Mübariz Qurbanlı: Səfir təyinatının yubadılması ABŞ-ın maraqlarına ziddir
07.08.2010 [12:45]
M.Qurbanlı bildirib ki, ABŞ-da erməni lobbisi bütün vasitələrlə Amerikanın Azərbaycan siyasətinə təsir göstərmək istəyir, ölkəmizin əleyhinə qərarların qəbul olunmasına cəhd göstərir. Onun sözlərinə görə, belə hallar yeni məsələ deyil, Azərbaycanın dövlət müstəqilliynin bərpasından bu yana biz erməni lobbisinin əli ilə Azərbaycana qarşı müxtəlif xarakterli qərarların qəbul olunması, çıxışların edilməsinin şahidi olmuşuq. 907-ci düzəliş də buna misaldır.
YAP İcra katibinin müavini qeyd edib ki, Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ABŞ-la ölkəmiz arasında münasibətlər inkişaf etməyə başlayıb. Hazırda isə Prezident İlham Əliyevin çevik və praqmatik xarici siyasət xətti erməni lobbisinin Azərbaycana yönəlik fəaliyyətinin qarşısının alınmasına müsbət təsir göstərir. Buna sübut kimi göstərmək olar ki, ötən illərdə ABŞ Konqresi separatçı Dağlıq Qarabağ rejiminə birbaşa yardım ayırırdısa bu il bundan imtina olunub. çünki Azərbaycanın Konqresdəki dostlarının sayı artıb.
Bununla yanaşı, erməni lobbisinin müxtəlif vasitələrlə münasibətlərə kölgə salmağa cəhd göstərdiyni deyən M.Qurbanlının sözlərinə görə, ABŞ-ın ölkəmizə səfir təyin etməsini yubatmaqla onlar müəyyən rəylər formalaşdırmağa çalışırlar: “ABŞ-ın Azərbaycanda səfirliyi var. Səfirin təyin olunması isə həmin ölkənin daxili işidir. Azərbaycan da müstəqil dövlət kimi bu ölkə ilə səfirlik vasitəsilə əməkdaşlıq edir. Belə hallar mövcuddur ki, ABŞ başqa ölkələrə də səfir təyinatını gecikdirib. Burada senatorların təsir altında olması, siyasi maraqlarla çıxış etmələri də rol oynayır. Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasının ləngidilməsində də erməni lobbisinin rolu var. Həmçinin, bu məsələni yubatmaqla ermənilər hansısa niyyətlərinə nail olmağa çalışırlar. Amma bir məsələni yaddan çıxarmaq lazım deyil ki, Azərbaycan bölgədə lider ölkədir. Bu gün bölgədə müxtəlif layihələrin həyata keçirilməsi Azərbaycansız mümkün deyil. Azərbaycanın strateji əhəmiyyəti, Ermənistandan, o cümlədən digər region dövlətlərindən qat-qat üstündür. Ona görə də, ölkəmizə ABŞ-ın səfirinin təyinatının yubadılması Amerikanın maraqlarına zidd ola bilər, amma bu amil Azərbaycanın maraqlarına hansısa formada təsir göstərmir. çünki Azərbaycan ABŞ üçün nə dərəcədə əhəmiyyət kəsb edirsə, Amerika da o qədər ölkəmiz üçün əhəmiyyət kəsb edir. Azərbaycan ABŞ-la diplomatik əlaqələrini səfir olmadan da həyata keçirir. Yəni bu əlaqələr ölkəmizin ABŞ-dakı səfirliyi vasitəsilə, eləcə də bu dövlətin Bakıdakı səfirliyi vasitəsilə həyata keçirilir. Yenə də deyirəm ki, səfir təyinatının yubadılması ABŞ-ın maraqlarına ziddir. Senatda bəzi şəxslər erməni lobbisinin təsirinə düşərək ABŞ-ın səfirinin təyinatını yubadırsa, deməli onların daxili problemidir. Onlar öz dövlətlərinin maraqlarına toxunan hərəkətə yol veriblər”.
M.Qurbanlının fikrincə, bu faktdan erməni təbliğatı ucuz şou yaratmağa çalışır. Amma belə cəhdlər nəticə verməyəcək.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

