Azərbaycan-Belarus münasibətləri dostluq və strateji tərəfdaşlığa əsaslanır
22.11.2018 [09:15]
Ekspertlər Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfərinin iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin daha da inkişafı baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirirlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 19-da Belarus Respublikasına rəsmi səfəri yerli və beynəlxalq medianın diqqət mərkəzindədir. Ekspertlər bu səfərin iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirirlər. Xüsusi olaraq qeyd edilir ki, səfər çərçivəsində keçirilən görüşlər zamanı səsləndirilən fikirlər tərəflər arasında strateji tərəfdaşlığa və qarşılıqlı etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyini göstərir.
Məsələyə münasibət bildirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının (YAP) beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin daha da inkişafı baxımından mühüm əhəmiyyətə malikdir: “Azərbaycan ilə Belarus strateji tərəfdaş və dost ölkələrdir. Belarus ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın böyük potensialı var”.
Millət vəkili əlavə edib ki, iki ölkə arasında əlaqələrin dinamikasına nəzər saldıqda aydın olur ki, müxtəlif sahələri əhatə edən Belarus-Azərbaycan münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır, uğurla inkişaf edir. S.Fətəliyeva Belarusun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe tutmasının əhəmiyyətini vurğulayaraq deyib ki, rəsmi Minsk Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin tərəfdarıdır: “Dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası Prezidenti və Belarus Respublikası Prezidentinin Birgə Bəyanatı”nda Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında həllinin vacibliyinin vurğulanması mühüm əhəmiyyətə malikdir. Bu, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı və ədalətli mövqeyinə dəstəyinin daha da güclənməsinin növbəti nümunəsidir”.
Milli Məclisin deputatı Sahibə Qafarova isə qeyd edib ki, Azərbaycanın xarici siyasət kursunda Belarus Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur: “Təsadüfi deyil ki, tərəflər arasında strateji tərəfdaşlıq səviyyəsində olan münasibətlər müxtəlif sahələri əhatə edir və uğurla inkişaf edir. Noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasına rəsmi səfəri tərəflər arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından müstəsna önəmə malikdir”.
S.Qafarova qeyd edib ki, səfər nəticəsində iki ölkə arasında kənd təsərrüfatı, iqtisadiyyat, hərbi-texniki, sosial müdafiə, hüquq-mühafizə və digər sahələri əhatə edən 9 sənəd imzalanıb. Şübhəsiz ki, ən vacib sənəd dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası Prezidenti və Belarus Respublikası Prezidentinin birgə bəyanatı”dır. Bəyanatda Azərbaycan Respublikası və Belarus Respublikasının strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hərtərəfli əməkdaşlıq çərçivəsində bir-biri ilə əlaqələri inkişaf etdirdikləri diqqətə çatdırılıb. Sözügedən bəyanatda həmçinin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında həllinin vacibliyi qeyd olunub ki, bu da ölkəmizin mövqeyinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin növbəti sübutudur.
Millət vəkili əlavə edib ki, Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində dövlət başçıları arasında səmimi dostluq, qarşılıqlı etimad və dialoq mühüm rol oynayır: “Bu kontekstdə bir məqamı xüsusi olaraq diqqətə çatdırmaq məqsədəmüvafiqdir. Belə ki, sözügedən səfər çərçivəsində Prezident İlham Əliyevin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü protokola görə, 45 dəqiqə nəzərdə tutulmuşdu, amma dövlət başçılarının təkbətək görüşü 2 saatdan artıq davam edib. Bu, hər şeydən əvvəl, iki ölkənin prezidentləri arasında yüksək qarşılıqlı etimadın bariz ifadəsidir. Eyni zamanda, ikitərəfli münasibətlərin məzmununun zənginliyini əks etdirir”.
“Azərbaycan və Belarus beynəlxalq təşkilatlarda bütün məsələlərdə bir-birini dəstəkləyir. Bu, iki ölkə arasındakı münasibətlərin qarşılıqlı etimada əsaslandığını göstərir”, - deyə S.Qafarova əlavə edib.
“Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri ikitərəfli münasibətlərin strateji xarakterə malik olduğunu bir daha təsdiqlədi”. Bu fikirləri isə Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Onun sözlərinə görə, bu səfər bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan və Belarus prezidentləri arasında, iki dövlət və iki xalq arasında çox sıx dostluq münasibətləri mövcuddur, münasibətlər qarşılıqlı hörmətə və qarşılıqlı faydalı əməkdaşlığa söykənir: “Bu səfər, eyni zamanda, göstərdi ki, tərəflər arasında müxtəlif sahələri əhatə edən əlaqələr çox yüksək səviyyədədir. İqtisadi, ticarət əlaqələrimiz son il ərzində 3,5 dəfə artıb və çox geniş perspektivi var. Humanitar əlaqələrimiz dinamik inkişaf tempinə malikdir. Eyni zamanda, Belarusla Azərbaycan arasında hərbi-texniki sahədə sıx əməkdaşlıq mövcuddur. Bu baxımdan, sözügedən səfər çərçivəsində Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barəsində Anlaşma Memorandumu imzalanması olduqca əhəmiyyətlidir. Bu Anlaşma Memorandumundan çıxış edərək Azərbaycana hava hücumundan müdafiə sistemlərinin, hücum təyinatlı sistemlərin təchiz edilməsi üçün kontraktların imzalanması nəzərdə tutulub. Bundan əvvəl Azərbaycan Belarusdan Polonez raket sistemlərini, zirehli texnika və digər hərbi vasitələri alıb”.
“Bəhs olunan səfər çərçivəsində aparılan müzakirələr bir daha göstərdi ki, Belarus Respublikası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində prinsipial və dəyişməz mövqeyə malikdir. Həmin mövqe ondan ibarətdir ki, bu münaqişə beynəlxalq hüququn ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və suverenlik prinsipi əsasında həllini tapmalıdır”, - deyən E.Nəsirov əlavə edib ki, Azərbaycan və Belarus beynəlxalq təşkilatlar çərçivəsində də aktiv qarşılıqlı fəaliyyət göstərir, bütün məsələlərdə bir-birini dəstəkləyir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27

