/ / Vüqar Rəhimzadə: “Dindar” simasında dolaşan “agentlər” antimilli təbliğat aparmaqla heç nəyə nail olmayacaqlar
Vüqar Rəhimzadə: “Dindar” simasında dolaşan “agentlər” antimilli təbliğat aparmaqla heç nəyə nail olmayacaqlar
31.07.2018 [09:47]
Bu gün Azərbaycanda din-dövlət münasibətləri kifayət qədər normal səviyyədədir. Ana qanunumuz olan Konstitusiyaya görə də hər kəsin vicdan azadlığı var. Ölkə rəhbərliyi vətəndaşların bütün, o cümlədən bu hüququnun ən yüksək səviyyədə təmin edilməsi üçün hər cür şərait yaradır. Son illərdə istər paytaxtda, istərsə də bölgələrdə məscidlər əsaslı şəkildə təmir edilib, yeni məscidlər tikilib insanların istifadəsinə verilib. Xüsusi olaraq vurğulamaq lazımdır ki, hüquqi, dünyəvi, demokratik dövlət olan Azərbaycanda dini zəmində heç bir qarşıdurma yoxdur və dinin, din xadimlərinin hansısa formada sıxışdırılmasından söhbət belə gedə bilməz.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, son günlər bəzi “maraqlı dairələr” sosial şəbəkələrdə din pərdəsi altında anti-Azərbaycan təbliğatı aparmağa cəhd edir, müxtəlif çağırışlar, videomüraciətlər yayımlayırlar. Guya ölkəmizdə insan hüquqları pozulur, din xadimləri sıxışdırılır. “Təbii ki, bütün bunlar absurddur və heç bir fakta əsaslanmır, məntiqə sığmır. Bu cür dezinformasiyaları yaymaqda məqsəd ölkəmizdəki daxili sabitliyi pozmağa cəhd etmək, insanların dini inanclarını istismar etməklə öz çirkin niyyətlərini həyata keçirməkdir. Ancaq ölkə ictimaiyyəti, ziyalılar hər zaman olduğu kimi, yenə də bu cür antimilli qüvvələrə layiqli cavab verirlər”, - deyə “İki sahil” qəzetinin baş redaktoru vurğulayıb.
Vüqar Rəhimzadə qeyd edib ki, bu gün ölkəmizdəki tolerant, multikultural mühit, bütün sahələrdə əldə olunan uğurlar dostları sevindirdiyi kimi, düşmənləri də ciddi şəkildə narahat edir. YAP Siyasi Şurasının üzvü deyib: “Artıq bütün dünya Azərbaycanı multikultural, tolerant ölkə kimi tanıyır, qəbul edir və bunu yüksək keyfiyyət kimi qiymətləndirir. Müxtəlif millətlərin, dinlərin nümayəndələri ölkəmizdə azad, təhlükəsiz, sülh şəraitində yaşayırlar. Bu insanlar heç bir ayrı-seçkiliyə məruz qalmadan dövlətin onlar üçün yaratdığı bütün imkanlardan maksimum səviyyədə yararlana bilirlər. Görünür bu mühit bəzi “qüvvələri” qıcıqlandırır, onları narahat edir. Sosial şəbəkələrdə “dindar” simasında dolaşan “agentlər” antimilli təbliğat aparmaqla heç nəyə nail olmayacaqlar. Xalq bu ünsürləri yaxşı tanıyır. Ölkəmizdə möhkəm təməllər üzərində qurulan ictimai-siyasi sabitliyi, xalq-iqtidar birliyini heç bir qüvvə poza bilməz”.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

