Mətbuat Şurası 2009-cu ildəki fəaliyyəti ilə bağlı hesabat açıqlayıb
28.01.2010 [11:12]
Hesabatda göstərilir ki, Şuraya 2009-cu ildə ümimilikdə 489 müraciət daxil olub. Onlardan 276-sı ayrı-ayrı vətəndaşlardan, 167-i dövlət idarələri, müəssisə və təşkilatlardan, 61-i özəl müəssisələrdən, 45-i ictimai qurumlardan, 29-u özünüidarəetmə orqanlarından, 11-i siyasi partiyalardandır.
Daxil olan müraciətlərdən 267-i Şuranın Katibliyində həllini tapıb. 222 müraciət Şikayətlər üzrə Komissiyada araşdırılıb. 31 şikayətə İdarə Heyətində baxılaraq müvafiq qərar çıxarılıb. 3-4 il əvvəl dövlət idarələrindən şikayət və müraciətlərin daha çox olduğunu bildirən Şuranın sədri Əflatun Amaşov qeyd edib ki, keçən illər ərzində bu şikayətlər yerini ayri-ayrı vətəndaşlardan gələn şikayətlərə verib. Sədr şikayətlərin daha çox təhisl və səhiyyə sahələri ilə bağlı olduğunu diqqətə çatdırıb.
Ə.Amaşov ümumilikdə 55 rayondan şikayətlərin daxil olduğunu deyib: “2005-ci ildə cəmi 7 şəhər və rayondan şikayətlər almışdıq . İndi isə bu rəqəm 55-dir. Gözlənildiyi kimi ən çox şikayət Bakı şəhərindəndir - 195 şikayət”.
“Reket” nəşrlərə qarşı ictimai qınağın artırılması üçün Şuranın fəaliyyətinin daha da genişləndiyini deyən sədr vurğulayıb ki, bununla bağlı dövlət idarələri ilə danışıqlar aparılır: “Tərtib etdiyimiz “qara siyahını” dövlət idarələrinə təqdim edirik ki, onlar da həmin nəşrləri tanısın və əməkdaşlıq etdiyi mətbuat orqanlarının seçimində yanılmasınlar. Bu siyahıda 94 dövri nəşrin adı var. 2009-cu ildə 4 dəfə “reket nəşr”lərin siyahısı açıqlanıb”.
2009-cu ildə həbsdə olan jurnalistlərin azadlığa çıxarılması, “Diffamasiya haqqında” Qanunun qəbulu, KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun formalaşmasının MŞ-nin diqqət yetirdiyi əsas məsələlərdən olduğunu vurğulayan Ə. Amaşov söyləyib ki, 2010-cu ildə bütün bu istiqamətlərdə səylər davam edəcək.
Bununla belə o, bu ilin Şura tərəfindən “Diffamasiya ili” elan edildiyini deyib: “Mətbuat Şurası ölkədə diffamasiya ilə bağlı qanunun qəbuluna dəstək vermək üçün ötən ilin oktyabrında Avropa Şurasının Azərbaycandakı nümayəndəliyi ilə birgə tədbir keçirib. Tədbirdə diffamasiyanın Azərbaycan cəmiyyətinə, xüsusən də jurnalistlərin fəaliyyətinə təsirinə dair fikir mübadiləsi aparılıb”.
Həbsdə olan jurnalistlərin azadlığa çıxması üçün müvafiq qurumlarla danışıqlar aparıldığını qeyd edən sədr bildirib ki, mətbuatın maliyyə vəziyyəti ilə bağlı yaranan çətinliklər aradan qaldırılsa digər problemlər də tezliklə həllini tapar. O, Azərbaycan jurnalistlərini fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmağa çağırıb.
Tədbirdə çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev mətbuat ilə dövlət orqanları arasında olan münasibətlərə toxunub: “Hesab edirəm ki, ciddi dövri nəşrlər dövlət orqanlarından informasiyanı asanlıqla ala bilir. O nəşrlər informasiyanı almaqda çətinlik çəkir ki, dövlət idarələri, konkret olaraq sual ünvanlanan məmur həmin jurnalisti və nəşri ciddi hesab etmir. Digər tərəfdən məmurların fikirləri təhrif olunursa, təbii ki, fikirləri təhrif olunan məmur jurnalistlərlə əməkdaşlıqdan yayınacaqlar. Heç bir mətbuat orqanına kimsə əli ilə aparıb nəsə vermir. Heç kimə demək olmaz ki, sən reketsən. Qayıdıb deyəcək ki, reket sənsən. Faktlara əsaslanmaq lazımdır. Probelmlərin aradan qaldırılması üçün hesab edirəm ki, mətbuat kommersiya siyasətini düzgün qurmalıdır. Abunə istiqamətində fəaliyyətini düzgün quran mətbuat orqanı da maliyyə məsələlərini böyük ölçüdə həll etmiş olur. Mətbuat Şurası dövriliyi olmayan, neçə müddətdir ki, çıxmayan mətbuat orqanları haqqında Azərbaycan Dövlət Nəşriyyatına məlumat verməlidir və onların nəşriyyatdan çıxarılması haqqında məsələ qaldırmalıdır. Yalnız bundan sonra nəşriyyat müəyyən addımlar ata bilər”.
Kommersiya məsələlərinin həll edilməsi istiqamətində MŞ-nin fəaliyyətinin artırılmasının vacib olduğunu vurğulayan B. Quliyev Şuranın “reket jurnalistikası”na qarşı mübarizəsini müsbət qiymətləndirib.
Azərbaycan mediasının hazırkı durumu ilə bağlı kifayət qədər dolğun təsəvvür formalaşdırdığını qeyd edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu MŞ-nin sadalanan istiqamətlər, xüsusən də “reket jurnalistika”ya qarşı mübarizə sahəsində işini gücləndirməsinin əhəmiyyətli cəhətlərinə diqqət çəkib. O, eyni zamanda həbsdə olan jurnalistlərlə bağlı yayılan fikirlərə də münasibət bildirib: “Həbsdə olan jurnalistlərin törətdiyi cinayət əməlinə, yoxsa peşə fəaliyyətinə görə azadlıqdan məhrum edilməsi məsələsi ilə bağlı ciddi fikir ayrılıqları var. Jurnalistlər konkret cinayət maddələri ilə mühakimə olunsalar da, bəziləri hesab edir ki, həmin jurnalistlər peşə fəaliyyətinə görə, həbs olunub. Məncə belə münasibət obyektiv deyil. MŞ-nin işinə gəldikdə isə düşünürəm ki, Şuranın 2009-cu ildəki fəaliyyəti qənaətbəxş olub”.
Millət vəkili, MŞ-nin üzvü Aqil Abbas da çıxışında mətbuat ilə dövlət idarələri arasındakı problemləri qeyri-ciddi mətbu orqanların olması ilə izah edib.
Şuraya daxil olan şikayətlərin maksimum şəkildə obyektiv araşdırıldığını deyən Vüqar Rəhimzadə isə bildirib ki, 2009-cu ildə Şura kifayət qədər səmərəli işləyib.
Xəbər lenti
Hamısına baxDünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Dünya
22 Aprel 20:58
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Gündəm
22 Aprel 16:28
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19

