Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib
04.10.2018 [08:40]
Oktyabrın 3-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Azərbaycan Xalq Cümhuriyyətinin və Parlamentin 100 illiyi ilə bağlı ölkəmizdə çoxsaylı tədbirlərin keçirildiyini deyib. Bildirib ki, sentyabrın 21-də 44 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən möhtəşəm yubiley tədbiri Prezident İlham Əliyevin iştirakı, buradan Milli Məclisin deputatlarına, qonaqlara, bütün dünyaya çox ciddi mesajlar verməsi ilə yadda qaldı. Prezident İlham Əliyevin parlamentin 100 il ərzində keçdiyi yola, Azərbaycanın bugünkü sürətli dinamik inkişaf prosesində Milli Məclisin roluna verdiyi qiymət hər birimizi ruhlandırır və fəaliyyətimizi daha da genişləndirməyə sövq edir.
Bahar Muradova vurğulayıb ki, oktyabrın 3-ü Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik çox əlamətdar günlərdən biridir. “1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı və Azərbaycan dövlətini qurmaq, inkişaf etdirmək və hər bir Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılmasını təmin etmək üçün çox böyük bir vəzifəyə başladı”, - deyə Milli Məclis sədrinin müavini qeyd edib.
Daha sonra gündəlikdəki məsələlərə baxılıb.
Əvvəlcə Bahar Muradova Milli Məclisin 2018-ci ilin yaz və növbədənkənar sessiyalarında komitədə görülən işlər barədə məlumat verib. Bildirilib ki, hesabat dövründə komitənin 6 iclası keçirilib, 10 məsələyə baxılıb, 8 qanun layihəsində dəyişikliklər müzakirə olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilib. Ötən dövr ərzində komitəyə 552 sənəd daxil olub, onlardan 506-sı əlaqədar təşkilatlara göndərilib.
İclasda komitənin 2018-ci il yaz sessiyası dövründə fəaliyyəti qənaətbəxş hesab edilib, 2018-ci il payız sessiyası üçün iş planına baxılıb və təsdiq olunub.
Sonra “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib. Beş fəsil, on doqquz maddədən ibarət qanun layihəsində uşaqların informasiya əldə etməsi, ailə institutunu nüfuzdan salan informasiya, həmçinin informasiya məhsulunun yaş təsnifatı, zorakılığın və qəddarlığın nümayişi və digər bu kimi anlayışların izahatı verilir.
Layihədə müvafiq maddəyə əsasən uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının təmini, uşaqların həyat və sağlamlığı üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə şəraitin yaradılması, zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu içkilərin və tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın, pornoqrafik xarakterli informasiyanın təbliğinin yolverilməzliyi uşaqların zərərli informasiyadan qorunması sahəsində əsas prinsiplərdir. Həmçinin zərərli informasiya məhsullarının dövriyyəyə daxil edilməsinin, o cümlədən informasiya texnologiyalarından istifadə etməklə uşaqlara qarşı törədilən hüquqpozmaların qarşısının alınması, uşaqların zərərli informasiyalardan qorunması sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi də bu prinsiplərə daxildir.
Qanun layihəsinin üçüncü fəslində informasiya məhsulunun işarələnməsi, informasiya məhsulunun işarələnməsinin xüsusiyyətləri, informasiya məhsullarının telekommunikasiya şəbəkələri vasitəsilə yayımının xüsusiyyətləri, teleradio yayımı vasitəsilə yayımlanan informasiya məhsuluna, uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarının dövriyyəsinə, uşaq üçün qadağan olunan informasiya məhsullarının dövriyyəsinə dair əlavə tələblər öz əksini tapır.
Sənəddə bildirilir ki, “18+” yaş kateqoriyasına aid informasiya məhsulu teleradio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlıq televiziya yayımı zamanı işarə, radioyayım zamanı isə səsləndirmə ilə həyata keçirilməlidir.
Uşaqlar üçün kino və video xidmətlərin göstərilməsi zamanı, uşaq teleradio proqramlarında və verilişlərində, uşaq üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olmalıdır.
Deputatlar qanun layihəsi ilə bağlı fikir və təkliflərini səsləndiriblər. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

