Aydın Hüseynov: Ermənistanın yeganə xilas yolu işğalçı siyasətdən əl çəkməkdir
04.05.2018 [10:16]
“Ermənistanda meydana çıxan hakimiyyət böhranının və siyasi, iqtisadi tənəzzülün əsasında duran başlıca amil bu ölkə rəhbərliyinin həyata keçirdiyi yarıtmaz və işğalçı siyasətdir”. Bu sözləri SİA-ya Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, işğalçı və təcavüzkar siyasət Ermənistanın blokada vəziyyətinə düşməsinə səbəb olub, bu ölkədə sosial-iqtisadi və demoqrafik böhran hökm sürür: “Bu gün Azərbaycanda Ermənistan əhalisinin sayı qədər, yəni 2 milyon iş yeri açılıb. Azərbaycanda əhali hər il 100 min nəfər artırsa, Ermənistanda 100 mindən çox insan ölkəni tərk edir. Ermənistan iqtisadiyyatı tamamilə dağılıb, ölkədə yoxsulluq və səfalət pik həddə çatıb”.
“Azərbaycanın həyata keçirdiyi hücum diplomatiyası və uğurlu siyasət nəticəsində Ermənistan dalana dirənib, bütün regional layihələrdən təcrid durumuna düşüb və faktiki olaraq manevr imkanları tükənib. 2016-cı ilin aprel döyüşlərinin nəticəsi isə Ermənistan cəmiyyətində isterikanın yaranmasına səbəb oldu. Ermənistan və onun havadarları anladılar ki, Azərbaycan güclü, qüdrətli dövlətdir və işğal altında olan torpaqlarını azad etməyə qadirdir. Aprel döyüşləri erməni təbliğat maşınının Ermənistan ordusunun gücü haqqında formalaşdırdığı mifi dağıtdı. Erməni mətbuatında mütəmadi olaraq dərc olunan yazılarda bu ölkənin siyasi dairələrinin təşviş içində olduğu, Azərbaycan Ordusunun gücü qarşısında erməni silahlı qüvvələrinin acizliyi diqqətə çatdırıldı. Bütün bu reallıqların fonunda erməni cəmiyyəti anlayır ki, Ermənistanın çıxış yolu işğalçı siyasətdən imtina etməkdir. Bu ölkədə hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək”, - deyən A.Hüseynov əlavə edib ki, Ermənistanda hökm sürən böhran və tənəzzülün daha da dərinləşəcəyini proqnozlaşdırmaq çətin deyil.
Millət vəkili onu da qeyd edib ki, mövcud reallıqlar deməyə əsas verir ki, Ermənistan yeni siyasi kataklizmlərə sürüklənir: “Serj Sarkisyan illərdir ki, rəhbərlik etdiyi klan vasitəsilə Ermənistanın bütün resurslarını istismar edib, sistemli korrupsiya maşını yaradaraq xarici diasporun göndərdiyi ianələri belə mənimsəyib. Bu gün isə ölkədə hakimiyyət böhranı, xaos, anarxiya, böhran və tənəzzül hökm sürür. Bütün bunların əsasında, qeyd etdiyimiz kimi, işğalçı siyasət dayanır. Ermənistanın yeganə xilas yolu işğalçı siyasətdən əl çəkmək və qonşu ölkələrlə münasibətləri bərpa etməkdir”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09

