Ziyad Səmədzadə: Azərbaycan beynəlxalq münasibətlərin ən fəal aktorlarından birinə çevrilir
28.04.2018 [10:11]
Bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən ölkələrindən biridir. Prezident İlham Əliyevin seçkilərdə inamlı qələbəsi və bu münasibətlə dövlətimizin başçısının ünvanına gələn təbriklər bir daha sübut edir ki, qloballaşan dünyada risklərin çoxaldığı, münaqişələrin dərinləşdiyi bir şəraitdə Azərbaycan dövlətinin nüfuzu daha da artır və ölkəmiz beynəlxalq münasibətlərin ən fəal aktorlarından birinə çevrilir. Azərbaycan irimiqyaslı, böyük gələcəyi olan layihələr həyata keçirir, dünyanın aparıcı dövlətləri ilə formalaşmış əməkdaşlığı daha da inkişaf etdirir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
Azərbaycan Prezidentinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfərinin böyük maraq doğurduğunu qeyd edən komitə sədri vurğulayıb ki, Azərbaycanın dünyanın aparıcı şirkətlərindən olan BP ilə əməkdaşlığı yeni keyfiyyət mərhələsinə qədəm qoyur. “Böyük Britaniyada keçirilən görüşlərdə Azərbaycana və onun Prezidentinə olan səmimi dostluq münasibətlərinin şahidi olduq. Bu səfər ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Xüsusilə qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin Böyük Britaniyanın Baş naziri xanım Tereza Mey ilə görüşü zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR, “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında sazişin imzalanması, həmçinin hazırda həyata keçirilən Cənub Qaz Dəhlizi, TAP, TANAP və digər bu kimi layihələr bir daha Azərbaycanın dünyanın enerji siyasətində önəmli rol oynayan ölkə olduğunu sübut edir. Azərbaycanın apardığı bu siyasət ölkəmizin milli maraqlarına və beynəlxalq əməkdaşlığın inkişafına xidmət edir. Bütün bunlar Azərbaycanın dinamik və keyfiyyətli inkişafının uzun illər davam etməsini təmin edəcək”, - deyə Ziyad Səmədzadə vurğulayıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28

