/ / Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra nail olduğu bütün uğurlar Heydər Əliyevin adı ilə bağlıdır
Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra nail olduğu bütün uğurlar Heydər Əliyevin adı ilə bağlıdır
14.06.2018 [09:14]
Dövlət Miqrasiya Xidmətində (DMX) xalqımızın Ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyasının təcəssümü olan 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Xidmətin Heydər Əliyev Muzeyi ziyarət olunub, Ulu öndərin büstü önünə əklil qoyulub və əziz xatirəsi dərin ehtiramla yad edilib.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, xalqımızın müstəqillik arzusunun reallığa çevrilməsindən və ölkəmizin siyasi, sosial-iqtisadi inkişaf strategiyasının müəllifi kimi müstəsna rolundan bəhs edib. Bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycan tarixinə qızıl həriflərlə əbədi həkk olunub. Ulu öndər özünün müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi sayəsində Azərbaycanı vətəndaş müharibəsindən, parçalanmaqdan və məhv olmaq təhlükəsindən xilas edib.
V.Hüseynov vurğulayıb ki, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra nail olduğu bütün uğurlar dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illər Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazılıb. Ümummilli liderin görmək istədiyi Azərbaycan bu günün reallığına çevrilib və Heydər Əliyev yolu ilə inamla daha yüksək inkişafa doğru addımlayır. Bütün mənalı həyatını Öz xalqına bəxş etmiş Ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər uğur Ulu öndərin əmanət qoyub getdiyi milli tərəqqi ideyalarının təntənəsidir.
Xidmətin akt zalında davam etdirilən tədbirdə Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev məruzə ilə çıxış edib. Bildirib ki, Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qazanılmış nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına və dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olub. Bu isə, öz növbəsində, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandıraraq onların ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün ciddi zəmin yaradıb.
Tədbir Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Qurtuluş” filminin nümayişi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

