/ / Olqa Qolodets: Bakı Beynəlxalq Humanitar Forumunun miqyasını və əhəmiyyətini lazımınca qiymətləndirmək çətindir
Olqa Qolodets: Bakı Beynəlxalq Humanitar Forumunun miqyasını və əhəmiyyətini lazımınca qiymətləndirmək çətindir
26.10.2018 [09:20]
Artıq Azərbaycan paytaxtında altıncı dəfədir keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun miqyasını və əhəmiyyətini lazımınca qiymətləndirmək çətindir. Biz bir çox beynəlxalq forumlarda iştirak edirik, lakin Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentlərinin təşəbbüsü ilə keçirilən Bakı Forumu tamamilə unikal əhəmiyyətə malikdir. Axı bizim gələcək nəsillərin gələcəyi insanların humanitar məsələlərə baxışından, sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında dialoqun inkişafından asılıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədr müavini Olqa Qolodets söyləyib. “Biz ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərini çox yüksək qiymətləndiririk və bu münasibətlərin möhkəmlənməsi istiqamətində dövlət başçılarımız tərəfindən geniş tədbirlərin həyata keçirildiyini görürük. Rusiya Azərbaycanla qarşılıqlı faydalı əlaqələr qurulması, o cümlədən humanitar sahədə əməkdaşlıq istiqamətində böyük səylər göstərir. Belə sıx humanitar əlaqələrin mövcudluğu, onların inkişafı və genişlənməsi mehriban qonşuluq münasibətlərinin, iki xalqın mənafeyi naminə bir-birinə hörmətin bariz nümunəsidir. Biz, Rusiya tərəfi, humanitar foruma xüsusi diqqət yetiririk və burada çox böyük nümayəndə heyəti ilə təmsil olunuruq.
Forum çərçivəsində mənim bir sıra ziyarətlərim nəzərdə tutulub. Biz Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında olduq və mən bu təhsil müəssisəsində aparılan tədris prosesinə, sizin çoxlu sayda istedadlı gənclərə və onlara dərs deyən peşəkar pedaqoqlara sadəcə heyran oldum. İrəliyə doğru addımlar məhz ənənələrə böyük ehtiram və buna əsaslanan yaxşı, keyfiyyətli məktəb bazasında atılır. Biz qarşılıqlı faydalı əlaqələrin qurulması üçün bütün tədbirləri həyata keçirəcəyik, sizin istedadlı tələbələri İ. E.Repin adına Sankt-Peterburq Dövlət Akademik Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq Institutuna dəvət edəcəyik. Bununla yanaşı, burada ustad dərsləri keçirməyi, iki ölkənin incəsənət və humanitar sahələrdə əməkdaşlığının inkişafı naminə yaxşı əməkdaşlıq proqramı hazırlamağı nəzərdə tuturuq”, - deyə Rusiya hökuməti sədrinin müavini əlavə edib.
Mədəniyyət və idman sahələrində Azərbaycan-Rusiya layihələrinin perspektivlərinə toxunan Olqa Qolodets qeyd edib ki, iki ölkə arasında çoxlu birgə layihələr həyata keçirilir. “İncəsənətə, mədəniyyətlərin qovuşmasının ərsəyə gətirdiyi layihələrə böyük diqqət yetirilir və biz onları davam etdirməliyik. Bu yaxınlarda Tretyakov qalereyasında iki ölkənin səyləri və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən “Abşeron ulduzları” sərgisini xüsusilə qeyd etməliyəm. Sərgiyə unikal sayda ziyarətçi gəlmişdi. Bu, möhtəşəm mədəniyyət layihəsidir. Həmçinin, Böyük Teatrda Arif Məlikovun məşhur “Məhəbbət əfsanəsi” əsəri səhnələşdirilib. Əgər siz Moskvaya gəlsəniz, bu tamaşaya bilet tapa bilməyəcəksiniz, çünki onlar cəmi bir saat ərzində satılıb qurtarır. Biz, həmçinin gənclərlə bağlı birgə proqramların həyata keçirilməsi sahəsində daha fəal əməkdaşlıq etməyi nəzərdə tuturuq. Məsələn, əməkdaşlığımız çərçivəsində Azərbaycandan 100 məktəblini Sankt-Peterburda təşkil olunacaq mədəniyyət proqramına dəvət etməyi planlaşdırırıq. Hesab edirik ki, bu tədbirlər çox mühümdür və Azərbaycan Prezidenti Rusiyanı gənclərin öz aralarında Asiya və Avropanın, o cümlədən Qafqazın gələcək inkişafını müzakirə edə bilməsi və mədəniyyətlərin kəsişmə nöqtəsini tapmaları üçün rusiyalıların gənclərlə bağlı xüsusi proqramlarda iştirak etməsi məsələsini birlikdə həll etməyə dəvət edib”, - deyə Rusiya Federasiyası Hökumətinin sədr müavini sözlərinə yekun vurub.
Xəbər lenti
Hamısına baxAnalitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48

