/ / Bəhruz Quliyev: “Doing Business” hesabatında Azərbaycanın yüksələn reytinqi yürüdülən siyasətin məntiqi nəticəsidir
Bəhruz Quliyev: “Doing Business” hesabatında Azərbaycanın yüksələn reytinqi yürüdülən siyasətin məntiqi nəticəsidir
02.11.2018 [09:27]
Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2019” hesabatında Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlərin yüksək şəkildə qiymətləndirilməsi bir daha belə deməyə əsas verir ki, öz reytinq və nüfuzuna görə ölkəmiz bir sıra aparıcı dövlətləri geridə qoyur və bununla öz iqtisadi qüdrətini sübut edir. Bunu “Trend”ə ekspert, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinqlərində irəliləməsi bilavasitə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir: “Son illərdə sahibkarlığın inkişaf etdirilməsi sahəsində dövlətimizin həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi, biznesin təşkili üçün vaxt tutumlu müxtəlif qeydiyyat prosedurlarının sadələşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilib. Məhz bu baxımdan beynəlxalq aləmdə biznes mühitinin rahatlığı üzrə göstəriciləri özündə əks etdirən hesabatlardan sayılan “Doing Business” reytinq hesabatı ölkəmizdə əldə edilmiş nailiyyətləri növbəti dəfə təsdiq edir”.
B.Quliyev bu hesabatın hər il verildiyini və Azərbaycanın reytinqdə davamlı şəkildə irəlilədiyini xatırladaraq bildirib ki, ümumiyyətlə, son illər ərzində biznes mühitinin təkmilləşdirilməsi sahəsində mövcud qanunvericiliyini daha da yaxşılaşdıran ölkəmiz bu hesabatda ən çox islahat aparan ölkələr sırasına daxil olub və ön yerlərdən birini tutub.
Ekspert digər mühüm amillərə də toxunub: “Burada başqa mühüm və uğurlu nəticələrə hesablanan faktorlar var. Misal üçün, vergilərin ödənilməsi və bəyannamələrin təqdim edilməsi sahəsində vergi sistemində tətbiq edilən yeniliklər əvvəlki illərin reytinq cədvəllərində öz əksini tapıb və bu indikator üzrə ölkəmizin xeyli irəliləməsinə səbəb olub. Həmçinin ölkədə sosial müdafiə ayırmaları üzrə hesabatların və ödənişlərin elektron formada aparılması sahəsində əldə edilmiş nailiyyətlər nəzərə alınır ki, bu da Azərbaycanda sosial siyasətin də əsas siyasətin tərkib hissəsi olduğunu isbatlayır. Xüsusilə, “ASAN xidmət” mərkəzlərinin yaradılması və biznes mühitinə göstərilən xidmətlərin bu mərkəzlər vasitəsilə aparılması sahəsində dövlətimizin yürütdüyü uğurlu və məntiqli iqtisadi siyasət “Doing Business” hesabatının bütün indikatorları üzrə stabil yüksəlişə nail olmaq üçün çox önəmli və uğurlara söykənən zəmin yaradır”.
Qeyd edək ki, Azərbaycan Dünya Bankının “Doing Business 2019” reytinqində 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Bundan əvvəlki hesabatda ölkəmiz 57-ci yerdə idi.
Xəbər lenti
Hamısına baxAnalitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48

