/ / Vüqar Rəhimzadə: AŞPA-nın “hesabatı” ermənipərəst qüvvələrin ölkəmizə qarşı növbəti təxribatıdır
Vüqar Rəhimzadə: AŞPA-nın “hesabatı” ermənipərəst qüvvələrin ölkəmizə qarşı növbəti təxribatıdır
28.04.2018 [10:11]
Müstəqilliyin bərpasından ötən dövr ərzində Azərbaycan demokratik inkişaf istiqamətində önəmli addımlar atıb. Xüsusilə Avropaya inteqrasiya, insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə təminatı ölkəmizin həyata keçirdiyi uğurlu siyasi kursun ana xəttini təşkil edib. Təbii ki, görülən tədbirlər öz bəhrəsini verir. Bu sahədə əldə etdiyimiz uğurlar xarici dövlətlər, beynəlxalq təşkilatlar, ayrı-ayrı siyasətçilər, dövlət rəsmiləri və ictimai xadimlər tərəfindən yüksək qiymətləndirilir. Təəssüf ki, Avropadakı bəzi dairələr, o cümlədən AŞPA zaman-zaman Azərbaycanın uğurlarına qara eynəkdən baxır, öz hesabatlarında qərəz, ədalətsizlik və qeyri-obyektivliyə yol verir. AŞPA-nın ayrı-ayrı deputatların fərziyyələr, gümanlar üzərində qurulmuş subyektiv mülahizələri əsasında Azərbaycanla bağlı hazırladığı son hesabatı da bu baxımdan xüsusi olaraq vurğulamaq lazımdır. Hesab edirəm ki, bu hesabat ermənipərəst qüvvələrin ölkəmizə qarşı növbəti təxribatıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə qeyd edib ki, bu cür hesabatlar bir daha onu göstərir ki, Azərbaycana qarşı ikili standartlar siyasəti hələ də davam edir. O deyib: “Qərbdə elə bir tendensiya formalaşıb ki, guya bunlar bir sıra hallarda bəzi dövlətlərin daxili işlərinə müdaxilə edə və onları yönləndirə bilərlər. Bu cür müdaxilələr zamanı onlar etirazla üzləşəndə dərhal demokratiya, insan haqları pərdəsi altında gizlənən “təzyiq maşını” işə düşür. Başlayırlar hesabatlar yaymağa, nağıllar danışmağa. AŞPA və bizimlə təzyiq dilində danışmağa cəhd edən digər qurumlar birdəfəlik anlamalıdırlar ki, Azərbaycan müstəqil siyasət yürüdür, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq əlaqələri qurur. Bizimlə zor dilində danışmaq olmaz. Ona görə də bu cür hesabatlar cəmiyyətdə narazılıqla qarşılanır, AŞPA-nın ünvanına haqlı olaraq sərt tənqidlər səsləndirilir. Azərbaycan Avropa təsisatlarının özünə qarşı ədalətsiz mövqeyini heç vaxt qəbul etməyəcək”.
“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, Azərbaycan 17 ildir Avropa Şurasının üzvüdür və ölkəmiz hər zaman üzərinə götürdüyü öhdəliklərə sadiq olub. “İnsanlarda belə bir sual yarana bilər: bəs 17 illik üzvlük dövründə Avropa Şurası Azərbaycana nə verib? Təəssüf ki, bu sualın elə də ürəkaçan cavabı yoxdur. Çünki ötən 17 ildə AŞPA işğalçı Ermənistana ciddi şəkildə təzyiq etməyib. Qaçqın və məcburi köçkün vəziyyətinə düşən 1 milyondan çox soydaşımızın taleyi ilə maraqlanmayıb. Əksinə ölkəmiz bu qurum tərəfindən təzyiqlərlə üzləşib, qarayaxma və ləkələmə kampaniyasına məruz qalıb. Əgər bu, tendensiya halını alaraq belə davam edəcəksə, Azərbaycana qarşı ikili standartlarla yanaşıb, qərəzli mövqe nümayiş etdirəcəklərsə, anti-Azərbaycan qüvvələrin əlində alətə çevriləcəklərsə, bu qurumun fəaliyyəti, obyektivliyi sual altında qalacaq”, - deyə Vüqar Rəhimzadə vurğulayıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28

