Azərbaycanın Baş naziri Yaponiyanın xarici işlər naziri ilə görüşüb
06.09.2018 [09:34]
Sentyabrın 5-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Yaponiyanın xarici işlər naziri Taro Kononun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Baş nazir Novruz Məmmədov Azərbaycan ilə Yaponiya arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Baş nazir bildirib ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra iki ölkə arasında münasibətlər sürətlə inkişaf edib. Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Yaponiyaya rəsmi səfərlərini xatırladan Novruz Məmmədov yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında əhəmiyyətini xüsusi vurğulayıb.
Baş nazir Novruz Məmmədov Azərbaycan ilə Yaponiya arasında energetika, iqtisadiyyat, sərmayə qoyuluşu, səhiyyə, ətraf mühitin mühafizəsi və digər sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, digər istiqamətlərdə də əlaqələrin inkişafı üçün böyük potensialın mövcudluğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycanın Yaponiya ilə münasibətlərində iqtisadi əməkdaşlıq prioritet istiqamətlərdəndir. Hazırda Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən yeni həmsədrinin təyin olunması məsələsinə baxılmaqdadır.
Qonaqlara Azərbaycanda yeni yaradılmış sənaye parkları haqqında ətraflı məlumat verən Baş nazir bildirib ki, Yaponiya şirkətləri bu sənaye parklarına cəlb oluna bilər.
Yaponiya xarici işlər nazirinin Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyini bildirən Novruz Məmmədov bu səfərin qarşılıqlı əlaqələrimizin genişlənməsində önəmini vurğulayıb.
Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən Yaponiyanın xarici işlər naziri Taro Kono ölkəmizə 19 il əvvəl səfər etdiyini xatırlayıb. Taro Kono bildirib ki, əlverişli geosiyasi mövqedə yerləşən, logistik mərkəzə çevrilən və enerji təhlükəsizliyi baxımından mühüm rol oynayan Azərbaycan Yaponiyanın vacib tərəfdaşıdır. Yaponiyanın xarici işlər naziri oktyabrın 1-dən Azərbaycan vətəndaşları üçün sadələşdirilmiş viza rejiminin tətbiq olunması ilə bağlı qərar verdiklərini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

