Serbiya Prezidentinə Azərbaycan Dillər Universitetinin fəxri doktoru diplomu təqdim edilib
23.05.2018 [09:49]
Mayın 22-də Azərbaycan Dillər Universitetində Serb Dili və Mədəniyyəti Mərkəzinin açılışı, Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçə bu ali məktəbin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimləri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Prezident Aleksandr Vuçiç Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla ilə görüşüb. Görüşdə Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişafından məmnunluq ifadə edilib.
Sonra Azərbaycan Dillər Universitetində Serbiya Dili və Mədəniyyəti Mərkəzinin açılışı olub.
Serbiya Prezidenti mərkəzin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub. Dövlət başçısı mərkəzə xatirə hədiyyəsi təqdim edib.
Daha sonra universitetin akt zalında Serbiya Prezidentinə bu ali təhsil ocağının fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilib.
Universitetin tələbələrinin ifasında Serbiyanın dövlət himni səsləndirilib.
Mərasimdə çıxış edən rektor Kamal Abdulla Serbiya Prezidentinin Azərbaycanın dostu kimi tanındığını bildirib. “Əlamətdar hadisədir ki, universitetimizin elmi şurasının qərarı ilə Serbiya Prezidenti Aleksandr Vuçiçə Azərbaycan Dillər Universitetinin fəxri doktoru adı verilib”, - deyən rektor Serbiya Prezidentini təbrik edib.
Kamal Abdulla xatırladıb ki, bu yaxınlarda Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb və Azərbaycan Dillər Universitetinin nümayəndə heyəti mərasimdə iştirak edib. Biz də Azərbaycan Dillər Universitetində çoxdan hazırlanan bir layihəni - Serb Dili və Mədəniyyəti Mərkəzinin açılışını məhz dövlət başçısı Aleksandr Vuçiçin ölkəmizə rəsmi səfəri zamanı reallaşdırdıq. Rektor əmin olduğunu bildirib ki, həm Belqrad Universitetindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, həm də Azərbaycan Dillər Universitetindəki Serb Dili və Mədəniyyəti Mərkəzi serbiyalı və azərbaycanlı gənclərin yaxınlaşmasına, mütəxəssislərimizin birgə layihələrdə iştirakına, universitetlərimiz arasında əlaqələrin genişlənməsinə əlverişli şərait yaradacaq.
Azərbaycan xalqının multikultural xalq olduğunu deyən rektor qeyd edib ki, bizim multikulturalizm modelimiz dünyanın bir çox universitetlərində tədris edilir: “Biz bu modelimizi Belqrad Universitetində də həyata keçirmək niyyətindəyik. Bu, Serbiya multikulturalizmi ilə Azərbaycan multikulturalizmi arasında oxşar cəhətləri öyrənmək üçün imkanlar açacaq”.
Sonra Serbiya dövlətinin başçısına fəxri doktor diplomu və mantiya təqdim olunub.
Prezident Aleksandr Vuçiç Azərbaycan Dillər Universitetinin müəllim və tələbələri qarşısında çıxış edərək bu ali məktəbin fəxri doktoru adına layiq görülməsinin onun üçün böyük şərəf olduğunu deyib. Dövlət başçısı Azərbaycan Dillər Universitetində Serb Dili və Mədəniyyəti Mərkəzinin və Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətə başlamasının bu ölkələrin gəncləri arasında əlaqələrin genişlənməsinə töhfə olacağını vurğulayıb. Qeyd edib ki, Azərbaycan və Serbiya ərazi baxımından böyük ölkələr olmasalar da, müstəqil siyasət həyata keçirirlər. Serbiya Prezidenti ölkələrimiz və xalqlarımız arasında əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliyini bildirib, Azərbaycan Dillər Universitetinin kollektivinə uğurlar arzulayıb.
Daha sonra tələbələrin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

