Bakıda Çinin milli bayramı qeyd edilib
26.09.2018 [09:03]
Sentyabrın 25-də Çinin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Çin Xalq Respublikasının yaradılmasının 69-cu ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Vey Cinhua çıxış edərək Çinin 69 il ərzində keçdiyi inkişaf yolundan danışıb, ölkədə iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu söyləyib. O deyib ki, ötən 69 il ərzində Çin kasıb və zəif ölkədən dünyada ikinci güclü iqtisadiyyata malik bir ölkəyə çevrildi. 2018-ci il Çinin dünyaya açıq elan edilməsinin 40-cı ildönümüdür.
Səfir ölkəsində keçirilən böyük tədbirlər, reallaşdırılan mühüm layihələr barədə məlumat verib. O əlavə edib ki, bu il, həmçinin “Bir kəmər, bir yol” təşəbbüsünün fəaliyyətə başlamasının 5-ci ildönümüdür. Bu təşəbbüs çərçivəsində bir çox layihələr həyata keçirilib. 2018-ci ilin iyul ayınadək Azərbaycan ilə Çin arasında qarşılıqlı ticarət dövriyyəsi 616 milyon dollara çatıb. Çin Azərbaycanın 7-ci ən fəal ticarət tərəfdaşına çevrilib. Çin dövləti “Bir kəmər, bir yol” çərçivəsində iki ölkə arasında əlaqələri yeni səviyyəyə qaldırmaq üçün çalışmağa davam edəcək.
Bu gün Çin və Azərbaycan arasında diplomatik münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayan səfir ötən illər ərzində Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən Çin ilə əlaqələrin inkişaf etdirilməsi üçün böyük işlər görüldüyünü diqqətə çatdırıb. Səfir deyib ki, Çin və Azərbaycan sadiq dost və etibarlı tərəfdaşlardır. Diplomatik münasibətlər qurulduğu gündən ölkələrimiz arasında dostluq əlaqələri qarşılıqlı inam və hörmət əsasında inkişaf edir. Çin Azərbaycanın ənənəvi dostluq və səmərəli əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirir.
Diplomat əmin olduğunu bildirib ki, birgə səylər nəticəsində ikitərəfli münasibətlər xalqlarımızın mənafeyinə və maraqlarına uyğun olaraq bundan sonra daha da inkişaf edəcək.
Rəsmi qəbulda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Hökuməti adından Çin xalqını təbrik edib, sülh və firavanlıq arzularını çatdırıb.
Çinin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu deyən nazir ikitərəfli əməkdaşlığın bir çox sahələrdə sürətlə inkişaf etdiyini deyib. Şahin Mustafayev iki ölkə arasında genişmiqyaslı turizm müqaviləsinin imzalanması barədə razılığa gəlindiyini diqqətə çatdırıb. O, yüksək səviyyəli qarşılıqlı səfərlərin, imzalanan çoxsaylı sənədlərin əlaqələrimizin daha da dərinləşməsinə töhfə verdiyini söyləyib.
Nazir bildirib ki, 2015-ci ildə Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində ÇXR rəhbəri Si Cinpin ilə görüşü iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə böyük töhfə verdi. Bu gün Çin Azərbaycanın ən böyük ticarət tərəfdaşlarındandır. Bu gün Azərbaycanda 110-dan çox Çin şirkəti qeydiyyatdan keçib. Çin Azərbaycan iqtisadiyyatına 779 milyon dollar investisiya yatırıb. Bizim ölkəmiz Çin və Avropa arasında vacib tranzit ölkə rolu oynayır. “Bir yol, bir kəmər” layihəsi çərçivəsində bir çox önəmli layihələr həyata keçirilir.
Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, diplomatlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

