/ / Almaniya Kansleri Angela Merkelin Bakıya səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərinə mühüm töhfə verəcək
Almaniya Kansleri Angela Merkelin Bakıya səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərinə mühüm töhfə verəcək
25.08.2018 [09:43]
Beynəlxalq medianın böyük diqqət ayırdığı bu səfər zamanı Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə reallaşan enerji layihələrinin geniş müzakirə olunacağı bildirilir
Xəbər verildiyi kimi, Almaniya Kansleri Angela Merkelin Cənubi Qafqaz regionuna 3 günlük səfəri başlayıb. Səfər öncəsi Qərb mediası bu səfərlə bağlı mühüm mesajlar verməklə yanaşı, Merkelin keçirəcəyi görüşlər haqqında geniş təhlillər aparır, əsas diqqəti Azərbaycana yönəldir. Bu da təbiidir. Çünki Azərbaycan bu gün regionun ən inkişaf etmiş dövlətidir və regionda həyata keçirilən mühüm iqtisadi layihələrin əsas təşəbbüsçüsü və idarəedicisidir. Məhz xarici mediada da Merkelin səfərində əsas məqsədin Avropa üçün Azərbaycanın idarə etdiyi “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi olduğu bildirilir. Qeyd edilir ki, Almaniya “Cənub Qaz Dəhlizi”nə regiondakı digər ölkələri də cəlb etməyi arzulayır. Xanım Merkel Bakıda enerji məsələlərini, Azərbaycandan qazı Türkiyə vasitəsilə Avropaya nəql edəcək infrastrukturun təkmilləşdirilməsini müzakirə edəcək. Eyni zamanda, bu səfər Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin gələcək inkişafı ilə bağlı da geniş imkanlar yaradacaq. Yeri gəlmişkən, 2017-ci ildə Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarətində Azərbaycanın payı, təxminən, 66 faiz olub. İki ölkə arasında ticarət dövriyyəsi 1 milyard dollara yaxındır. Və səfər nəticəsində Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlığı daha da inkişaf edəcək. Ən əsası isə, Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır və bu təşkilatla qarşılıqlı hörmət, bərabər tərəfdaşlıq və ümumi maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsi istiqamətində qəti siyasi iradə nümayiş etdirir. Sadalananlar isə bir daha bu səfərin nə qədər mühüm əhəmiyyət kəsb etdiyini ortaya qoyur.
AXCP və “Müsavat” rəhbərləri yenə də antimilli mövqedən çıxış edirlər
Amma çox təəssüf ki, Azərbaycan siyasi palitrasının autsayderləri hesab olunan radikal müxalifət partiyalarının - AXCP və “Müsavat”ın rəhbərləri beynəlxalq ictimaiyyətin diqqətinin bu səfərə, o cümlədən də ölkəmizə yönəldiyi indiki ərəfədə yenə də antimilli mövqedən çıxış etməyə davam edirlər. Belə ki, radikal müxalifət partiyalarının yetkililəri Azərbaycana təzyiq göstərilməsinə çağırışlar edir, məktubla müraciət ünvanlayır, hətta bir qrup müxalif fəal Almaniyada aksiya keçirib. Şübhə yoxdur ki, bu etirazçıların hər birinin Azərbaycana qarşı fəaliyyətinin məqsədi fərqlidir. Bunların bir qismi daha artıq gəlir əldə etmək, bir qismi Avropanın müxtəlif ölkələrində komfortlu həyat sürmək üçün xalqını və dövlətini satmağa hazır dayanıblar. Bir qrup isə, sadəcə, bağlı olduğu dövlətdən gələn sifarişləri yerinə yetirir. Odur ki, bu etirazçıları müxtəlif kateqoriyalarda birləşdirərək mənzərəni daha aydın təsvir etmək mümkündür.
Etirazçıların bir qrupunu Azərbaycanın enerji layihələrinə qarşı çıxanlar adlandırmaq olar ki, bu qrup anti-TAP hərəkatında da ortaya atılmışdı. Xatırlasaq, həmin vaxt da bir sıra radikal müxalifət partiyalarının rəsmiləri ölkəmizin reallaşdırdığı bu layihənin əleyhinə təbliğat aparır, ölkəmizin maraqlarına qarşı çıxışlar edirdi. Bu dəfə də həmin qrup yenidən fəallaşma fazasına qədəm qoymağa niyyətlənir. Onların arxasında isə “Cənub Qaz Dəhlizi” layihəsinin Avropanın qazla təminatında alternativ mənbə olmasını istəməyən konkret dairələr durur. “Şimal axını 2” layihəsi ilə bağlı anlaşılmazlıqlar fonunda baş tutan səfərin əsas müzakirə maddəsinin Azərbaycanın və Qərb mediasının anons etdiyi kimi, digər Xəzəryanı ölkələrin karbohidrogen ehtiyatlarının Avropaya daşınması olduğundan həmin dairələr də özlərinin “etiraz qrupu”nu fəallaşdırıblar.
“Mühacir biznesi”nin iri fiqurları öz bizneslərinin dərdinə düşüblər
Digər bir qrup isə “mühacir biznesi”nin iri fiqurlarıdır. Azərbaycanın radikal müxalifət rəhbərlərinin adlarının zaman-zaman bu kimi məsələlərdə hallandığını yada salanda burada da bəzi mətləblər aydınlığa qovuşur. Xatırladaq ki, iyulun 18-də sığınacaq almaq istəyən 51 azərbaycanlı Almaniyadan deportasiya edilib. Bu, “Readmissiya haqqında” sazişin tələblərinə əsasən baş tutub. İlkin məlumata görə, deportasiya edilənlər arasında Müsavat Partiyasının üzvləri və dindarlar da olub. A.Merkel Tbilisiyə səfəri zamanı keçirdiyi mətbuat konfransında verdiyi mesajlarda da miqrant mövzusuna həssaslığını göstərib. Azərbaycan mətbuatında getmiş araşdırmalar isə “mühacir biznesi”ndə məhz bu təbəqələrin fəal olduğunu göstərir, görünür, həmin dairələr də “biznes maraqlarını” müdafiə etmək naminə etiraz etməyə məcburdurlar. Bir zamanlar insanlara saxta sənədlər, partiya vəsiqələri verməklə onları “siyasi mühacir” adı altında Avropaya göndərmək istəyənlər anlayırlar ki, onların oyunlarının üstü açılır və “siyasi mühacir” biznesi artıq “qürub çağı”nı yaşayır...
Başqa bir etirazçı qrup isə Azərbaycan əleyhinə apardıqları kampaniyalara, işlətdikləri mediaproyektlərə ayrılan qrant vəsaitləri zəifləyən və ya tam dayanmış şəxslərdir. Qeyd edək ki, bunlar da Azərbaycan cəmiyyətinə tanış simalardır və artıq, necə deyərlər, ifşa olunublar. Bu kimi mediaproyektləri ölkəmizin milli mənafeyinə qarşı tuşlayan həmin şəxslərə artıq əvvəlki kimi etimad göstərilmir və pul ayrılmır. Bu şəxslər çıxış yolu kimi məhz bu cür cılız və ucuz etirazlar “səhnələşdirməyi” seçirlər. Amma onların da bu etirazlarının heç bir məna kəsb etmədiyi, fiaskoya uğramaları birmənalıdır.
Erməni lobbisinə bağlı media və QHT şəbəkəsi də ciddi təşviş içərisindədir
Azərbaycana qarşı təzyiqlər göstərilməsini “tələb edən” etirazçı qrupların bir kəsimi isə bağlı olduqları ölkələri müdafiə naminə Azərbaycana qarşı çıxanlardır. Qeyd edək ki, Almaniyada keçirilən aksiyada siyasi şiəliyin qızğın tərəfdarı kimi çıxış edənlərin yer alması təsadüfi sayıla bilməz. Görünür, həmin şəxslər bağlı olduqları ölkəni gözləyən sanksiyalardan diqqəti yayındırmaq üçün hərəkətə keçmək tapşırığı alıblar.
Nəhayət, Merkelin səfəri öncəsi ortaya atılmış qrupların sonuncusu Azərbaycanın ərazi bütövlüyü müzakirələrinin arxa plana keçməsində maraqlı olan erməni lobbisi və ona bağlı qruplardır. Səfər ərəfəsi həmin lobbiyə bağlı media və QHT şəbəkəsi Azərbaycanda “insan hüquqlarının vəziyyətini” xüsusi canfəşanlıqla müzakirə etməkdədir.
Şübhəsiz, bu kimi cəhdlər səfərin əhəmiyyətinə xələl gətirə bilməz. Almaniya Kansleri Angela Merkelin Bakıya səfəri Azərbaycan-Qərb münasibətlərinə yeni bir təkan, töhfə verəcək.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

