/ / Eldar İbrahimov: Uğurlu siyasət nəticəsində Azərbaycanın dünyada dostlarının və tərəfdaşlarının sayı daha da artır
Eldar İbrahimov: Uğurlu siyasət nəticəsində Azərbaycanın dünyada dostlarının və tərəfdaşlarının sayı daha da artır
24.11.2018 [10:54]
“Azərbaycan özünün xarici siyasətini milli maraqlar əsasında qurub. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurub. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Cənab Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri də Azərbaycanın beynəlxalq miqyasda mövqelərinin güclənməsinə, ayrı-ayrı dövlətlərə əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə xidmət edir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, Prezident İlham Əliyevin bu günlərdə Belarusa və Türkmənistana rəsmi səfərləri də bu kontekstdə böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, dövlət başçısının səfərləri hər iki ölkə ilə Azərbaycanın münasibətlərinin daha da inkişafına böyük təkan verəcək: “Azərbaycanın xarici siyasətində Belarus Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. İki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin inkişafı baxımından müstəsna əhəmiyyətə malikdir. Səfər nəticəsində iki ölkə arasında kənd təsərrüfatı, iqtisadiyyat, hərbi-texniki, sosial müdafiə, hüquq-mühafizə və digər sahələri əhatə edən 9 sənəd imzalanıb. Şübhəsiz ki, ən vacib sənəd dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası Prezidenti və Belarus Respublikası Prezidentinin Birgə Bəyanatı”dır. Bəyanatda Azərbaycan Respublikası və Belarus Respublikasının strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hərtərəfli əməkdaşlıq çərçivəsində bir-biri ilə əlaqələri inkişaf etdirdikləri diqqətə çatdırılıb. Sözügedən bəyanatda həmçinin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında həllinin vacibliyi qeyd olunub”.
Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində dövlət başçıları arasında səmimi dostluq, qarşılıqlı etimad və dialoqun mühüm rol oynadığını qeyd edən komitə sədri deyib: “Azərbaycan ilə Belarus arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq mövcuddur. Eyni zamanda, ticari-iqtisadi sahədə yaxşı perspektivlər və nəticələr var. Əmtəə dövriyyəsinin artımı da xüsusi vurğulanmalıdır”.
Azərbaycan Prezidentinin Türkmənistana səfərinin əhəmiyyətindən də danışan E.İbrahimov bildirib ki, hər iki ölkənin xalqları dərin tarixi köklərə, dil, din birliyinə və dəyərlərə sahibdir. Onun sözlərinə görə, son illər Azərbaycanla Türkmənistan arasında münasibətlərin inkişafı yönündə vacib addımlar atılıb. Ötən il Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfər etdiyini xatırladan YAP İdarə Heyətinin üzvü həmin səfər zamanı qarşılıqlı əlaqələrin genişləndirilməsi ilə bağlı vacib müzakirələrin aparıldığını qeyd edib.
E.İbrahimov söyləyib ki, Prezident İlham Əliyevin bu günlərdə Türkmənistana rəsmi səfəri zamanı 20-dən çox sənədin imzalanması da əlaqələrin uğurlu perspektivindən xəbər verir: “Hər iki ölkə tarixi İpək Yolunun üzərində yerləşir. Səfər zamanı əsas müzakirə mövzularından biri məhz nəqliyyat dəhlizləri, bu sahədə əməkdaşlıq və logistika məsələləri olub. Müzakirələrdə nəqliyyat-tranzit dəhlizlərinin və düzgün logistikanın tərtib olunması məsələlərinə toxunulub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, səfər bizim gələcək qarşılıqlı fəaliyyətimiz, Türkmənistanla Azərbaycan arasında ənənəvi qardaşlıq münasibətlərinin möhkəmlənməsi üçün böyük əhəmiyyət kəsb edəcək, regionumuzun ölkələri arasında yeni daha yaxşı şərait yaradacaq. Hesab edirəm ki, dövlətimizin başçısının Türkmənistana səfəri əlaqələrimizin inkişafına böyük təkan verəcək”.
E.İbrahimov bildirib ki, bütövlükdə, həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın dünyada dostlarının və tərəfdaşlarının sayı daha da artır.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27

