/ / "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyi "Euronews" telekanalının rəhbərliyinə müraciət ünvanlayıb
"Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyi "Euronews" telekanalının rəhbərliyinə müraciət ünvanlayıb
19.12.2009 [22:11]
Ermənistanın Avropalı Dostları (EuFoA) adlı qurumun təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə tanışlıq səfəri edən “Evronews” telekanalının əməkdaşları çalışdıqları media qurumunun standartlarına zidd olaraq qeyri-obyektiv və qərəzli reportaj hazırlayıb, həmin reportaj bir neçə gün ardıcıl olaraq telekanal vasitəsilə yayımlanıb. Reportajda Belçikanın Lüven Katolik Universitetinin Akademik Şurasının direktoru, professor Bernar Kuli Dağlıq Qarabağın erməni mədəniyyəti və xristian keçmişə malik cəlbedici, unikal bölgə olduğunu söyləyərək buranı Ermənistanın qəlbi adlandırıb. Həmçinin, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş və separatçı rejimin idarə etdiyi Dağlıq Qarabağı “müstəqil dövlət”, separatçıların başçısı Bako Saakyan isə qondarma qurumun “prezidenti” kimi təqdim olunub. Qeyd edək ki, 135 ölkədə 300 milyon tamaşaçı auditoriyasına malik “Evronews” televiziya kanalı bu günə kimi obyektiv, tərəfsiz, professional xəbər mənbəyi hesab olunub. Bu telekanal Azərbaycan Respublikasında kabel televiziyaları vasitəsilə yayımlanır və Azərbaycan tamaşaçıları tərəfindən diqqətlə izlənilir. Bu səbəbdən də, reportaj Azərbaycan ictimaiyyəti, dövlət və qeyri-hökumət qurumları, yerli kütləvi informasiya vasitələri arasında ciddi narazılıq doğurub.
Məsələ ilə bağlı olaraq, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu (Ələkbərli) “Euronews” telekanalının rəhbərliyinə müraciət ünvanlayıb: Müraciətdə deyilir: “Biz, “Xocalı Soyqırımını Tanıtma” İctimai birliyinin üzvləri, o cümlədən Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Dağlıq Qarabağdakı doğma yurd-yuvalarını itirmiş qaçqın və məcburi köçkünlər “Euronews” kimi nüfuzlu bir kanalın hazırladığı reportajı diqqət və narahatlıqla izlədik. Azərbaycanın mövqeyinin əks olunmadığı, beynəlxalq jurnalist standartlarına riayət olunmadan hazırlanmış, balans və obyektivliyin olmadığı reportajda bir çox təhrif və məqamların olduğunu nəzərə alaraq, fikir və təkliflərimizi sizə çatdırmaq istəyirik. Azərbaycan ictimaiyyətinin nümayəndələri olaraq hesab edirik ki, azərbaycanlıların rəyi öyrənilmədən belə bir verilişin nümayiş etdirilməsi jurnalistika, peşəkarlıq standartlarına ziddir və bu telekanalın nüfuzuna xələl gətirir. Telekanal əməkdaşlarının Azərbaycanın nə rəsmi və strukturlarına, nə də ictimai təşkilatlarına heç bir məlumat vermədən, Azərbaycan sərhədlərini pozmaqla Dağlıq Qarabağa Ermənistan ərazisindən daxil olması qanunlara ziddir və müəyyən şübhələrə əsas yaradır. Reportajda Qarabağda işğaldan sonra tikilmiş kilsələrin nümayiş etdirilməsi, bununla da bölgənin xristian bölgəsi kimi təqdim edilməsi, bölgədə yaşamış olan yerli Azərbaycan türklərinə məxsus maddi-mədəniyyət abidələrinin heç birinin göstərilməməsi, süjet boyu maşında Ermənistan bayrağının müxbirləri müşayiət etməsi jurnalist etikasından və standartlarından kənar elementlərdir. Qeyd edək ki, 1988-94-cü illərdə Ermənistan hərbi birləşmələrinin təcavüzü nəticəsində Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan ərazilərinin 20 faizi işğal olunmuş, bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından qovulmuşdur. Bölgədə etnik təmizləmə siyasəti həyata keçirilmiş, azərbaycanlılara məxsus tarixi və mədəniyyət abidələri məhv edilmiş və ya erməniləşdirilmişdir. Təcavüzkar Ermənistan Dağlıq Qarabağdan başqa, ermənilərə heç bir aidiyyəti olmayan 7 rayonu da işğal etmişdir. Xankəndində (Stepanakert) yerləşən Rusiyaya məxsus 366-cı alayın 1992-ci il fevralın 26-sında Xocalıya hücumu zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla - 613 nəfər qətliamın qurbanı olub, müxtəlif işgəncələrlə öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Mən, jurnalist kimi həmin qanlı gecənin şahidi olmuşam. Xocalı soyqrımı zamanı lentə alınan bəzi fotoların müəllifiyəm. Erməni hərbçiləri, muzdlular və onların əlaltıları kimsəyə aman vermədilər. Yüzlərlə dinc sakin erməni vəhşiliyinin qurbanı oldu. Bizim əlimizdə Ermənistanın sabiq prezidenti R.Köcəryanın, indiki dövlət başcısı S.Sarksiyanın, müdafiə naziri Ohanyanın və digər məsul şəxslərin Xocalı soyqrımında bilavasitə iştiraklarına dair məlumatlar var. Bu və digər faciələr haqqında məlumat verilmədiyi halda, Dağlıq Qarabağın müstəqil respublika olduğu barədə əhaliyə yanlış informasiya ötürülür. Münaqişənin həlli istiqamətində danışıqların aparılmasına baxmayaraq, hələ də 4000 nəfərdən çox soydaşlarımızın taleyindən xəbər yoxdur. Biz ümid edirik ki, daima tərəfsiz, obyektiv, qərəzsizlik kimi peşəkarlıq standartlarına diqqət yetirən “Euronews” telekanalı bundan sonrakı fəaliyyətində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı video materiallarda haqlı iradları nəzərə alacaq, Azərbaycan tərəfinin mövqeyinin də beynəlxalq ictimaiyyətə çatdırılması üçün lazımi tədbirlər görəcək. çox istərdik ki, Qarabağda, Xocalıda evlərini, yaxınlarını itirmiş məcburi köçkünlərin mövqeyini, yaşayış tərzini də işıqlandırasınız. Aldığımız məlumata görə, bu verilişdən sonra Sizin əməkdaşlarınızın Azərbaycana səfəri planlaşdırılır. Biz, sizi bu səfər çərçivəsində şəhid və itkin ailələri ilə görüşdürmək, Qarabağ problemi barədə dolğun məlumat vermək üçün qəbul etməyə hazırıq”.
Xəbər lenti
Hamısına baxİdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57

