Ekspert: Bakıda keçirilən paradda Azərbaycan və Türkiyə dünyaya birlik mesajı verdi
18.09.2018 [09:49]
Bakının azad edilməsinin 100 illiyi münasibətilə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin bölmələrinin iştirakı ilə keçirilən möhtəşəm parad iki ölkə arasındakı qardaşlıq münasibətlərini dünyaya bir daha nümayiş etdirdi. Bu, həm də onu göstərir ki, Azərbaycan xalqı qardaş dəstəyini heç zaman unutmayıb. Bu tədbirlə iki qardaş ölkə Bakıdan dünyaya birlik mesajı verdi. Bu gün Türkiyə və Azərbaycan regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayırlar.
AZƏRTAC xəbər verir ki, bu fikri sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradın əhəmiyyətindən danışan hərbi ekspert, “AzeriDefence” jurnalının bas redaktoru Rəşad Süleymanov deyib.
Ekspert bildirib ki, 1918-ci ildə türk və Azərbaycan əsgərlərindən ibarət Qafqaz İslam Ordusu Bakını 36 saatlıq döyüş əməliyyatı ilə xilas edib. Bu döyüşdə 1000-dən çox insan şəhid olub, yaralanıb. Bu gün xalqımız o şəhidləri unutmayıb. Bakıda və respublikanın digər bölgələrində onların xatirəsi əbədiləşdirilib.
Rəşad Süleymanov vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti, eləcə də Hərbi Hava Qüvvələrinin “Solo Türk” və “Türk Yıldızları” akrobatik qrupları cari ilin iyun ayında Bakıda keçirilən hərbi paradda da iştirak edib, Türkiyə Ordusunun Bakıya gələn heyəti medallarla mükafatlandırılıb. Bakının azad edilməsinin yüz illiyi münasibətilə keçirilən paradda Azərbaycanın və Türkiyənin prezidentlərinin iştirakı da xüsusi vurğulanmalıdır. Azərbaycan və Türkiyə arasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də sıx əlaqələr mövcuddur. Bu əlaqələr kadr hazırlığı, təminat-təchizat, hərbi sənaye və digər sahələri əhatə edir. Türkiyənin müdafiə sənayesi şirkətləri Azərbaycan Ordusunun müasir silah və texnikalarla təchizatında mühüm rola malikdirlər.
Paradda ordumuzun arsenalında yer alan Türkiyə istehsalı TR-122 “Sakarya”, TR-300 “Qasırğa” yaylım atəşli reaktiv sistemlər, antidron silahlar, “Kobra”, ZPT, “Engerek” maşınları, digər raket sistemləri əyani nümayiş olundu. Bu gün Türkiyə Ordusu da Azərbaycan istehsalı olan müxtəlif silahlardan istifadə edir. Son illər Türkiyə hərbi sənayesinin güclənməsi Azərbaycana da öz təsirini göstərib. Ordularımız arasında texniki uyğunluq təmin edilir, şəxsi heyət hər il Azərbaycanda və Türkiyədə keçirilən çoxsaylı təlimlərdə birgə fəaliyyət imkanlarını təkmilləşdirir. İki ölkə hərbçilərinin birgə tədbirlərdə iştirakı qardaşlıq bağlarının daha da möhkəmləndirilməsini təmin edir, eyni zamanda, Azərbaycan Ordusunun modernləşdirilməsində rol oynayır.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

