İslamabadda xəbər agentliklərinin beynəlxalq konfransı keçirilib
15.05.2018 [09:00]
Pakistan İslam Respublikasının müstəqilliyinin 70-ci ildönümü ilə əlaqədar İslamabad şəhərində xəbər agentliklərinin beynəlxalq konfransı keçirilib.
“Pakistan mediası-çağırışlar və fürsətlər” mövzusuna həsr edilmiş konfrans Associated Press of Pakistan agentliyi (APP) tərəfindən təşkil olunub.
İyirmi ölkənin xəbər agentliklərinin nümayəndələrinin qatıldıqları konfransda AZƏRTAC-ın redaksiya müdiri Günel Məlikova da iştirak edib.
Konfransın açılışında çıxış edən APP-nin baş direktoru Məsud Malik tədbirin mövcud əməkdaşlığın gücləndirilməsinə, yeni əlaqələrin qurulmasına və informasiya cəmiyyətinin aktual problemlərinin həllinə mühüm töhfə verəcəyinə əminliyini bildirib. Baş direktor, həmçinin konfransın iştirakçılarının Pakistanın siyasi, sosial, iqtisadi, mədəni həyatı ilə tanış olacaqlarını, eləcə də ölkənin terrorizmlə mübarizədə gördüyü işlər barədə məlumatlar əldə edəcəklərini söyləyib.
Pakistanın informasiya və yayım naziri xanım Marriyum Aurangzeb ünsiyyətdən məhrum olan medianın heç bir nəticə əldə edə bilməyəcəyini vurğulayıb. O deyib ki, münaqişələrin həlli üçün dialoq vacibdir və media bu məsələdə səmərəli vasitəçi ola bilər. Nazir konfransda iştirak edən media nümayəndələrini bununla bağlı təkliflər səsləndirməyə çağırıb. Marriyum Aurangzeb medianın müxtəlif millətlərin mədəniyyətlərini, hər bir cəmiyyətin əsas dəyərlərini təbliğ edən ən böyük vasitə olduğunu söyləyib.
Pakistan Yayım Korporasiyasının direktoru Şafqat Cəlil ölkə mediasının vəziyyəti barədə məlumat verib. O qeyd edib ki, Pakistan hökuməti ölkədə informasiya əldə etmək azadlığının təmini üçün zəruri şərait yaradıb. Direktor son vaxtlar bütün dünyada mediada etik davranış qaydalarının pozulması hallarının artmasının narahatlıq doğurduğunu söyləyib, bununla bağlı tədbirlərin görülməsinin önəmini qeyd edib.
Pakistan Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Nasir Xan Janjua “Pakistanın regional və qlobal cəmiyyətdə rolu” mövzusunda məruzə ilə çıxış edib. O, ölkələr arasında əməkdaşlığın, qarşılıqlı hörmət və sülh şəraitində birgəyaşayışın təşviq edilməsinin, münaqişələrin aradan qaldırılmasının, terrorizmə qarşı qətiyyətli mübarizə aparılmasının önəmini bildirib. Nasir Xan Janjua Pakistanın terrorizmlə mübarizədə xeyli itki verdiyini deyib. O, Pakistanın bütün qonşuları ilə əməkdaşlıq əlaqələrinin qurulmasına, qarşılıqlı hörmət və sülh şəraitində yaşamasına çalışdığını bildirib.
Sonra konfrans işini “Sosial medianın təkmilləşdirilməsi”, “İnformasiya təhlükəsizliyinin təmin olunması”, “Rəqəmsal dövrdə xəbər agentliklərinin rolu və qarşılıqlı münasibətlər”, “İqtisadi əlaqələr və bu işdə medianın rolunu təmin etmək üçün atılacaq addımlar” mövzularında plenar iclaslarla davam etdirib.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47

