Türkiyə Ermənistanla sərhədlərin açılması məsələsində öz şərtlərini saxlayır
22.01.2010 [13:53]
“Proseslər sübut edir ki, Sürixdə imzalanmış protokolların təsdiq olunmasında və Türkiyə ilə sərhədlərin açılmasında Ermənistan daha çox maraqlıdır. Bir neçə gün öncə Ermənistan Konstitusiya Məhkəməsinin Türkiyə ilə imzalanmış protokollara müsbət rəy verməsi buna sübutdur”. Bu sözləri, YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Türkiyə ilə Ermənistan arasında imzalanmış protokollara dair yaranmış vəziyyətə münasibət bildirərkən deyib.
M.Qurbanlının sözlərinə görə, əvvəllər Ermənistan bu protokolları Türkiyə parlamentində təsdiq edildikdən sonra müzakirəyə çıxaracağını bəyan etmişdi. Ancaq hadisələrin gedişi göstərdi ki, işğalçı dövlət öncə dediyi iddialardan geri çəkilib. Bütün bu hadisələr onu sübut edir ki, sərhədlərin açılmasında ən maraqlı tərəf Ermənistandır. “Bu dövlətin və erməni lobbisinin içərisində protokolların əleyhinə olan qüvvələrin mövcudluğu barədə deyilənlər erməni hiyləgərliyinin, bu məsələdə onların ikiüzlü siyasətinin açıq nümunəsidir. Bu günlərdə Türkiyə parlamentində bəyan edilib ki, Dağlıq Qarabağ məsələsinin həllində irəliləyiş olmasa, sərhədlər açılmayacaq. Bu gün sərhədlərin açılması iqtisadi cəhətdən ağır vəziyyətdə olan Ermənistana “nəfəs” vermiş olardı. Ancaq Türkiyənin mövqeyi də bu məsələdə tam aydındır”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
Türkiyə və Ermənistan xarici işlər nazirlərinin son telefon danışığını xatırladan M.Qurbanlı hesab edir ki, Ermənistan tərəfi artıq Türkiyəyə yalvarmaqdadır. Onun sözlərinə görə, Türkiyə isə Ermənistanla sərhədlərin açılması məsələsində öz şərtlərini saxlayır: “ümumilikdə, bölgədə ciddi proseslərin getdiyini görməkdəyik. Bu proseslər Azərbaycanın mövqeyinin də möhkəmləndiyini sübut edir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53

