/ / Fransanın Qrenobl məhkəməsinin qərarı separatçı rejimin beynəlxalq miqyasda tanıdılması cəhdlərini iflasa uğratdı
Fransanın Qrenobl məhkəməsinin qərarı separatçı rejimin beynəlxalq miqyasda tanıdılması cəhdlərini iflasa uğratdı
14.06.2019 [09:33]
Xaricdə yaşayan və milli mənafelərdən danışan “söyüş müxalifəti”nin üzvlərinin belə məsələlərdə susqunluq nümayiş etdirməsi isə onlarda heç bir milli təssübkeşliyin olmadığını göstərir
Fransanın Serji-Pontuaz məhkəməsinin Arnuvil şəhəri ilə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən yaradılmış terrorçu, separatçı rejim arasında “Dostluq haqqında xartiya”nı ləğv etməsinin ardınca Qrenobl inzibati məhkəməsi tərəfindən də oxşar qərarın qəbul edilməsi separatçı rejimin beynəlxalq miqyasda tanıdılması cəhdlərinin iflasa uğradığını göstərir. Qeyd edək ki, erməni separatçılarının təxribatçı fəaliyyətlərinin növbəti dəfə uğursuzluğa düçar olması Azərbaycanın xarici siyasət və beynəlxalq münasibətlər sahəsində qətiyyətli mövqe sərgilməsi nəticəsində mümkün olub.
Bu kontekstdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan və milli maraqlara əsaslanan siyasi xəttin beynəlxalq aləm və Avropanın aparıcı dövlətləri tərəfindən qəbul olunduğunu və dəstəkləndiyini görürük. Azərbaycanın beynəlxalq müstəvidə daim diqqət mərkəzinə gətirdiyi və qətiyyətli mövqe nümayiş etdirdiyi məsələ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllidir.
Yuxarıda qeyd olunanları nəzərə alsaq, Fransa məhkəmələri tərəfindən qəbul edilən qərarları həm də beynəlxalq ictimaiyyətin separatçılıq meyillərini qınamasının növbəti təzahürü də hesab etmək olar. Belə ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış və nəinki Fransa, heç işğalçı Ermənistanın özü tərəfindən belə tanınmayan qeyri-qanuni separatçı rejimin yerli orqanları ilə “dostluq xartiyaları”nın imzalanması Fransanın beynəlxalq fəaliyyətinin ardıcıllığını ciddi şəkildə sarsıdır və xalqlar arasında qarşılıqlı anlaşmanın məğzini, o cümlədən beynəlxalq diplomatik münasibətlərin inkişafının harmoniyasını təhdid edirdi. Məhz bu baxımdan 29 may 2019-cu il tarixində Serji-Pontuaz inzibati məhkəməsi sözügedən xartiyanı “Fransanın beynəlxalq öhdəliklərinə hörmət etmir” və “Dövlətin müstəsna səlahiyyəti olan Fransanın xarici siyasətinə qarşı çıxır” arqumentləri ilə dövlətin nüfuzuna xələl gətirməsini əsas götürərək ləğv etmişdi. Sonuncu qərarın qəbul olunduğu Fransanın Qrenobl inzibati məhkəməsi də eyni arqumentləri əsas gətirərək erməni təxribatının “məhsulu” olan 4 xartiyanı ləğv edib. Buna əsas isə, təbii ki, 20 dekabr 1993-cü il tarixində Fransa və Azərbaycan arasında imzalanmış “Dostluq, anlaşma və əməkdaşlıq haqqında müqavilə”nin 2-ci maddəsində tərəflərin beynəlxalq təhlükəsizliyin təmin edilməsi, münaqişələrin qarşısının alınması, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn rəhbər tutulması, beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmaması prinsipinə hörmət edilməsi naminə səylərini birləşdirəcəklərinə dair üzərlərinə öhdəliklər götürməsi olub. Sözügedən müqavilənin müvafiq maddəsi də bədnam xartiyaların imzalanmasının Fransanın xarici siyasət kursuna və beynəlxalq öhdəliklərinə zidd olmasını göstərir.
Digər tərəfdən, bu xartiyaların imzalanması ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın bitərəfliyini şübhə altına alırdı. Ona görə ki, Fransa 3 həmsədr ölkədən biri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllinin tapılmasını təşviq etməyi də birbaşa öhdəsinə götürüb. Fransanın vasitəçilik missiyasını şübhə altına alan “qanunsuz xartiyalar”ın ləğvi Fransanın münaqişənin həllindəki mövqeyinə etimadı artıra, eləcə də uzun müddət davam edən münaqişənin həllinə töhfə ola bilər.
Azərbaycan dövlətinin qətiyyətli xarici siyasətinin, uzaqgörən diplomatiyasının, ümumiyyətlə, xalqımızın Avropa məkanında əldə etdiyi uğurun aktuallığını qoruduğu bir vaxtda diqqətimizi çəkən məqamlardan xaricdə saxta vətənpərvərlikdən dəm vuran bəzi şəxslərin susmasıdır. Ölkəmizdəki radikalların ikrah doğuran təbliğatına xaricdə “züy tutan” “söyüş müxalifəti”nin nümayəndələri, çox güman ki, ermənilərdən betər şəkildə pərtlik keçirirlər. Buradan bir daha aydın görünür ki, Azərbaycanın milli maraqlarının qorunması xaricdəki “söyüş müxalifəti”nin proqramına daxil deyil. Ona görə ki, hətta ermənilər bu məğlubiyyəti xaricdəki informasiya vasitələri ilə yaydılar və bütün dünya bildi ki, ermənilərin təxribatçı fəaliyyəti iflasa məhkumdur. Avropanın küçələrində Azərbaycanın milli maraqlarından dəm vuranlar isə qınlarına çəkiliblər. Halbuki onlar yersiz və haqsız şəkildə Azərbaycan dövlətini təhqir edəndə xüsusi canfəşanlıq göstərir, sanki bundan həzz alırlar. Lakin beynəlxalq müstəvidə böyük əhəmiyyət daşıyan bu qəbildən olan ümummilli məsələlərdə isə susurlar.
Bu vəziyyətdə xaricdə yaşayan və yeri gəldi-gəlmədi özlərini “vətənpərvər” və “milli mənafelərin qeydinə qalan” şəxslər kimi təqdim edənlərin susqunluq nümayiş etdirməsi onların anatomiyasında heç bir milli təəssübkeşliyin olmadığını göstərir. Nə qədər acınacaqlı olsa da, bu hadisə bir daha sübut etdi ki, həmin o “söyüş müxalifəti”nin Avropadakı “rupor”larının aldıqları sifarişlər məhz Azərbaycanı gözdən salmaq yönündədir və maddi maraqlarını hər şeydən üstün tuturlar.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50

