşdiriləcəyinə dair məlumatlara münasibət bildirən Ə.Əhmədov qeyd edib ki, Naxçıvanın təhlükəsizliyinin təmin edilməsi müvafiq müqavilələrlə Türkiyənin səlahiyyətlərinə daxildir: “Bu, Türkiyənin vəzifələrindəndir və Türkiyə bu sahədə işlər görür. Bütövlükdə Cənubi Qafqazda hərbi siyasi balansı qorumaq üçün digər formaların və formatların axtarılmasına ehtiyac var”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

