/ / Elşad Musayev: Siyasi partiyaların fəaliyyəti yalnız bir istiqamətə - Azərbaycan dövlətinə, ordusuna dəstəyə yönəlməlidir
Elşad Musayev: Siyasi partiyaların fəaliyyəti yalnız bir istiqamətə - Azərbaycan dövlətinə, ordusuna dəstəyə yönəlməlidir
13.10.2020 [09:03]
“Bu günlərdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin və ölkəmizdəki 50 siyasi partiyanın rəhbərlərinin iştirakı ilə Prezident Administrasiyasında “Milli həmrəylik - siyasi dialoqun nəticəsi” adlı videokonfrans formatında görüşü baş tutub. Ölkədə Vətən müharibəsi getdiyi bir vaxtda siyasi qüvvələrin təmsilçilərinin Ermənistanın hücumlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına dəstək verməsi mühüm əhəmiyyət daşıyır”.
Bu fikirləri qəzetimizə açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.
Partiya sədrinin sözlərinə görə, mövcud vəziyyətdə bütün siyasi qüvvələrin Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətə dəstək istiqamətində fəaliyyəti səbəbsiz deyil: “Siyasi partiya sədrlərinin görüşündə də yekdilliklə dövlət başçısının siyasətinə bir daha dəstək ifadə olunub. Tədbirdə iştirak edənlərin hamısı eyni mövqedən çıxış edib. Çünki hazırda son 200 ildə əzəli torpaqlarımızın bir qisminin işğalçılardan təmizlənməsi üçün tarixi fürsət yaranıb. Bu tarixi şansdan maksimum yararlanmaq üçün birlik və həmrəyliyin mövcud olması vacibdir”.
E.Musayev deyib ki, Vətənin, millətin taleyi həll olunduğu bir vaxtda bütün siyasi qüvvələr bir araya gəlməlidir: “Partiya sədrlərinin iştirakı ilə keçirilən tədbirdə mən də xüsusi olaraq vurğuladım ki, indiki məqamda ölkənin nəinki siyasi qüvvələrinin təmsilçiləri, həm də hər bir vətəndaş fəaliyyətini ordunun, dövlətin və torpaqlarımızın azad edilməsi yönündə aparılan prosesə birbaşa rəhbərlik edən Ali Baş Komandanın dəstəklənməsi istiqamətində qurmalıdır. Döyüş sahəsində qələbələr qazanan Azərbaycan tərəfi ideoloji və informasiya sahəsində uğurlar əldə etməlidir. Çünki düşmən 30 ilə yaxındır işğal edilmiş ərazilərimizdə möhkəmlənib. Buna görə də, çox azğıncasına müqavimət göstərir. Sevindirici haldır ki, zəfər addımları ilə irəliləyən ordumuza bütün vətəndaşlarımız dayaq olur. Bu mənzərənin şahidi olanda bizim qarşımızda düşmənin çox tab gətirməyəcəyi qənaətinə varmaq mümkündür”.
E.Musayevin sözlərinə görə bütün dünya gördü ki, Azərbaycan cəmiyyəti, o cümlədən müxalifət partiayaları, qeyri-hökumət təşkilatları hakimiyyətlə eyni mövqedən çıxış edir, əhval-ruhiyyəmiz də qələbə yönündə köklənib: “Hesab edirəm ki, 50 siyasi partiyanın bir yerə toplaşıb birgə bəyanat verməsi, vahid mövqedən çıxış etməsi Azərbaycanın siyasi tarixində mühüm hadisədir. Yaranmış bu tarixi fürsət qələbəmizi şərtləndirən əsas amillərdən biridir”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

