/ / Sergey Narışkin Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəyə "Şərəf" ordenini təqdim edib
Sergey Narışkin Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəyə "Şərəf" ordenini təqdim edib
24.11.2009 [11:57]
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan ilə Rusiya arasında qədim tarixi olan əlaqələri, hazırkı mehriban qonşuluq, dostluq münasibətlərini diqqətə çatdırıb, hərtərəfli əməkdaşlığımızın yüksək səviyyədə olduğunu vurğulayıb. Onun 60 illik yubileyi münasibətilə Rusiya Prezidenti Dmitri Medvedevin telefon zəngini nəzərə çarpdıran A.Paşazadə, noyabrın əvvəllərində “Dinlərarası dialoq: Qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda Bakıda keçirilmiş konfransda Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill başda olmaqla, rusiyalı qonaqların iştirakını məmnunluqla yada salıb. O, həmçinin, Azərbaycanda pravoslav kilsəsinin vəziyyətindən, müsəlmanlar və xristianlar arasında əməkdaşlıqdan, respublikada müxtəlif dinlərin dinc yanaşı fəaliyyət göstərməsindən danışıb.
Allahşükür Paşazadə xalqımızın ümummilli lideri Heydər Əliyevin Rusiya ilə əlaqələrin möhkəmləndirilməsi sahəsində xidmətlərini diqqətə çatdırıb, hazırda bu siyasi kursun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. Şeyxülislam Cənubi Qafqazda sülhün bərqərar olunmasının vacibliyindən də bəhs edib, Moskva sammitinin davamı kimi gələn ilin aprelində Bakıda keçiriləcək tədbirdə din xadimlərini narahat edən məsələlərin müzakirə olunacağını bildirib.
Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin maarifçi və mənəvi missiyasını, dinlərarası dialoqda fəal iştirakını, iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfələri yüksək qiymətləndirib, Azərbaycandakı tolerantlığın şahidi olduğunu diqqətə çatdırıb. S.Narışkin Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələrinin mehriban münasibətindən, əməkdaşlığından məmnunluğunu söyləyib.
Sonda Sergey Narışkin Rusiya Federasiyasının “Şərəf” ordenini Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib.
Xəbər lenti
Hamısına baxİdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22

