Dövlət katibi Hillari Klinton müxalifət "liderləri"lə görüşməkdən imtina etdi
06.07.2010 [11:26]
Gözlənildiyi kimi, ABŞ-ın dövlət katibi Hillari Klinton iyul ayının 4-də Azərbaycana səfərə gəldi, burada fikir mübadiləsi aparıldı, dövlətimizin mövqeyi Vaşinqtonun rəsmi nümayəndəsinin diqqətinə çatdırıldı. Səfər çərçivəsində aparılmış danışıqlar və dialoqun nəticəsi olaraq, verilmiş bəyanatlar bir daha onu göstərdi ki, ABŞ Azərbaycana bərabərhüquqlu bir aktor kimi baxır, onun problemlərinin həllinin vacibliyini qəbul edir. Əlbəttə ki, görüşlərdən sonra əldə olunmuş siyasi nəticələrlə bağlı kifayət qədər sanballı fikirlərlə çıxış etmək olar. Amma istərdik ki, cəmiyyətimiz səfər zamanı diqqətdən yayınmayan bir məsələ ilə də tanış olsun...
Qeyd edək ki, ABŞ-ın dövlət katibi Hillari Klinton ölkəmizə səfəri zamanı Prezident İlham Əliyevin qəbulunda oldu, gənclərlə görüşdü və sonda yekun mətbuat konfransı keçirdi. Amma dövlət katibi onunla görüşmək istəyən müxalifətin arzusunu elə ürəklərində də qoydu. Bu fakt isə onu göstərdi ki, Vaşinqton Azərbaycan müxalifətini ciddi siyasi yükə malik qüvvə kimi qəbul etmir. Bunu siyasi analitiklər də ehtiyat etmədən söyləyirlər. Yəni, müşahidəçilər Azərbaycanda səfərdə olan ABŞ dövlət katibi Hillari Klintonun müxalifət “liderləri” ilə görüşməməsini Vaşinqtonun Azərbaycan müxalifətinə etimadsızlığının, ciddi siyasi qüvvə kimi qəbul etməməsinin göstəricisi kimi şərh edirlər. Əlbəttə ki, bu amil digər siyasi qüvvələrin deyil, məhz müxalifətin yarıtmaz, müxalifətçilik fəlsəfəsinə uymayan fəaliyyət sərgiləməsi ilə bağlıdır. Məhz bu fəaliyyət təkcə onların beynəlxalq imicinə deyil, bir sıra digər istiqamətlər üzrə də ciddi mənfi təsirini göstərib. Buna görə də, bu gün müxalifət “liderləri”nin insanlar arasında nüfuzu yoxdur. Bunu sübut edən faktlar isə kifayət qədərdir.
ümumiyyətlə, antimilli, öz maraqları naminə atdıqları addımlar nəticəsində,
- Müxalifət bütün sosial dayaqlarını itirib, cəmiyyət həyatından təcrid olunmuş vəziyyətə düşüb;
- Müxalifətin ictimai rəyə təsir imkanları yoxdur;
- Müxalifət partiyaları arasında ziddiyyətlər və qarşıdurmalar onların ortaq mövqeyə gəlmək və vahid ideya uğrunda birgə mübarizə aparmaq imkanlarını heçə endirib;
- Müxalifət “liderləri” və funksionerləri bir-birinə qarşı kəskin çıxışlar edir, yalnız özlərini və təmsil etdikləri qurumları “əsas müxalifət partiyası” hesab edir və bir-birinə qarşı inkarçılıq mövqeyində dururlar;
- Müxalifət “liderləri” dağıdıcı, yalnız öz maraqlarını güdən, nüfuzsuz şəxslər kimi tanınır və cəmiyyət tərəfindən qəbul edilmirlər;
- Müxalifət hakimiyyət uğrunda mübarizənin bütün mərhələlərində ciddi məğlubiyyətlə üzləşir, dağınıq, parçalanmış halda və yox olmaq təhlükəsi qarşısındadır;
- Bu günə kimi müxalifət “liderləri” xaricdən ayrılmış maliyyə dəstəyi, qrantları öz məqsədlərinə sərf edib, mənimsəyib və öz havadarlarının etibarını itiriblər və s.
Müxalifətin cəmiyyətimizdə nufüzu olmadığını, eyni zamanda, ötən müddət ərzində keçirilmiş seçkilərin nəticələri də sübut edir.
İctimai rəy, xarici ekspertlərin şərhləri göstərir ki, Azərbaycan xalqı və beynəlxalq birlik Azərbaycanda yeganə siyasi qüvvə kimi mövcud iqtidarı və Yeni Azərbaycan Partiyasını qəbul edir, yalnız onunla təmas qurmaq və əməkdaşlıq etmək niyyətindədir. Avropa Xalqlar Partiyasının Yeni Azərbaycan Partiyası ilə sıx əməkdaşlıq münasibətləri qurması, dünyanın güclü dövlətlərinin hakim partiyalarının YAP-la əlaqələr yaratması yuxarıda söylənilən fikirləri bir daha sübut edir.
Bu gün artıq beynəlxalq aləmdə fikirləri, sözlərilə nüfuz qazanmış ekspertlər də bildirirlər ki, son illər ərzində Azərbaycan sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, ölkəmizin nüfuzu artıb, Azərbaycan regional mərkəzə çevrilib. Beynəlxalq birlik mühüm nailiyyətlər əldə etmiş Azərbaycan iqtidarı ilə yaxın əlaqələr qurmaqda, əməkdaşlıq etməkdə maraqlıdır. ABŞ-ın dövlət katibi Hillari Klintonun səfəri, onun müxalifətlə görüşdən imtina etməsi bir daha bunu sübut edib.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22

