İrakli Kobaxidze: Gürcüstan-Azərbaycan əlaqələri dostluğa və qarşılıqlı hörmətə söykənir
21.06.2019 [09:54]
İyunun 20-də Milli Məclisin Sədri Oqtay Əsədov Gürcüstan parlamentinin Sədri İrakli Kobaxidzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, O.Əsədov İ.Kobaxidzenin parlamentin Sədri qismində Azərbaycana ilk rəsmi səfərinin dost və qardaş ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini söyləyib. O deyib ki, Azərbaycan və gürcü xalqlarının dostluğu qədim tarixə malikdir. Cari ilin payızında Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin yaranmasının 27 ili tamam olur. Dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Son illər ərzində yüksəksəviyyəli qarşılıqlı səfərlər və görüşlər daha da intensivləşib.
Milli Məclisin Sədri vurğulayıb ki, Azərbaycanla Gürcüstan arasında güclü hüquqi baza mövcuddur. Ölkələrimiz arasında 100-dən çox sənəd imzalanıb, 16 sənəd isə baxılmaqdadır. Eyni zamanda, iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlıq inkişaf edir. Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 2018-ci il üzrə 580 milyon dollar təşkil edib. 2019-cu ilin yanvar-aprel aylarında bu göstərici 243 milyon dollar olub.
Oqtay Əsədov deyib ki, Gürcüstan Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq enerji layihələrinin fəal iştirakçısıdır.
Milli Məclisin Sədri vurğulayıb ki, ali qanunverici orqanlarımız dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynayır. Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir, nümayəndə heyətlərimizin mütəmadi qarşılıqlı səfərləri həyata keçirilir. Deputatlarımız mötəbər beynəlxalq parlament qurumları çərçivəsində, o cümlədən AŞPA, ATƏT PA, NATO PA, QDİƏT PM, GUAM PA-da əməkdaşlıq edir, bir-birilərinin mövqelərini dəstəkləyirlər.
Oqtay Əsədov böyük təəssüf hissi ilə söyləyib ki, hər iki ölkə ərazi bütövlüyümüzə təhlükə yaradan separatizmlə üzləşib. İnanırıq ki, regional münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn normaları çərçivəsində, dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında öz ədalətli həllini tapacaq.
Gürcüstan parlamentinin Sədri İrakli Kobaxidze səfərdən məmnun olduğunu deyib. O bildirib ki, bu gün Gürcüstan və Azərbaycan strateji və etibarlı tərəfdaşlardır. İki ölkə arasında münasibətlərin inkişafında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xidmətləri böyükdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün əlaqələrimiz dinamik inkişaf edir. Ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq önəmlidir. Siyasi sahədə həm ikitərəfli, həm də beynəlxalq səviyyədə yaxşı münasibətlər qurulub. Azərbaycan və Gürcüstan bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşır. İnanırıq ki, münaqişələr sülh yolu ilə həll olunacaq. Ölkələrimiz üçün sülh və sabitlik böyük əhəmiyyətə malikdir. Biz Avropa Şurasında, QDİƏT-də əməkdaşlıq edirik, bir-birimizin maraqlarını dəstəkləyirik. Siyasi sahədə münasibətlərin inkişafında parlamentlərarası əlaqələr çox vacibdir. Qanunverici orqanlar arasında əlaqələrin gücləndirilməsində informasiya və təcrübə mübadiləsi baxımından nümayəndə heyətlərinin qarşılıqlı səfərləri çox əhəmiyyətlidir.
Gürcüstan parlamentinin Sədri iqtisadi sahədə əlaqələrə toxunaraq enerji və nəqliyyat sahələrində, o cümlədən Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə həyata keçirilən üçtərəfli layihələrin önəmli olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, Azərbaycan investorları Gürcüstanda geniş şəkildə təqdim olunublar. Mədəniyyət, təhsil, turizm sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Əlaqələrimiz dostluq və qarşılıqlı hörmətə söykənir. Bu dostluğa heç bir qüvvə təsir edə bilməz.
Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Sədr müavini Bahar Muradova, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əflatun Amaşov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatları və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

