Türkiyənin milli təhsil naziri Bakıdadır
22.01.2010 [13:54]
Bakıda səfərdə olan Türkiyənin milli təhsil naziri Nimət çubuqçunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə dünən Təhsil Nazirliyində görüş keçirilib. Görüşdə iki ölkə arasında təhsil sahəsində qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi, mövcud protokolların yeniləşdirilməsi məsələləri müzakirə olunub. Səfərin əsas məqsədləri barədə məlumat verən Türkiyənin milli təhsil naziri Nimət çubuqçunun sözlərinə görə, əsas məqsəd iki ölkə arasında imzalanmış protokolların icrası istiqamətində görüləcək tədbirləri müzakirə etməkdir. Bu sırada diplomların qarşılıqlı tanınması, tələbə mübadiləsinin genişləndirilməsi, müxtəlif ixtisaslar üzrə təhsil proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılması məsələləri də var.
Azərbaycanın təhsil naziri Misir Mərdanov təhsil sahəsində ölkələrimiz arasındakı qarşılıqlı əlaqələri tənzimləyən əməkdaşlıq haqqında iki mühüm sənəd olduğunu vurğulayıb. Həmin sənədlərdən biri 1998-ci ilin noyabrında Misir Mərdanovun Türkiyəyə rəsmi səfəri zamanı imzalanmış təhsil və elm sahəsində əməkdaşlıq protokolu, digəri isə 2000-ci ildə Türkiyənin milli təhsil naziri Mətin Bostançıoğlunun Bakıya səfəri zamanı təhsil və elm sahəsində imzalanmış əməkdaşlıq protokoludur. Misir Mərdanov deyib ki, Türkiyə dövləti bu sənədlərə əsasən, azərbaycanlı gənclərin Türkiyənin ali məktəblərində dövlət xətti ilə təhsil almaları üçün yer ayırıb: “Bu məqsədlə Azərbaycana 2008-ci ilə qədər hər il 150, 2008-ci ildən etibarən isə 125 nəfərlik kontingent ayrılıb. Hazırda Türkiyə və Azərbaycan arasında təhsil sahəsində tam həll edilməmiş məsələ isə tibb və hüquq ixtisası üzrə diplomların tanınması ilə bağlıdır. Azərbaycanda və Türkiyədə təhsil alan tələbələrin diplomlarının qarşılıqlı tanınması ilə bağlı 2003-cü ildə Türkiyənin Ali Təhsil Şurası ilə Azərbaycanın Təhsil Nazirliyi arasında sənəd imzalansa da, hazırda 2 ixtisas üzrə diplomların tanınması ilə bağlı bəzi problemlər mövcuddur”.
Türkiyənin milli təhsil naziri Nimət çubuqçu isə deyib ki, Azərbaycanda bu ixtisaslar üzrə təhsil və tədris proqramları Türkiyədəkindən fərqlidir. Bu səbəbdən də hər iki ixtisas üzrə diplomların qarşılıqlı tanınmasında müəyyən problemlər yaranır. Bununla belə, bu məsələ hər iki ölkənin təhsil qurumlarının diqqətindədir. Onun sözlərinə görə, diplomların tanınması problemi tədricən həll olunacaq.
M.Mərdanov da türkiyəli həmkarının fikirlərini təsdiqləyib. O, əlavə edib ki, Azərbaycanda ali təhsil, xüsusən də hüquq ixtisası üzrə kadr hazırlığı beynəlxalq səviyyədə aparılmadığından belə ixtisaslar üzrə diplomların qarşılıqlı tanınmasında bəzi uyğunsuzluqlar yaranır. Amma bu məsələni həll etmək üçün Türkiyənin Ali Təhsil Şurası ilə Təhsil Nazirliyi arasında müvafiq sənəd imzalanıb: “Azərbaycanda xüsusilə beynəlxalq hüquq ixtisası beynəlxalq səviyyədə aparılmadığından bu cür ixtisaslar üzrə diplomların tanınmasında müəyyən problemlər olur. Bu məsələdə tələsmək lazım deyil, hər bir problem zamanla öz həllini tapacaq. Növbəti mərhələdə isə növbəti addımlar atılmalıdır ki, diplomların tanınması mümkün olsun. Mənə belə gəlir ki, bu məsələ tədricən həll olunmalıdır”.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18

