Məlahət İbrahimqızı: Azərbaycan güclü ordu yaratmağı prioritet istiqamət kimi müəyyənləşdirib
03.07.2018 [09:40]
“Bu gün dünyanın ayrı-ayrı bölgələrində güc amili önə çəkilir, məhz gücdən istifadə etməklə başqa dövlətlərin ərazi bütövlüyü pozulur, torpaqları işğala məruz qalır. Təəssüf ki, belə halların qarşısını almaq üçün beynəlxalq hüquq işləmir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, belə məqamlarda beynəlxalq hüquq işləmir, əksinə oxşar münaqişələrin həllində ikili standartlar nümayiş etdirilir. Onun sözlərinə görə, Azərbaycan da ikili standartlardan əziyyət çəkən ölkədir.
“Azərbaycan güclü, ən yüksək səviyyədə təchizata malik ordu yaratmağı prioritet istiqamət kimi müəyyənləşdirib. Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paraddakı nitqində ölkəmizin ordu quruculuğu ilə bağlı hədəfinə bir daha diqqət çəkərək vurğulayıb ki, ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet məsələdir. İşğalçı Ermənistan münaqişənin həlli ilə bağlı aparılan sülh danışıqlarında qeyri-səmimi mövqe tutaraq bütün substantiv təkliflərdən imtina edir. Bununla belə, Ermənistanın xarici havadarlarının göstərişi və himayəsi ilə apardığı işğalçılıq siyasəti bu ölkənin özünə də heç bir fayda gətirməyib. Getdikcə daha aydın görünür ki, bu ölkə öz işğalçılıq siyasətinin girovuna, qurbanına çevrilib. İşğalçı dövlətin rəzil duruma düşməsində Azərbaycanın davamlı təzyiq siyasəti mühüm rol oynayıb. Məlumdur ki, Azərbaycan dünya dövlətlərinin və beynəlxalq təşkilatların mövqeyinə, həmçinin xalqımızın xoş məramına əsaslanaraq ATƏT-in Minsk qrupu vasitəsilə aparılan danışıqlara sadiqlik göstərir, o mövqedən çıxış edir ki, münaqişə qan-qadasız həllini tapsın. Bununla belə, Azərbaycan həm də işğalçı dövlətə qarşı davamlı təzyiq siyasəti həyata keçirir. Ölkəmizin, Prezident İlham Əliyevin qətiyyəti sayəsində işğalçı Ermənistan regionda reallaşdırılan bütün enerji və nəqliyyat layihələrindən kənarda qalıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi regional və qlobal əhəmiyyət daşıyan layihələr Ermənistandan yan keçməklə çəkilib. Perspektivdə isə Şimal-Cənub nəqliyyat dəhlizi də işğalçı ölkədən yan keçəcək. Erməni lobbisinin pullarına satılan xaricdəki bəzi mərkəzlərin ciddi-cəhdlərinə baxmayaraq, Azərbaycan Ermənistanı bütün regional layihələrdən təcrid siyasətini bundan sonra da davam etdirəcək. Azərbaycan indiyədək Ermənistanı təzyiq altında saxlayıb və bundan sonra da saxlayacaq” - deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.
Xəbər lenti
Hamısına baxGündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50

