/ / Separatçı rejimə maliyyə yardımının ayrılması ABŞ-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin ruhuna və məntiqinə ziddir
Separatçı rejimə maliyyə yardımının ayrılması ABŞ-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin ruhuna və məntiqinə ziddir
06.07.2010 [11:27]
Bütün dünyaya bəllidir ki, bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində ATƏT-in Minsk qrupu da iştirak edir. Fransa və Rusiya ilə yanaşı, ABŞ da həmsədr ölkələrdən biridir və münaqişənin sülh yolu həll olunmasına töfhə verə biləcək gücdür. Amma bəzən neytral mövqeyilə seçilməli olan dövlətlər elə bir addım atırlar ki, bununla da ictimaiyyətdə onların obyektivliyi haqqında böyük şübhələr meydana gəlməyə başlayır.
ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici maliyyələşdirmə üzrə komitəsinin 2011-ci il üçün dövlət büdcəsində Ermənistana 44 milyon dollar həcmində maliyyə yardımı ayırması da bu addımlardandır. Yeri gəlmişkən, qeyd edək ki, bu rəqəm Barak Obama Administrasiyası tərəfindən nəzərdə tutulan rəqəmdən 4 milyon dollar çoxdur. ABŞ Administrasiyası bununla yanaşı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimə maliyyə yardımını ötən illə müqayisədə 2 milyon dollar artıraraq 10 milyon dollara çatdırmağı təklif edib...
Əlbəttə ki, ölkəmizin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş bölgəsindəki separatizmin dəstəklənməsi kimi qiymətləndirilə biləcək bu qərar ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin ruhuna və məntiqinə ziddir. Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bəyan etmiş ABŞ prezidenti Barak Obama Administrasiyasının separatçı qüvvələrə maddi yardım göstərməsi onun beynəlxalq terrorla apardığı mübarizəyə də xələl gətirir.
Digər tərəfdən, ATƏT-in Minsk qrupunda həmsədr ölkə olan ABŞ-ın separatçılıq və işğalı dəstəkləməsi heç bir məntiqlə izah oluna bilməz. ATƏT-in Minsk qrupunun üzvü kimi ABŞ münaqişənin həlli üzrə öhdəsinə götürdüyü neytrallıq prinsiplərini də kobud şəkildə pozur. çünki ABŞ-ın bu addımı Azərbaycan ictimaiyyəti tərəfindən işğalçı Ermənistana maddi və mənəvi dəstək kimi qəbul edilir.
Xocalıda 613 nəfəri qəddarcasına öldürən, minlərlə insanı şikəst edən, bir milyondan artıq azərbaycanlını Vətən həsrətilə mənəvi zərbə altına qoyan bir aqressiv dövlətə dövlət səviyyəsində yardımın edilməsi Azərbaycan ictimaiyyətində haqlı narazılıqla qarşılanır. Azərbaycan cəmiyyətində artıq belə bir fikir formalaşır ki, Dağlıq Qarabağ probleminin həllinə mane olan ən böyük amil dünyanın nüfuzlu dövlətlərinin münaqişəyə ikili standartlarla yanaşması, təcavüzkarın cəzasız qalması, törədilmiş cinayətlərə göz yumulması, işğalçı ilə işğalın qurbanının bərabər tutulmasıdır. ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ obyektiv mövqe nümayiş etdirməli, ədalət prinsipi qorunmalı, təcavüzkarla təcavüzə məruz qalan dövlətə münasibət düzgün olmalıdır. Xüsusilə, nəzərə alınmalıdır ki, Ermənistan rəhbərliyində Azərbaycan torpaqlarının işğalında birbaşa iştirak edən şəxslər təmsil olunur. Bu hakimiyyətin qeyri-konstruktivliyinin nəticəsidir ki, Dağlıq Qarabağ problemi hələ də həll olunmur. Müşahidəçilərin rəyincə, separatçıların ABŞ-ın ayırdığı maliyyə yardımının qeyri-dinc məqsədlər üçün istifadə etməsi ehtimalı daha böyükdür. çünki bu, separatçılar birbaşa olaraq, işğalçı Ermənistan hakimiyyətinin nəzarətindədir.
Görəsən, ABŞ Administrasiyası xarici maliyyələşmə ilə bağlı təkliflər irəli sürərkən və ABŞ Konqresi müvafiq qərarlar qəbul edərkən beynəlxalq hüquq norma və prinsiplərini, BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatının qərar və qətnamələrini niyə nəzərə almır? Azərbaycanın ərazi bütövlüyünü tanıyan ABŞ Dağlıq Qarabağa ayrılan maliyyə vəsaitini Azərbaycana ayrılan yardımın tərkibinə niyə daxil etmir? Maraqlıdır, Dağlıq Qarabağla heç bir əlaqəsi olmadığını bəyan edən ABŞ 10 milyon dolları separatçı rejimə necə, hansı yolla çatdıracaq?
Bu gün artıq Azərbaycan ictimaiyyəti bu və digər suallar ətrafında düşünür. Azərbaycanın ərazi bütövlüyünü ən yüksək səviyyədə tanıyan və ölkəmizin dostu olduğunu bildirən ABŞ rəsmiləri Azərbaycan ictimaiyyətinin suallarına cavab verməlidir.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

