Rusiyalı politoloq Rusiya və Azərbaycan prezidentlərinin görüşünü əlamətdar hesab edir
04.09.2018 [08:54]
Rusiyanın tanınmış politoloqu Qriqori Trofimçuk Rusiya və Azərbaycan prezidentlərinin sentyabrın 1-də Soçidə keçirilmiş görüşünü əlamətdar hesab edir.
Ekspert AZƏRTAC-a müsahibəsində deyib: “Bir çox ekspertlər iki prezident arasında keçirilmiş görüşü onilliyin ən mühüm görüşü hesab edirlər. Bir çox cəhətdən bu fikirlə razıyam. Lakin mən onu daha dəqiq olaraq belə adlandırardım: əlamətdar görüş. Sadəcə o səbəbdən ki, Rusiya və Azərbaycan arasında yüksək səviyyəli danışıqlar Ermənistanın anlaşılmaz davranışının artması fonunda keçdi”.
Onun sözlərinə görə, heç də sonuncu dərəcəli olmayan həmin səbəbdən İlham Əliyevin səfərinə məhz bu cür məna verilib. “Xüsusən ona görə ki, razılaşmaların olduqca mühüm bəndlərindən biri, Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, bu ölkənin Rusiyadan getdikcə daha çox hərbi təyinatlı məhsullar almasıdır. Artıq bu məhsulların dəyəri 5 milyard dolları ötür. Bu, bariz nümunədir”, - deyə Q.Trofimçuk qeyd edib.
O vurğulayıb ki, Azərbaycan özünün regionda Moskvanın daha etibarlı tərəfdaşı olduğunu göstərir ki, bu da artıq özlüyündə siyasi kapitaldır. Bu mənada onu tez-tez strateji tərəfdaş adlandırırlar, hərçənd ki, Azərbaycan Ermənistan kimi nə Avrasiya İqtisadi Birliyinə, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olub.
Danışıqların yekunu üzrə imzalanmış böyük sənədlər paketi, rusiyalı ekspertin fikrincə, müstəqil məna kəsb edir və regionda vəziyyəti gərginləşdirmək meylindən uzaqdır.
“Rusiya Prezidenti, öz növbəsində, “Şimal-Cənub” nəqliyyat marşrutunun vacibliyini qeyd edib ki, bu, bütünlükdə regional təhlükəsizliyi möhkəmlətməyə imkan yaradır. Beləliklə, iki prezidentin görüşü Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafı üçün möhkəm əsaslar yaratdı”, - deyə rusiyalı politoloq Qriqori Trofimçuk AZƏRTAC-a müsahibəsində bildirib.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

